Azərbaycan əhalisi 6 manatlıq “nehrə yağı” ilə necə aldadılır... - İTTİHAM
Tarix: 6-01-2018, 11:46 | Çap et
Azərbaycanda ötən ildən başlayaraq bahalaşan kərə yağı 2018-ci ildə 1 manata qədər ucuzlaşsa da, onsuz da aylıq xərclərini bu aydan o biri ayın başına qədər güclə çatdıran vətəndaş üçün yenə də əlçatan deyil. Necə deyərlər, kərə yağı “yağlı əppək” olub...
Hələ ötən ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq. Xatırladaq ki, 2017-ci ilin son aylarında Yeni Zellandiya istehsalı “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manata, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı “President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı “Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilirdi. Hazırda bu yağların qiymətində cüzi ucuzlaşma hiss olunsa da, ümumi xərclərə təsir edəcək səviyyədə deyil. Belə bir məqamı fövtə verməyən işbazlar isə yenə iş başındadırlar. Belə ki, sosial şəbəkələrdə, qonum-qonşuda “əsl kənd yağı”, “əsl nehrə yağı” adı altında 7-8 manata yağ təklif edilir. Qiymət ilkin olaraq, cəlbedici görünür. Ta ki, “nehrə yağı”nı əridib qoxusundan “bihuş” olana qədər. 1 kiloqramı 7 manata satılan 5 kiloqram “nehrə yağı”ını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulur. Əvəzində ətrafa elə bir qoxu yayılır ki, onunla xörək belə bişirmək istəmirsən.
Deyilənə görə, hansısa “işbazlar” xaricdən Azərbaycana palma yağı idxal edir ki, həmin yağlar da ölkəboyunca dükan-bazarı cənginə alan “nehrə yağı”nın hazırlanmasında istifadə edilir.
Qeyd edək ki, Azərbaycanda istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti, eyni zamanda idxal zamanı Dövlət Gömrük Komitəsi həyata keçirir.
Yağlarla bağlı məsələni araşdırmaq üçün biz də ilkin olaraq, rəsmi qurumlara müraciət etdik. Aidiyyatı qurumların bir neçəsindən saytımıza bildirildi ki, qida təhlükəsizliyi məsələlərinə nəzarət Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub:
“Biz bu məsələ ilə bağlı açıqlama vermək, araşdırma aparmaq səlahiyyətində deyilik”.
Yenicə fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyindən isə hər hansı açıqlama almaq hələ kə ki müşküldür...
Nənələrimiz nehrə yağının hazırlanması zamanı qabaqcadan tədbir görərdilər. Yağın hazırlanması üçün qatıq çalar, sonra həmin qatığı nehrənin içərisinə tökər və çalxalayardılar. Proses uzun sürdüyündən nehrə yağının alınması asan başa gəlmir. Bir müddət çalxalanandan sonra həmin çalxalanan qatıq ayrana və yağa ayrılır.
Uzun illərdir nehrə yağı hazırlayan, əslən Qazax rayonundan olan Əsmər Kərimova Modern.az-a deyib ki, nehrəni çalxalamaq böyük səbir tələb edir:
“Ən azı 1-2 saat qatığı çalxalamaq lazımdır. Yalnız bu müddətdən sonra qatıq ayrana və yağa çevrilir. Ən yaxşı nehrə yağı isə gildən hazırlanan küplərdə düzəldilir. Bu cür qabda həm yağın dadı ləzzətli olur, həm də çıxarı çox çıxmır”.
Müsahibimiz qeyd edir ki, müasir üsulla hazırlanan nehrələr daha tez başa gəlir:
“Onlar xüsusi aparatla hazırlanır. Amma ona əsl nehrə yağı demək olmaz”.
Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov Modern.az-a gün ərzində yağlarla bağlı bir neçə şikayət aldığını bildirib:
“İnsanlar daha çox “kənd yağı” ilə satılan məhsulun ekspertizasının keçirilməsini istəyirlər. Məndən də əsasən bunu soruşurlar. Qeyd edim ki, bu, mümkündür. Amma yağların müstəqil laboratoriyada analizdən keçirilməsi 250-300 manata başa gəlir. 6-7 manata yağ alan vətəndaş isə təbii olaraq bu yoxlamadan imtina edir”.
Hüquq müdafiəçisi də təsdiqləyir ki, kərə yağının bahalaşmasından sonra bu cür “kənd yağları”nın istehsalı sürətlə artır:
“Bu bir aksiomadır ki, hansısa mal, məhsul bahalaşanda, onun saxtası bazara ayaq açır. Məlum olur ki, əslində “nehrə yağı” adı altında satılan yağlar heyvanların iç yağı, marqarin, palma yağlarının süd, qatıqla qarışığından hazırlanır. Xüsusi aparat vasitəsilə çalxalandıqdan sonra “nehrə yağı” hazır olur. Əlbəttə, bunu bütün nehrə yağlarına aid etmək doğru deyil. Amma əsl nehrə yağını saxtasından ayırd etmək də çətindir. Bunu əsasən yağın dadından, qoxusundan anlayışı olan adamlar seçə bilir. Amma istəyənlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyalarında ödəniş etməklə yağın analizini apara bilərlər”. \\moderator.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
• 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40 |
|
|
|
• Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38 |
|
|
|
• Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36 |
|
|
|
• "Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24 |
|
|
|
• "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20 |
|
|
|
• Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16 |
|
|
|
• Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08 |
|
|
|
• Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06 |
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
|