Beyləqanda millətin çörəyinə necə haram qatırdılar - ŞİKAYƏT
Tarix: 13-06-2017, 11:04 | Çap et
İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. Orqanizmin sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir. Azərbaycanda bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir. Statistikaya inansaq, azərbaycanlı gün ərzində təxminən 0,5 kq çörək yeyir. Bu göstəriciyə görə, ölkəmiz dünya ölkələri arasında liderlər sırasındadır. Digər millətlərlə müqayisədə azərbaycanlıların niyə bu qədər çörək yeməsinin səbəbinə gəlincə, alimlərin dediklərinə inansaq, qədim dövrlərdə Azərbaycan zəngin olmadığından və ayrı-ayrı dövlətlərin müstəmləkəsində yaşadığından xalqımız ağır həyat tərzi keçirib. Bu baxımdan onların qida seçimi çox bəsit olub. Eləcə də həmin ərəfələrdə əkinçilik, o cümlədən dənli bitkilərin becərilməsi sürətlə inkişaf etdiyindən insanlar qida rasionunda daha çox belə məhsullara üstünlük veribmişlər. Havaların istiləşməsi qida zəhərlənmələrini yenidən gündəmə gətirib. Bu üzdən yay mövsümündə şörək istehsalı sexləri də diqqət mərkəzindədir. Aparılan yoxlamalar zamanı hələ də əksər istehsal sahələrində antisanitar şəraitdə və kustar üsulla çörək bişirilməsi halları aşkarlanmaqdadır. Bişirilən çörəyin saxlanılmasında da nöqsanlar müəyyən olunur. Piştaxtalarda istifadə müddəti ötmüş xeyli sayda çörəyə rast gəlinir. Olur ki, istehsal sahələrinə baxış zamanı xəmirə vurulan mayanın və duzun mənşəyi bəlirlənməyib və heç bir gigyenik sertifikatlarının olmadığı üzə çıxır. Sexlərin anbarlarında da vəziyyət o qədər də ürək açan deyil. Strateji qida məhsulu sayılan çörəyin bişirilməsində yol verilən ciddi nöqsanlara görə bəzi sexlərin istehsalına qadağa qoyulub. Xırda nöqsanlara yol verənlərə tələbnamə və iradnamələr təqdim olunur. Mütəxəssislər deyir ki, çörəyin saxlanma müddəti müvafiq normativ sənədlərlə müəyyənləşdirilir. Belə ki, onun 120 saat saxlanmasına icazə verən sənəd dövlət sanitariya orqanları tərəfindən hələ təsdiq olunmayıb. Amma elə müəssisələr var ki, onlar xüsusi qablaşdırma sistemindən istifadə etdiyi və çörəyin tərkibində məhsulun saxlanmasına zəmanət verən məhsullardan istifadə etdiyi üçün həmin müəssisələrə çörəyin maksimum 3 sutka saxlanmasına icazə verilir. Bu zaman da havanın temperaturu və nisbi rütubət mütləq nəzərə alınmalıdır. Belə ki, bu şəraitdə də çörəklərin 72 saatdan artıq saxlanmasına icazə verilmir. Adi halda çörəyin 25 saatdan yuxarı saxlanma müddəti yoxdur. Yayda çörəyin tez xarab olmasının əsas səbəbi də elə saxlama müddətinin ötməsidir. Çörəklə bağlı daha bir neqativ hal isə onun çəkisini əhatə edir. Belə ki, standartlara görə, çörəyin üzərində onun dəqiq çəkisi və qiyməti qeyd olunur. Lakin Azərbaycanda bu cür təcrübə olmadığından istehsalçılar çörəyin çəkisilə manipulyasiya edirlər. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsindən verilən məlumatda isə bildirilir ki, dükanlar satış müddəti başa çatmış çörəyi yenidən sexlərə qaytarır. Çörəkbişirmə sexləri də qayıdan məhsulu satış qiymətinin 50 faizi dəyərində vətəndaşlara satır. Onlar da heyvanlara verir. Bəzi çörək sexlərində satılan çörəklərin tərkibinə köhnə çörək və digər qarışıqlar əlavə edilir. Daha konkret desək, çörək mağazalarında satılmayan çörəklər axşamlar sexlərə qaytarılır və orada toplanır. Həmin çörəklər atılmır. Quru çörəklərin üzərinə su çilənir və ət maşınında çəkilir. Çəkilmiş çörək yenidən xəmirin tərkibinə əlavə edilərək təzədən bişirilir. Nəticədə istehlakçıların aldıqları çörəkdə müxtəlif qıcqırmalar olur. Bu da insan orqanizmi üçün təhlükə yaradır. Ciddi qanunsuzluqlara yol verən istehsalçılardan biri də əksər çörək sexlərinin sobalarında çörək kündələrinin yerləşdirildiyi xüsusi qablar transformator yağı ilə yağlanır. Çörəyin üzərində sürüşkənliyin müşahidə olunması da bununla bağlıdır. Bundan əlavə, çörəklər bişirilərkən un ələnmir, satılmayan çörəklər yeni bişirilən çörəklərlə eyni yerdə saxlanılır. Bu isə qətiyyən yolverilməzdir. Çörək sexləri satılmayan çörəkləri toplayıb, onları quru yerdə saxlamalıdırlar. Həmin çörəkləri yalnız baytar həkimlərin icazə ilə heyvanlar üçün yem məqsədilə istifadə etmək olar. Bu əsnada Sonolay.org-un apardığı araşdırmalar zamanı ciddi qanunsuzluqlara yol verən istehsalçılardan biri də Beyləqan rayonunda keçmiş avtobazanın qarajı ərazisində fəaliyyət göstərən çörəkbişirmə sexidir. Məmişov Rövşən adlı şəxsə məxsus bu sexdə əsasən gecə növbəsində 35 işçi çalışır ki, onların da əksəriyyəti ilə əmək müqaviləsi bağlanılmayıb. Bu isə o deməkdir ki, əmək qanunvericiliyinin tələbləri ciddi şəkildə pozulr və həmin işçilərin sosial sığorta şəhadətnaməsi yoxdur. Bildirilir ki, Məmişovun sexində gecədə faktiki olaraq 15 min ədəd çörək bişrilsə də, 2,0 - 2,5 min ədədi rəsmiləşdirilir. Bu da aydın məsələdir ki, vegidən yayınmaq üçündür. Hər işçiyə günəmuzd 10 (on) manat verilir, leqal işləyənlərə aylıq 150 manat məvacib yazılır. Növbə oklad yarım - iki oklad təşkil edir ki, bu da istismar deməkdir. Çörəyin dövlət standartı ilə müəyyənləşdirilmiş çəkisi 500 qramdan az olmamalıdır. Məmişovun sexində istehsal olunan çörəyin çəkisi isə 350 - 400 qram gəlir. Qeyd etdiyimiz kimi, sexin yerləşdiyi yer avtobazanın qarajıdı. Orada məcburi köçkünlər məskunlaşıblar. Didərginlərə mavi yanacaq verilmədiyi halda, Rövşənin Məmişovun çörək sexi qazla təmin olunub. Aşkarlanan digər nöqsanlar isə müqaviləsiz işləyən sex işçilərinin tibbi müayinədən keçməməsidir. Sonolay.org olaraq qeyd edək ki, Məmişovun sexində narazılıq doğuran neqativ hallar barədə yazılarımızı davam etdirəcəyik. Sonolay.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|