“MTN əməkdaşı Eldar Mahmudovun adını çəkərək 500 min manat pul tələb etdi” - Zərərçəkmiş
Tarix: 5-01-2017, 09:09 | Çap et
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə “Met-Ak” MMC-nin təsisçisi və rəhbəri Kərimov Alik Kainbəy oğlu zərərçəkmiş şəxs qismində tanınıb. "Report"un xəbərinə görə, A.Kərimov istintaqa verdiy ifadəsində göstərib ki, 2015-ci ilin sentyabr ayının 29-30 tarixlərində onun istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı telefondan zənglər gəlməyə başlayıb. O, həmin nömrənin MTN əməkdaşlarına məxsus olduğunu güman edib: “Şirkətin maliyyə direktoru Fuad Zülfüqarovdan həmin ilin yanvar ayında hədə-qorxu gəlməklə külli miqdarda pul alınıb. Buna görə də Fuad Zülfüqarovdan MTN-in VI Baş İdarənin əməkdaşı Akif Əliyev vasitəsi ilə həmin nömrənin sahibinin kimliyini və onların nə istədiyini öyrənməyini tapşırdım. Bir müddətdən sonra Akif Əliyev Fuad Zülfüqarova zəng edib, həmin nömrənin MTN-nin 4-cü Baş İdarənin əməkdaşı Natiq Alıyevin istifadəsində olduğunu dedi. Akif Əliyev bildiridi ki, Natiq Alıyev Baş idarənin rəisi Sübahir Qurbanovla yaxındır və o, hamını bezdirir, fikri yalnız pul toplamaqdır və onun zənglərinə cavab verməməyi məsləhət gördü”. A.Kərimovun sözlərinə görə, bir müddət həmin şəxsin zənglərinə cavab verməyib, bundan sonra N.Alıyevin istifadəsindəki nömrədən oğlu Aydın Kərimovun telefonuna zənglər gəlməyə başlayıb: ”Məcbur olub MTN-də onların kuratoru İlkin Əsgərovla əlaqə saxlayıb, bu barədə məlumat vermək üçün onu ofisə dəvət edik. Ona baş verənlərin hamısını danışıb köməklik etməsini xahiş etdik. İlkin Əsgərov isə bu barədə rəisinə məruzə etdikdən sonra cavab verəcəyini bildiridi. Səhəri günü İlkin Əsgərov Natiq Alıyevlə bağlı hər hansı bir tədbir görə bilməyəcəyini söyləyib”. Zərərçəkmiş söyləyib ki, N.Alıyev onun oğlu A.Kərimov və F.Zülfüqarovdan MTN-ə gəlmələrini tələb edib: “Həmin gün Rusiya Federasiyasının Mineralnıye Vodı şəhərinə getdim. 08.10.2015-ci il tarixdə Fuad Zülfüqarov mənə zəng edib, oğlumun avtomobilinin Baksol yolunda həyəcan işıqları qoşulu vəziyyətdə qaldığını, özünün isə itdiyi barədə məlumat verdi. Narahat olduğum üçün Bakıda olan tanışlarıma zəng vurdum. 2-3 saatdan sonra Fuad Zülfüqarov yenidən zəng edərək Aydını Natiq Alıyevin MTN-ə apararaq orada saxladığını bildirdi. Həmin ayın 11-də Bakıya qayıtdıb, Natiq Alıyevin mobil telefonuna zəng etdim. O, mənə sabah MTN-ə gəlməyimi söylədi. Mən isə ona birlikdə nahar etməyimizi təklif etdim. Razılaşıb, MTN-nin yaxınlığında olan “Naxçıvan” restoranında görüşdük”. A.Kərimov təxminən 3 saata yaxın söhbət etdiklərini, söhbət əsnasında N.Alıyevin onu hədələdiyini bildirib: “O, mənə “dövlət mənə silah verib, bu dövlətin obaxeysi mənəm, mən kimə qarşı istəsəm bu silahı işlədə bilərəm” dedi. Bundan başqa, Natiq Alıyev oğlumu 3 aylıq həbs edə biləcəyini, MMC-nin 5 illik fəaliyyətini yoxlatdıracağını, Fuadın da başına oyun açacağını, dizi üstə qoyacağını bildirdi. Bu sözlərdən sonra Natiq Alıyev işləri yoluna qoymaq və MTN-nin nəzərində təmizə çıxarmaq üçün 500 min manat pulumu alacağını söylədi. Bu məbləğin çox olduğunu dedikdə, Natiq Alıyev mənə “nazir Eldar Mahmudov deyib ki, bir yerə bir dəfə girib, bir dəfəlik götürmək lazımdır, nazirliyin adı var. Ona görə 500 min manatı hazırla” dedi. Ona fikirləşəcəyimi deyərək 2 gün möhlət istədim. Səhərisi yenidən “Naxçıvan” restoranında görüşüb, toplaya bildiyim 50 min manat olduğunu Natiq Alıyevə bildiridim. O, rəisi Fizuli Əliyevə zəng edib məlumat verdi. 15-20 dəqiqədən sonra Fizuli Əliyev bizim masasına yaxınlaşıb, ona verə biləcəyim 50 min manat pulu çox rahat qəbul etdi. Daha sonra o, 35 min manatlıq materialların siyahısını verib, sabaha göndərməyimi xahiş etdi və “eybi yoxdur sən bunu et, mən də sənə köməklik edərəm, bir təhər bunu general Sübahir Qurbanovdan keçirərik” dedi. 2-3 saatdan sonra Natiq Alıyev mənə zəng edib, işi həll etdiklərini, 50 min manatın razılığını Sübahir Qurbanovdan aldıqlarını bildirərək, pulu nə vaxt gətirəcəyimi soruşdu. Ona ayın 14-də pulu gətirib verə biləcəyini dedim”. A.Kərimov ifadəsində qeyd edib ki, ötən il oktabr ayının 14-də N.Alıyev ona MTN-in yaxılığında olan “Sultan” kafesində görüş təyin edib: “Orada Natiq Alıyevlə görüşüb, 50 min manat pulu verdim. Natiq Alıyev pulu götürməyə tək gəlmişdi, lakin söhbətin sonuna yaxın onun evində istilik sistemlərini quraşdıran Oqtay adlı türk usta da bizim yanımıza yaxınlaşdı. Onlarla birgə çay içib, istilik sistemlərinə dair bəzi detalları soruşdular. İki gün sonra isə istehsalat sahəsindən iki yük avtomobili ilə Fizuli Əliyevin verdiyi siyahı üzrə materialları yola saldım. Həmin materialları Fizulinin mühəndisi Vəli gəlib anbardan apardı”. İstintaq zamanı keçirilən üzləşdirmələrdə zərərçəkmiş şəxs qismində tanınan A.Kərimov ifadəsini təqsirləndirilən şəxslər F.Əliyev və N.Alıyevin üzlərinə təsdiq edib. F.Əliyev ifadə verməkdən imtina edib, N.Alıyev isə A.Kərimovun ifadəsini qismən təsdiq edib. N.Alıyev F.Əliyevin nazirin göstərişi ilə onun A.Kərimova zəng etməsini tapşırdığını, dəfələrlə sonuncuya və oğlu Aydına zəng etsə də cavab vermədiklərini, sonradan F.Əliyevin ona “sən onlara zəng etmə, onlar özləri sənə zəng edəcəklər” deyib. Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar. İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
• Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02 |
|
|
|
• Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58 |
|
|
|
• Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56 |
|
|
|
• “Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47 |
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
|