Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                 

Mustafa Babanlı oxumasa da olar... - Azİİ-də məzun gecəsi barədə düşüncələrim
Tarix: 1-07-2017, 10:40 | Çap et
Mustafa Babanlı oxumasa da olar...
Universitetlərin Qeyri-hökumət təşkilatları və təhsil ekspertləri ilə əməkdaşlığı artmaqdadır. Bir neçə ali məktəbdə İctimai Nəzarət Şuralarının yaradılması ölkə başçısı tərəfindən təsdiq olunmuş “İctimai İştirakçılıq haqqında” qanunun tətbiqinə nümunədir. QHT və təhsil ekspertlərinin, media kapitanlarının universitetlərdə təşkil olunmuş təhsil və elmlə bağlı tədbirlərə cəlb olunması polemika mədəniyyətini də zənginləşdirir.

Vacib tədbirlərdən biri də universitetlərdə keçirilən məzun günləridir. İyun ayının 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində belə bir mövzuda düzənlənən tədbirə mən də dəvət olunmuşdum. Məzun gününün əsas qonaqları isə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri Məlahət İbrahimli və Hüseynbala Mirələmov idi. Qonaqların, demək olar ki, hamısı məzunlara ürək sözlərini dedi. Sonra təhsil eksperti kimi mənə söz verildi.

Mənim çıxışımsa təxminən belə oldu: “Əziz tələbələr, bizim nəsil sənaye cəmiyyətinin məzunlarıdır. Siz isə post-sənaye cəmiyyətinin. Bizim alətimiz yalnız kitab idi. Sizinki isə kitab, internet, mobil telefonlar və müxtəlif İKT alətləridir. Bu mənada siz bizdən daha hərtərəfli kadr kimi yetişmisiniz. Bizim təhsillə sizin təhsili bir-birindən fərqləndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, siz müstəqil Azərbaycan Dövlətinin Universitetinin, biz isə Azərbaycan SSR-nin universitetlərinin məzunları olmuşuq. Bu mənada siz daha sərbəst və daha parlaq tənqidi təfəkkürlə cəmiyyətə atılırsınız. Sizdən fərqli olaraq, bizim böyük əksəriyyətimiz bir neçə ildən sonra ali məktəbə daxil olurduq. Qəbul qaydaları çox sərt idi. Sizin məktəb partasından ali məktəb partasına adladığınız vaxt 2 aydan çox çəkmir. İndi isə həyat partası sizi gözləyir. O mənada parta dedim ki, biliklər tez-tez dəyişdiyindən ali məktəbdən sonrakı dövrlərdə də öyrənməyi davam etməlisiniz. Universitetlərin reytinqində əsas meyarlardan biri məzunların işlə təmin olunmasıdır. Bitirdiyiniz Universitetin nəzdində Siyavuş Qarayev...üzr istəyirəm, Mustafa Babanlı tərəfindən Startup məktəbinin yaradılması işlə təminatda sizə köməklik göstərəcək. Xatırladıram ki, bitirdiyiniz universitet 3-4 il bundan əvvəl belə deyildi. Qapalı idi. Bura rektor təyin olunmuş Mustafa Babanlı dəyişikliklərə meylli rektordur. Və semestr imtahanlarında yol verilən neqativ halların qarşısını ala bilib. Sizə gələcəkdə uğurlar arzulayıram.”

Əslində, mən zarafat elədim. Həmin tədbirdə mənə söz verilmədi. Verilsə idi, belə danışacaqdım...
Sonra isə universiteti əla qiymətlərlə bitirən 16 məzuna diplomlar təqdim olundu. İcra başçısı, deputatlar, Mustafa müəllim və onun çoxsaylı prorektorları bu məqsədlə səhnəyə dəvət olundular.
Təəssüflər olsun ki, mənə diplom da çatmadı. Məzunların sayı 18 nəfər olsaydı yəqin ki, çatardı. Həm də böyük ehtimalla ona görə diplom çata bilərdi ki, Mustafa müəllimin artıq prorektoru qalmamışdı...
Maraqlı gələn odur ki, görəsən məni Azİİ-yə niyə dəvət etmişdilər. Bəlkə qabaq cərgəni doldurmaq üçün! Yoxsa vaxtilə qapalı olan bu universitetdə QHT nümayəndəsinin gəlişini nümayiş etdirmək üçün... Düşünə-düşünə tədbirdən çıxdım və metroya çatdıqda səbəbi tapdım.

Mənə göstərmək istəyirdilər ki, əvvəlcə rektor gəlir (ev sahibi kimi), sonra icra başçısı, sonra deputatlar, sonra prorektorlar, sonra isə boşluq.... Yəni görüntü yenidir, mahiyyət köhnə. Bəlkə səhv edirəm, təhsil ekspertləri institutu öz missiyasını başa çatdırıb? Məncə bundan sonra biz də hara gedib-getməməyimiz barədə düşünməliyik.

Elə bilməyin ki, mən bu yazı ilə çıxış etmək davası döyürəm. Mən hər zaman yazır, çıxış edir, bütün ölkə qarşısında fikirlərimi sərbəst söyləyə bilirəm. Amma gənclərin yuxarıdakı məzmunda çıxışı eşitmək haqqı vardı.

Hə, əsas məqamı unutmayım. Tədbirdə Hüseynbala Mirələmova söz verdiklərinə görə ADNSU rəhbərliyinə təşəkkürümü bildirirəm. Məndə isə nostalji hisslər yaratdıqlarına görə... sevinən gəncliyin arasında 31 il bundan öncə məzun olduğumu xatırladım.

Etibar Əliyev,
təhsil eksperti, fəlsəfə doktoru
\\moderator.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru