"Mənim əmək pensiyam düzgün hesablanmayıb" - GİLEY
Tarix: 21-09-2017, 09:14 | Çap et
Bu gün ictimai həyatımızda media qurumlarının təsir imkanları artdıqca, bir çox sosial-iqtisadi, hüquqi və s. problemlərlə üz-üzə qalan sakinlərin ayrı-ayrı mətbu orqanların redaksiyalarına ünvanladıqları şikayətlərin də sayı çoxalmaqda davam edir. Sözsüz ki, əmələ gələn problemlərin və ünvanlanan şikayətlərin həm obyektiv, həm də subyektiv səbəbləri olur. Bu səbəblər içərisində daha çox məmur özbaşınalığı ilə bərabər, ayrı-ayrı vəzifə sahiblərinin üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirməmələri, qanunların icrası zamanı əmələ gələn boşluqlar və s. məhz problemlərin əmələ gəlməsinə səbəb olan əsas amillərdir. Toxunacağımız bu problemin varlığı isə, tamam başa bir motivlə bağlıdır.
Belə ki, bir-iki gün bundan öncə redaksiyamıza üz tutan və iş stajında, aldığı əmək pensiyasında əmələ gələn problemin araşdırılmasını və ictimailəşdirilməsini xahiş edən, Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi ev-28 ünvanda yaşayan Mədətov Şirbala Əbdülhəsən oğlu “Gündəm Xəbər”ə yazdığı ərizəsində qeyd edir ki, “mən 18 dekabr 1940-cı ildə Bakı şəhərində anadan olmuşam və 18 yaşımda, yəni 1958-ci ildə “Azneft” İB-nin “Suraxanıneft” Neft və Qazçıxarma idarəsində ilk dəfə əmək fəaliyyətinə başlamışam.1996-cı ildə adı çəkilən idarədən yaşa görə pensiyaya çıxıb, 2014-cü ilin yanvar ayınadək ayda 185 manat məbləğində əmək pensiyası almışam. 01 yanvar 2014-cü il tarixdən isə, əmək pensiyam artırılaraq 246.85 manat olub. Onu da vurğulayım ki, üstüstə 51 il iş stajım olsa və ağır sahədə çalışsam da, əslində mənə imtiyazlı işçilərə şamil olunan artımla pensiya təyin edilməli idi. Amma, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsində buna əməl olunmamışdır.
Belə bir səbəb üzündən də, ötən ilin oktyabr ayında adı çəkilən qurumun rəhbərliyinə ərizə ilə müraciət etdim və 1996-ci ildən pensiyaya çıxdığımı, əvvəl pensiyamın 185 manat, 01 yanvar 2014-cü il tarixdən isə 246.85 manat olduğunu bildirdim. Həmin vaxt dəqiqləşdirə bildim ki, aldığım 246.85 manat pensiya pulu 01 yanvar 2014-cü il tarixdən deyil, əslində 01 yanvar 2006-cı il tarixdən hesablanmalıdır. Ona görə də adı çəkilən quruma ərizə ilə müraciət etdim ki, hesablanma yenidən aparılsın və 01 yanvar 2006-cı ildən 01 yanvar 2014-cü ilə kimi aldığım pensiyada əmələ gələn məbləğ fərqi yenidən hesablansın və mənə ödənilsin. Haqlı tələbimə baxmayaraq, ünvanladığım məktubuma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsindən 20 oktyabr 2016-cı il tarixdə 18/04-4133 saylı rəsmi məktubla cavab verildi və haqlı tələbimin təmin olunmasından imtina edildiyi də açıqlnadı. Həmin məktubda mənim pensiyamın baza hissəsi 100 manat, qazanılmış sığorta hissəsi 101.84 manat, sığorta hissəsi isə 45.01 manat olduğu qeyd olunmuşdur. Bu gün də hesab edirəm ki, mənim əmək pensiyam düzgün hesablanmayıb. Çünki, 51 il il iş stajım var və ötən illər ərzində olduqca ağır sahədə işləmişəm. Belə bir səbəblər üzündən də, mən imtiyazlı şəxslər siyahısına aid olmalıyam və həmin şəxslərə şamil olunan imtiyazlar, əslində mənə də şamil olunmalıdır.
Azərbaycan Respublikası, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində qeyd olunur ki, axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilər 57 yaşa çatdıqda, 25 il sığorta stajına malik olduqda və həmin müddətin azı 12 il 6 ayını həmin işlərdə işlədikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, yəni buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası yarandığı gündən, amma bu Qanun qüvvəyə mindiyi andan tez olmamaqla ömürlük təyin edilir. Bu maddənin tələbinə görə mənim istənilən vaxt pensiya təyinatı ilə bağlı aidiyyəti üzrə müraciət etmək hüququm var və əslində mənə təyin ediləcək pensiya 1996-cı ildən ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə və əlilliyə düçar olduqda, ailə başçısını itirdikdə və digər hallarda sosial təminat almaq hüququna malikdir.
Bütün bunları əsas tutaraq onu bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi, 20 oktyabr 2016-cı il tarixdə cavab verdiyi 18/04-4133 saylı rəsmi məktubu ilə, mənim qanunla müəyyən olunmuş qaydada əmək pensiyası almaq hüququmu pozmuşdur. Buna görə də həmin məktubu hüquqi əsası olmayan cavab məktubu hesab edirəm və hesablanmanın yenidən aparılmasını istəyirəm. Yəni indi istəyim ondan ibarətdir ki, 51 il iş stajımın olması nəzərə alınsın və 01 yanvar 2006-cı il tarixdən 01 yanvar 2014-cü il tarixə kimi aldığım əmək pensiyasında əmələ gələn məbləğ fərqi təkrar hesablansın və mənə ödənilsin”. Əlavə olaraq onu da qeyd edək ki, adı çəkilən şəxs sonuncu iş yerindən 22 iyul 2009-cu ildə çıxmış və hər il əmək haqqının aylar üzrə məbləği cədvəlində, təqribən 400-800 manat arası əmək haqqı da almışdır. Şirbala Mədətovun 51 il ağır sahədə çalışıb əmək fəaliyyəti ilə məşğul olması, ona məxsus əmək kitabçasında da qeyd olunub. Bütün bunlar onun haqlı olmasına tam əsas verir. Onu da vurğulayaq ki, Bakı şəhər sakini Mədətov Şirbala Əbülhəsən oğlunun redaksiyamıza ünvanladığı və ictimailəşdirilməsini xahiş etdiyi belə bir problem həllini tapmadıqca, inanırıq ki, yaşanan olay medianın gündəmini zəbt edən mövzulardan birinə də çevriləcək. Amma o hala da inanırıq ki, məqalənin dərcindən sonra ƏƏSMN-nin tabeli qurumları sabiq neftçinin problemini diqqətdə saxlayıb, həllini də həyata keçirəcəklər. Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|