"İl yarımdır əməkhaqqı almırıq" - NARAZILIQ
Tarix: 2-11-2017, 10:15 | Çap et
AzTV sədri Arif Alışanov Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanımın nəcib təşəbbüslərindən birinə kölgə salmaqla məşğuldur.
AFN xəbər verir ki, A.Alışanov Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsinin qalibi olan gənc xanəndələrə əngəl yaradır. Bu barədə həmin xanəndələrdən bir neçəsi ilə söhbətdən aydın olub. Gənc muğam ifaçıları bildirirlər ki, müsabiqə bitdikdən sonra onlarla müqavilə bağlanıb AzTV-yə solist kimi işə götürülüblər: “Rəsmi əmək müqaviləsi bağlandı işə götürüldük. Lakin bir müddətdən sonra bizə bildirildi ki, ictimai əsaslarla iş prinsipinə keçilir. Bizə verilən əməkhaqları (420 manat yazılıb 350 manat verilirmiş-red.) kəsildi, il yarımdır əməkhaqqı almırıq. Müqaviləmiz olan vaxt bizə AzTV, “İctimai” TV, “Mədəniyyət” və “İdman” kanallarından başqa heç bir kanala çıxmağa icazə vermirdilər. İctimai əsaslara keçdikdən sonra bu barədə heç bir qadağa tətbiq olunmadı, biz də müxtəlif kanallardan gələn dəvətləri dəyərləndirməyə başladıq. Bu müddət ərzində AzTV-yə dəfələrlə müraciət etməyimizə baxmayaraq, bizi verilişlərə çıxartmırlar. Adları çəkilən digər kanallar isə bizdən pul istəyirlər, xüsusilə də “İctimai” TV. İndi bizə Az.TV-dən zəng edib deyirlər ki, sədr əmr edib, yuxarıda adları qeyd edilən TV-lərdən başqa heç bir TV-yə çıxmamalıyıq. Bizə bu haqda Az.TV-müvafiq qurumlarından zəng edərək bildiriblər. Bu, Arif Alışanovun özbaşınalığından başqa bir şey deyil. Adımızı solist siyahısına yazıb, heç bir əməkhaqqı ödəmədən, verilişlərə çıxarmadan bizi inkişaf etməyə, tanınmağa qoymamaq cəhdinə başqa ad verə bilmirik. Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox uğurlu bir təşəbbüs irəli sürüb, gözəl layihə reallaşdırılıb. Amma təəssüflər olsun ki, Arif Alışanov kimiləri bu uğura, nəcib təşəbbüsə kölgə salırlar, uğurunu azaltmağa çalışırlar”. Gənc xanəndələr üzləşdikləri problemlə bağlı Heydər Əliyev Fonduna və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşdıqlarını deyirlər. 20-yə yaxın sənətçinin bu problemlə üzləşdiyini deyən həmsöhbətlərimiz hesab edirlər ki, M.Əliyeva onlara növbəti dəfə dəstək göstərəcək və A.Alışanovun özbaşınalığının qarşısını alacaq: “Bizim heç olmasa Az.TV-də, İTV-də proqramlara çıxışımızı təmin etsələr, bu kanalların səsyazma studiyalarında lentlərimizin yazılmasına şərait yaratsalar, qoyduqları qadağada haqlı saymaq olar. Arif Alışanov əzərə almalıdır ki, biz xalqın sənətkarı olmaq, səsimizi, istedadımızı xalqa həsr etmək istəyirik. Bizə qadağa tətbiq edərək o, nəcib təşəbbüsü dəyərdən sala bilməz!”
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
|