Bura kimin özəl obyektidir? - İTTİHAM VAR
Tarix: 9-03-2017, 09:29 | Çap et
Son illər ölkənin gömrük sistemilə bağlı ciddi islahatlara imza atılsa da, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində yaşanan neqativ olaylar bu sahədə əldə olunan uğurlara kölgə salır. Belə ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində özbaşınalığın ən yüksək həddə çatdığını iddia edən məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, baş inspektor İlham Ağamalı oğlunun yol verdiyi kobud nöqsanlar səbəbindən adıçəkilən gömrük-keçid məntəqəsindən İrana keçib-qayıdan vətəndaşlar ciddi narazılıq edirlər. Xırda ticarətlə məşğul olan Biləsuvar, Cəlilabad və ətraf rayon, həmçinin paytaxt sakinlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun tətbiq etdiyi «qayda»ların qurbanına çevrildiklərini qeyd edən mənbənin sözlərinə görə, onun əməlləri heç bir qanuna və məntiqə sığmır:
«Deyilənlərə görə, baş inspektoru İlham Ağamalı oğlu Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində elə bir qeyri-müəyyən ab-hava yaradıb ki, sanki bura onun və ətrafındakı bir neçə şəxsin özəl obyektidir. Belə ki, o, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsini müvafiq qanunlarla yox, məhz özünün müəyyənləşdirdiyi «qayda»larla idarə etməyə çalışır. Bu səbəbdən də Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində özbaşınalıq baş alıb gedir. Deyilənlərə görə, hazırda adıçəkilən gömrük keçid məntəqəsində gömrük işinin normal təşkil olunmaması səbəbindən insanlar saatlarla, hətta bəzən günlərlə vaxtlarını boş yerə itirirlər. Lakin buna baxmayaraq, heç kim Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğluna irad tutmur, onun əməllərinə hüquqi qiymətin verilməsini təmin etmir. Elə buna görə də o, öz bildiyini edir, nə yolla olursa-olsun maraqlarını həyata keçirməyə çalışır. Arada evinə ərzaq gətirmək üçün Biləsuvar gömrüyündən keçərək yaxınlıqdakı Xiyaban deyilən yerdəki dükanlardan alış-veriş edən vətəndaşlar normadan artıq heç nə gətirməsələr də İran gömrüyündən sərbəst keçirdikləri halda Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində gömrükçülər mallarını əllərindən alırlar. Deyilənlərə görə, bu kimi əməllər məhz Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun başının altından çıxır. Yəni gömrükçülər onun göstərişilə bu cür addımlara əl atırlar. Nəticədə vətəndaşlarla gömrükçülər arasında mübahisə yaranır. Bir sözlə, hazırda Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində vətəndaşlar incidilir, onlara zülm verir, əlavə problemlərlə üz-üzə qoyurlar. Deyilənlərə görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlu açıq-aşkar, bəzən də üstüötrülü şəkildə vətəndaşlardan «təşəkkür» usur. Nə gətirirsən, deyirlər bu olmaz. Alma olmaz, düyü olmaz, ayna olmaz, kişmiş olmaz».
Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun qardaşı Aydın Ağamalı oğlu məhz qardaşının yardımları ilə İrana yüklü miqdarda mal aparır: «Deyilənlərə görə, Aydın Ağamalı oğlunun qonşu ölkə ilə ticarəti zamanı bir sıra müəmmalı, qaranlıq məqamlar cərəyan edir. Bildirilir ki, o, bir müddət öncə elə bu səbəbdən sərhəddə tutulmuşdu. Qeyd olunur ki, həmin vaxt ona məxsus yük avtomobili sərhəddə saxlanılmışdı. Deyilənlərə görə, həmin avtomobildə nəsə müəmmalı maddələr olub. Lakin sonradan müəmmalı şəkildə sərbəst buraxılıb. Onu da qeyd edim ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun digər qardaşı mərhum Xanağa Ağamalı oğlu pis vərdişlərin aludçəsisi olub. İlham Ağamalı oğlunun bacısı Rəfiqə isə falçıdır. Deyilənlərə görə, baş inspektor dara düşən kimi falçı bacısının yardımlarına baş vurur. Belə ki, falçı Rəfiqənin bəzi yüksək çinli məmurlarla, eləcə də onların həyat yoldaşları ilə yaxın münasibətləri olduğu bildirilir. Bundan yararlanan İlham Ağamalı oğlu təhlükə hiss etdiyi an dərhal falçı bacısından həmin məmurlara ağız açmasını istəyir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
|