Sahibkarları əzən VERGİ XİDMƏTİ... - BU FAKTDIR!!!
Tarix: 15-03-2022, 10:33 | Çap et
DİA.AZ: - Azərbaycanda sahibkarların vergi orqanlarından şikayətləri illərdir gündəmdən düşmür. Məhkəmələr tez-tez vergi orqanlarına qarşı iddiaları haqlı sayır. Açıqlanan faktlar bunu göstərir. Nazirlər Kabinetinin hesabatından aydın olur ki, ötən il Azərbaycanın vergi orqanları cavabdeh qismində 655 iddia tələbi ilə bağlı birinci instansiya məhkəmələrinə qatılıb. DİA.AZ xəbər verir ki, bu işlərdən 277-ində iddia tələbi tam və ya qismən təmin edilib, yəni həmin işlərdə vergi orqanı məhkəməni uduzub. Bu işlərin cəmi 94-də iddiaçıların vergi orqanına qarşı tələbi rədd edilib. Daha 354 işdə isə iddia tələbinə mahiyyət etibarilə baxılmadan iş üzrə icraata xitam verilib.
Vergi orqanları ötən il apellyasiya şikayətinin baxıldığı 213 məhkəməyə qatılıb. Həmin işlərin 125-ində - bütün apellyasiya şikayətlərinin 60 faizə yaxınında məhkəmə vergi orqanlarının tam və ya qismən əleyhinə qərar çıxarıb. Cəmi 71 iddia üzrə apellyasiya şikayəti vergi orqanının xeyrinə həll edilib. Daha 17 işinsə icrasına xitam verilib.
Eyni dövrdə vergi orqanları toplam 118 iddia tələbi üzrə kassasiya şikayətinin baxıldığı məhkəməyə qatılıb. Bu işlərin 57-ində vergi ödəyicilərinin xeyrinə qərar verilib. Vergi orqanları 22 işdə qalib çıxıb. 38 kassasiya şikayəti yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilib, bir şikayət üzrə isə icraata xitam verilib.
Ötən il Azərbaycanda 218 min 800 vergi ödəyicisinin toplam 3 milyard 255 milyon manat məbləğində vergi borcu yaranıb. Bu borclardan 202 min 800 vergi ödəyicisinə məxsus 2 milyard 865 milyon manatlıq borc ləğv edilib. Rəsmi göstəricilərdən aydın olur ki, 2021-ci ilin əvvəlində 71 min 700 vergi ödəyicisinin dövlət büdcəsinə toplam 1 milyard 506 milyon manat vergi borcu olub. Ötən ilin sonunda dövlət büdcəsinə borcu olan vergi ödəyicilərinin sayı 82 min 700-ə, vergi borcları isə 1 milyard 896 milyon manata yüksəlib. Başqa deyimlə. il ərzində vergi borcu yaranan vergi ödəyicilərinin sayı 11 min, vergi borcunun məbləği isə 390 milyon manat artıb.
Ötən il boyunca artmış borc məbləğinin 170 milyon manatı (23.9 faizi) səyyar, 334 milyon manatı (46.9 faizi) kameral vergi yoxlamaları nəticəsində yaranıb. Vergi ödəyicisinin bəyannamələrinə görə formalaşan borc həcmi 145 milyon manat olub. 2021-ci ilin sonunda sosial sığorta üzrə 145 min 100 vergi ödəyicisinin 199 milyon 700 min manat, işsizlikdən sığorta üzrə isə 20 min 800 vergi ödəyicisinin toplam 2 milyon 500 min manat məbləğində vergi borcu qalıb.
Diqqətçəkən digər bir göstərici ölkədən çıxışı məhdudlaşdırılan şəxslərlə bağlıdır. Ötən ilin sonuna olan rəqəmlərə görə, məhkəmə qərarına əsasən, 10 min şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb. 2021-ci ildə cinayət işi və materialları üzrə dövlət büdcəsinə toplam 39 milyon 251 min manat ödənilib. Bu göstərici 2020-ci illə müqayisədə 12 milyon 621 min manat və ya təxminən 45 faiz çoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
|