Zaur Mikayılov nədən ƏHMƏDZADƏYƏ SƏDAQƏTLİDİR? - İLGİNC FAKTLAR
Tarix: 10-03-2022, 10:50 | Çap et
Təxmin edirdik ki, Beyləqan Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azim Kərimovun korruptiv əməlləri barədə Reportyor.org saytında gedən və xeyli sayda ciddi qanunsuzluq faktlarını – işə çıxmayan yaxın qohumlarının (oğlunun, qızlarının, gəlininin, qardaşının, qardaşı oğlunun) adlarını idarənin ştat cədvəlinə salmaqla külli miqdarda dövlət vəsaitini mənimsəməsini, idarənin hesabında olan texnikanı qeyri-qanuni icarəyə verməsini, yanacaq və sürtgü materiallarını, ehtiyat hissələrini təyinatı üzrə istifadə etməyərək satdırmasını, habelə idarənin yardımçı təsərrüfatında baş verən maxinasiyaları və s. əks etdirən tənqidi məqalədən sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov məsələnin araşdırılmasını cinayət təqibi orqanlarına ötürməsə də, ən azından sözügedən təsərrüfat vahidində daxili yoxlamaların aparılmasına göstəriş verəcək.
Lakin bizim və Beyləqanın tərəqqipərvər ictimaiyyətinin, ələlxüsus da yerli su istifadəçilərinin gözləntiləri hələ ki özünü doğrultmur. Belə görünür ki, bu məsələdə də Azim Kərimovu himayəsinə sığındığı, ASC sədrinin birinci müavini və tələbə yoldaşı Rafiq Aslanovun əhəmiyyətli təsiri olub.
Bu məqaləmizdə Azim Kərimovun rəvac verdiyi neqativ hallara dair redaksiyamıza daxil olmuş növbəti məlumatları oxucularımızla bölüşməyə qərar verdik. Məlum olduğu kimi, “Meliorasiya və Su Təsərrüfatı” ASC üzrə aparılan islahat tədbirləri çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndiliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan idarələr ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Beyləqanda da Subartezian Quyularının İstismarı İdarəsi ləğv edilərək Subartezian Quyularının İstismarı Sahəsi kimi saxlanılmaqla Suvarma Sistemləri İdarəsinin tabeliyinə verildi. Beləliklə, Azim Kərimovun külli-ixtiyarı daha da genişləndi. Kərimov elə ilk başlanğıcda ləğv olunmuş Subartezian Quyularının İstismarı İdarəsinin köhnə işçilərini müxtəlif bəhanələrlə işdən azad eləməyə, öz qohum-əqrəbası ilə əvəzləməyə qərar verdi. Subartezian İstismarı Sahəsinin rəisi Vidadi Quliyev də Azim Kərimovun qərarlarını “ləbbeyk” deyərək müticəsinə yerinə yetirməyə başladı. Məlumata görə, V.Quliyev 20 nəfərə yaxın işçinin maaş kartını özündə saxlayıb, işləmədikləri halda hərəsinə ayda 30 manat pul verib, qalanını Azim Kərimova ötürür. Bu minvalla Kərimovun bəhrələndiyi “ölü canlar”ın sayı 80-ə çatır.
Bir məsələni də qeyd etməyi diqqətəlayiq hesab edirik. Azim Kərimovun öz katibəsinə qeyri-məhdud imtiyazlar verməsi, onu “yağ-bal” içində yaşatmasına dair ötən məqalədə bölüşdüyümüz məlumata reaksiya özünü çox gözlətmədi. Bir qadın redaksiyaya zəng vuraraq özünü həmin katibə kimi təqdim edib ünvanımıza qarğış-nalə yağdırdı. Sonradan araşdırıb yerinə çatdıq ki, zəng vuran şəxs katibə deyil, idarədə işləyən başqa qadın imiş. Görünür, katibə yazıda həqiqətin özünü gördüyündən, özü danışmağa cəsarəti çatmayıb. O mövzuya əlavə edərək bildirirk ki, əldə etdiyimiz yeni məlumata görə, A.Kərimov katibəsinə Bakıda da mənzil alıb.
Bu gün cənab Prezidentimiz əhalinin məşğulluğunun təmin edilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət ayırır, bu məqsədlə sosial proqramlar həyata keçirilir. Azim Kərimov kimi üzdəniraq məmurlar isə dövlət başçısının bu müstəvidə qərarlarını, tapşırıqlarını görməzdən gəlir, sosial ədaləti pozaraq haram kapitallarını, topdağıtmaz sərvətlərini artırır, haqlı insanların payını öz qohumlarına və katibələrinə yedirirlər. Yenə də ümid edirik ki, yuxarı instansiya, bizim misalda “Meliorasiya və Su Təsərrüfatı” ASC Beyləqan SSİ-də baş verən qanunsuzluqları ətraflı araşdıracaq və təqsirkar vəzifəli şəxslərin barəsində ölçü götürülməsini təmin edəcək. Və etməyə də borcludurlar. Söz “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılovdadır.
P.S. Azim Kərimovun yaxın qohumlarının, məsələn, oğlunun, qızlarının, gəlininin, qardaşının və qardaşı oğlunun adlarını idarənin ştat cədvəlinə salmaqla külli miqdarda dövlət vəsaitini mənimsəməsi korrupsiyaya şərait yaradan haldır və bu hallar konkret olaraq “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasın qanunun 7-ci maddəsində aydın şəkildə qeyd edilmişdir: Yaxın qohumların birgə işləməsinə yol verilmir: Maddənin 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər. //Reportyor.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
|