İcra başçısından narazılıq var - Ağstafada
Tarix: 24-07-2017, 11:25 | Çap et
Prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışmışdı Ölkə başçısı bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırlatmışdı: Sitat: “Bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayona nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən, bu göstəriciyə görə qiymət veriləcək”. Əldə etdiyimiz məlumatlarda deyilir ki, ilin sonuna yaxın icra hakimlərinin bəziləri ilə bağlı qərar veriləcək. Onların xalqla işləməsi, investorları cəlb etmək siyasətinə baxılacaq. Deyilənə görə, hazırda Ağstafanın icra hakimi Məhərrəm Quliyevdən çox ciddi narazılıq var. Onun nə əhal ilə işlədiyini görən var, nə də sahibkarlara şərait yaradır, xaricdən nə də investor cəlb edir. Hazırda Ağstafanın icra hakiminin təftiş olunduğu iddia edilir. Prezidentin çıxışından gəlinən ehtimal bu idi ki, fəaliyyətlərində ciddi araşdırmalar aparılacaq bir sıra icra başçısı ilin sonunadək öz postunu itirəcək. Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyinin icra hakimiyyətləri başçılarının fəaliyyətlərinin araşdırılması işinə cəlb edilmələri də bu ehtimalı artırır. Monitorinqlərdən bir sıra icra başçısının öz yerini itirəcəyini indidən demək mümkündür. Hesab olunur ki, “təmizləmə əməliyyatları”nda il ərzində müvafiq qurumlara barələrində ən çox şikayət olunan, qeyri-etik hərəkətləri ilə tez-tez gündəmə gələn icra başçılarına daha çox üstünlük veriləcək. Ağstafa rayonunda heç bir inkişaf getmir. Rayon camaatı icra başçısından çox narazıdır. Tovuz, Qazax, Şəmkirlə müqayisədə qonşularından geri qalan Ağstafada inkişafı tormozlayan məmurlar və icra başçısı olduğu deyilir. Ağstafada yerli məmurlarla əhali arasında ciddi problemlər baş qaldırmağa başlayıb. İcra başçısı Məhərrəm Quliyevin yarıtmaz idarəçiliyinin əziyyətini çəkən əhali artıq torpaq, su və əkinçilik problemləri yaşamaqla yanaşı, məmurların özbaşınalığını da «dadırlar». Verilən məlumata görə, Məhərrəm Quliyev açıq-aşkar pul qazanmaq üçün rayonda atmadığı addım qalmayıb. Onun sovet dövründən qalma obyektləri bir-bir ələ keçirdiyi, bəzilərini çay evlərinə, bəzilərini isə restorana çevirən icra başçısı bununla böyük pullar qazanmağa çalışır. Məlumatlarda deyilir ki, Ağstafanın icra başçısı indi də Kür qırağındakı ərazilərə göz dikərək, orada özünə böyük bir restoran tikdirməyə çalışır. Bununla əlaqədar olaraq, Quliyevin artıq yer axtarışına başladığı və əlverişli məkan üçün diqqət yetirdiyi vurğulanır. Rayonun icra başçısı uyğun yer tapan kimi, orada böyük restoran inşa etdirib, bütün məmurları oraya cəlb edəcək. Maraqlı məqamlardan biri də odur ki, Məhərrəm Quliyev rayonun mərkəzində özünə çay evi açdırıb. Gününün yarısını orada keçirən icra başçısı göstəriş verib ki, bütün məmurlar da vaxtlarını məhz həmin çay evində keçirməlidirlər. Əgər bir icra nümayəndəsi cəsarət edib rayon mərkəzindəki başqa bir çayxanaya və ya çay evinə getsə, onu ağır cəzalar gözləyir. Maraqlıdır ki, Ağstafanın icra başçısı Məhərrəm Quliyev rayonu idarə etmək əvəzinə, bütün gücünü obyektlərinin dirçəldilməsinə vurub. Kənardan baxanlarda da belə bir təəssürat yaranır ki, o icra başçısından çox, çayxana sahibi kimi davranır. www.xalqxeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|