"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                     “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ .....                     Günün fotosu: MALƏSƏF... .....                     Paşinyan Zənğəzur dəhlizini açır .....                     “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin .....                     Erməni cəmiyyəti aşınıb .....                     "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" .....                     Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru .....                     Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik .....                     Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib .....                     Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib .....                     Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? .....                     “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək .....                     Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək .....                     Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... .....                     Pezeşkianı Bakıya niyə buraxmırlar? .....                 

Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir? - VİDEOLAR
Tarix: 22-12-2016, 09:05 | Çap et
Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir?
Bu gün ölkə mətbuatında DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun 65 yaşının tamam olmasıyla bağlı təqaüdə göndəriləcəyi haqda məlumat yayılıb. LEGİON bu və digər məlumatları şərh etmir, lakin “Qaynarinfo”-da dərc olunan bu məlumatla yanaşı, R.Zeynalovun qardaşı oğlu Qoşqar Zeynalovla bağlı dərc etdiyimiz araşdırmanı oxuculara bir daha xatırlatmaq istərdik. Belə ki, dekabrın 20-də Legion.az saytında “Ramiz Zeynalovun polis qardaşıoğlu sələmçiliklə də məşğuldur?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, LEGİON-a müraciət edən İsmayıl Hüseynov adlı vətəndaş oğlu Rahib Hüseynovun əsassız olaraq həbs olunmasından şikayətlənib. O, R.Hüseynovun noyabrın 4-də Qoşqar Tofiq oğlu Zeynalovun DİN-ə şikayəti əsasında tutulduğunu bildirib. İsmayıl Hüseynov onu da qeyd etdi ki, Qoşqar Zeynalov Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu, Respubika Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğludur.
İ.Hüseynovun sözlərinə görə, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları”nda şöbə müdiri çalışan Rahib Hüseynovun barəsində DİN Baş MCMİ-də iş açılmış, daha sonra isə işə xitam verilmişdi. “O vaxt müəyyən olundu ki, bu, mülki məsələdir. Qoşqar Zeynalov özü də ifadəsində bildirmişdi ki, Rahib Hüseynova qarşı heç bir iddiası yoxdur. Sonradan oğlum borclu olduğu hər kəsə pullarını qaytardı. Rahibin Qoşqara cəmi 728 min dollar borcu qalıb və bu, onun kitabçasında da qeyd olunub. Lakin Qoşqar Zeynalov DİN-ə şikayətində bildirib ki, guya oğluma 7 milyon dollar borc verib və hazırda Rahib ona 3 milyon 900 min ABŞ dolları qaytarmalıdır”, - deyə İ.Hüseynov bildirib. R.Hüseynovun vəkili Sevil Hacıyeva isə LEGİON-a açıqlamasında qmaraqlı məqamlara – nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun Qoşqar Zeynalov və Rahib Hüseynovla olan qohumluq və “işgüzar” münasibətlərinə toxunub: “Məsələ ondadır ki, istintaqa Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur. Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”, - deyə S.Hacıyeva qeyd edib. S.Hacıyeva əlavə edib ki, Qoşqar Zeynalov Baş DYPİ-də şöbə müdiridir: “Heç kim bu suala cavab vermək istəmir ki, necə olur, hüquq mühafizə orqanlarında çalışan 30 yaşlarında gənc bir şəxs başqalarına 7 milyon dollar sələmə pul verir? Bunu mən özümdən demirəm... Qoşqar Zeynalov özünün DİN-də verdiyi ifadəsində bildirib ki, Rahib Hüseynova 10 faizlə 7 milyon dollar pul verib”. Qeyd edək ki, özünü Qoşqar Zeynalovun köməkçisi Ruhin kimi təqdim edən şəxs LEGİON-a zəng edərək (Q.Zeynalovun mobil telefon nömrəsindən – red.), bildirib ki, həqiqətən də Qoşqar Zeynalov Rahib Hüseynova 7 milyon dollar borc verib və pul geri qaytarılmayıb. DİN-in İstintaq və Təhqiqatlar İdarəsinin müstəntiqi Teymur Ağamirov da məhz Qoşqar Zeynalovun şikayəti əsasında cinayət işti açıldığını təsdiqləyib: “Hazırda istintaq gedir. Mən sizə iş materialları barədə məlumat verə bilmərəm”. Oğlunun qazanc mənbəyi barədə şübhəli məqamlara aydınlıq gətirməsi üçün, Tovuz RİH başçısı Tofiq Zeynalovun da fikrini öyrənməyə çalışdıq. Lakin Tovuz RİH başçının köməkçisi Fuad Zeynalov bizim sualımıza sualla cavab verib: “Siz kimsiniz ki, Tofiq Zeynalovdan müsahibə almaq istəyirsiniz?”. Biz kim olduğumuzu yaxşı bildiyimizə görə, araşdırmanı davam etdirmək qərarına gəldik və dekabrın 21-də həm nəqliyyat nazirinin müavini Arif Əsgərovun, həm də onun oğlu Elnar Əsgərovun mobil nömrələrini əldə etdik. A.Əsgərovun mobil nömrəsinə zəng etdiyimizdə, “Bəli, eşidirəm, kimdir?” deyə soruşan həmsöhbətimizə LEGİON-dan narahat etdiyimizi bildirdik, əvəzində isə “qısa və konkret” bir cavab aldıq. “Arif müəllim yoxdur. Bir azdan olajax... Sonra zəng edərsiniz”, - deyən “Arif müəllim olmayan şəxs” dəstəyi asdı. Sonradan dəfələrlə Arif Əsgərovun mobil nömrəsinə zəng etdik, hətta SMS yazaraq, Rahib Hüseynovun vəkili Sevil Hacıyeva tərəfindən Elnar Əsgərovun adının da hallandırılmasına münasibət bildirməyini xahiş etdik... Lakin hörmətli nazir müavini “naməlum səbəblərdən” şübhəli məqamlara aydınlıq gətirmək istəmədi. Həmçinin, Elnar Arif oğlu Əsgərovla da əlaqə saxladıq. Xoşbəxtlikdən, Elnar Əsgərov özünün Elnar Əsgərov olduğunu danmadı. “Sizə bir məsələyə bağlı sual vermək istəyirik”, - deyə söhbətə giriş aldıq. “Bəli, buyurun, - deyə E.Əsgərov cavab verdi. “Sizin hazırda həbsdə olan qohumuzun Rahib Hüseynovun vəkili Sevil Hacıyeva bizə açıqlamasında sizin də adınızı hallandırıb və bildirib ki, siz də istintaqa cəlb olunmalısınız”, - deyə qeyd etdik. “Mən buna münasibət bildirmək istəmirəm”, - deyə Elnar Əsgərov cavab verdi. “Siz haqqınızda yayılan iddialara aydınlıq gətirmək istəmirsiniz?”, - deyə soruşduq. “Bəli, mən bu mövzuda heç nə bildirmək istəmirəm. Xahiş edirəm, məni daha narahat etməyin”, - deyə Elnar Əsgərov dəstəyi asdı. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nda 2013-cü ildə yaşanmış 48 milyon manatlıq qalmaqal ilə bağlı ovaxtkı marketinq şöbəsinin müdiri Rahib Hüseynovla bərabər, onun qardaşı Emin Hüseynov da yenidən Qoşqar Zeynalov və başqalarının şikayəti əsasında saxlanılıb. Lakin “Azərbaycan Dəmir Yolları” QSC-nin ovaxtkı sədri Arif Əsgərov və həmin qalmaqalda birbaşa adı hallanan “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərov hələ də hüquq mühafizə orqanları tərəfindən dindirilməyiblər. Əlbəttə, oxucularda da sual yarana bilər: Görəsən, Arif Əsgərov öz oğlu naminə bacanağının övladlarını qurban verir? Yoxsa, əslində məsələ başqa cürdür və sadəcə, ictimaiyyətə dolğun açıqlama vermək lazımdır? Ümid edirik ki, istər qaranlıq məqamlar silsiləsi, istərsə də üç ildir bəzi məmurları izləyən 48 milyonluq qalmaqalın kabusu tezliklə sona yetəcək... Araşdırmamız davam edir.














 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28
“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19
Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17
Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13
Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03
Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02
Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru