Respublika Klinik Xəstəxanasında bazar qaydalarının təntənəsi - GİLEY
Tarix: 16-01-2018, 08:59 | Çap et
Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. Dövlət xəstəxanaları “balıq başdan iylənər” şüarını əldə bayraq tutaraq vətəndaşları soyurlar. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər. Bu rüşvət piramidasının ən bariz nümunəsi isə cumhuriyyet.az olaraq M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə bağlı apardığımız araşdırmada üzə çıxdı. Ötən ilin sonlarında dekabrın 29-da Saatlı rayon sakini Həsənova Sara Malik qızı səhhətində yaranan problemlə əlaqədar rayon Mərkəzi Xəstəxanasına üz tutub və orada müayinə olunduqdan sonra, Bakıya – Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına MRT müayinəsi üçün göndərilib. Şikayətçi cumhuriyyet.az-a bildirir ki, paytaxtdakı səhiyyə müəsisəsində ondan müxtəlif bəhanələrlə pul tələb ediblər: “Əvvəl müayinənin həmin gün mümkün olmadığını və mütləq psixoterapiya şöbəsində xəstə kimi yatmağımı bildirdilər. Əlacsızlıqdan soyuq və şəraitsiz palatada bir gün qalmağa razı oldum. Daha sonra guya mənə rəhmləri gəldiyindən (əslində mənim bu təklifə razı olmayıb onlara “hörmət” edəcəyimi gözləyirdilər) müayinənin həmin gün olacağını bildirdilər. Mən müayinə otağına salınana, MRT aparatına yerləşdirilənə qədər bu və ya digər işarələr olsa da heç kim məndən açıq şəkildə pul istəmədi. Aparatın içində olarkən məni müayinə edən həkim Şamil Əliyev mütləq mənə hansısa iynənin vurulmasını dedi. Elə bu zaman həkimə yardım edən Esmira adlı tibb bacısı iynənin vurulmasının qiymətinin 40 manat olduğunu bildirdilər. Maraqlı situasiya yaranmışdı: sən demə iynə vurulmasa (demək həm də 40 manat verməsəm) mən həmin aparatdan çıxa bilmərəm. Mən deyilən məbləği verdim və bu günə qədər də adı, mənşəyi mənə məlum olmayan iynə vurulduqdan sonra MRT müayinəsi keçirildi”. İş bununla bitmir. Şikayətçinin cumhuriyyet.az-a təqdim etdiyi sənəddən də görünür ki, göndərişlə gələn xəstənin MRT müayinəsində soyadı düzgün göstəeilməyib. Bu isə müayinə nəticəsinin ona aid olub olmadığına çübhə yaradır. Bu bir yana. Müayinədən sonra xəstə S.Həsənova Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək baş verənlər və ondan pul tələb olunması haqda məlumat verir. Ortada açıq aşkar korrupsiya, pulsuz tibbi xidmət qaydasının pozulması olduğu halda qaynar xətt əməkdaşı şikayətçinin telefonuna az sonra zəng edərək yenidən həmin şöbəyə getməsini məsləhət görür. Əsl tragikomediya isə burda baş verir. Pulu alan Esmira adlı tibb bacısı deyinə deyinə vətəndaşı Şamil Əliyevin yanına gətirir və sonuncu onun pulunu qaytarır… Tibb bacısı Esmiranın aldığı pul bir müddət sonra həkim Şamil Əliyevin cibində olubsa, eyni məntiqi ardıcıllıqla bu pul bir neçə saat sonra da baş həkimdə olacaqdı. Bəs sonra? Həm səhiyyə nazirliyinin qaynar xəttinin “operativ” müdaxiləsi, həm də mediada yer alan və rəsmən təkzib olunmayan iddialara əsasən cumhuriyyet.az olaraq bu suala belə cavab verə bilərik: “M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov səhiyyə naziri Oqtay Şirəliyevə hər rübdə “hesabat” verir. Baş həkim üç aydan bir nazirin “haqqı”nı çatdırır”. Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Yazılan tənqidlər isə nəticəsiz qalıb, ölkənin ən böyük tibb müəssisələrindən biri rüşvət yuvası kimi fəaliyyətini davam etdirir. Reanimasiya otağında xəstəyə yaxşı nəzarət olunmağın yolu var; həkimə gündəlik azı 20 manat verməlisən. Tibb bacıları da şəbəkəyə daxildir. Onlara da 5-10, sanitara 3-4 manat verilməlidir. Kim zobdan müayinə olunmaq istəyirsə 20 manat ödəməlidir. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gəlir. Bundan başqa burada qanın ümumi analizi 10 manatdır. Qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Deyirlər ki, döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Doğum şöbəsinin təyin etdiyi qiymət cədvəli isə vətəndaşlarda sancılanma yaradır. Qeysəriyyə əməliyyatına hazırlaşanlar 800 manat ödəməlidir. Bütün bu “kriteriyalar” çərçivəsində işləyən Respublika Kliniki Xəstəxanada insanların vəziyyəti həqiqətən də klinikdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
• 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40 |
|
|
|
• Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38 |
|
|
|
• Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36 |
|
|
|
• "Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24 |
|
|
|
• "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20 |
|
|
|
• Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16 |
|
|
|
• Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08 |
|
|
|
• Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06 |
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
|