Ağac bəzək bitkiləri Sovxozunda KOLXOZVARİ YEYİNTİ... - İLGİNC FAKTLAR
Tarix: 1-01-2024, 10:26 | Çap et
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozu cari ilin oktyabr ayının 6-da "İstixana kompleksinin” tikilməsi işləri" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 989.713 manat, qalibi isə "ATLAS TİKİNTİ QURAŞDIRMA" (VÖEN: 1203296001) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalma müqaviləsinin şərtlərinə görə podratçı təşkilat - "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri sovxozuna dörd ədəd istixana kompleksi inşa edəcək. Həmçinin "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC bu istixana komplekslərini satınalma müqaviləsinə görə istilik və havalandırma sistemləri ilə də təmin edəcək. Lakin satınalma müqaviləsində inşa ediləcək istixana kompleksinin ölçüləri, sahəsi, hansı materiallardan inşa ediləcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, Ağac bəzək bitkiləri sovxozunun bu tenderdə qalib elan etdiyi "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC 2023-cü ilin yanvar ayının 24-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Xəzər rayonu Buzovna qəsəbəsi Natəvan küçəsi ev 21 ünvanı, qanuni təmsilçisi isə İbrahimov Sahib Abdulla oğludur. Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri sovxozuna 4 ədəd istilik kompleksi inşa edəcək "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC-nin maddi-texniki bazası, müvafiq lisenziyaları, mühəndis heyəti, əmək müqaviləsi ilə çalışan işçiləri, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurslarında heç bir məlumat yoxdur. Qlobal.az-ın əldə etdiyi məlumata görə "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC-nin qanuni təmsilçisi İbrahimov Sahib Abdulla oğlu "proxy" şəxsdir. Bu təşkilatın Bakı şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu tenderlərdə uzun illərdir çoxsaylı MMC-ləri qalib edən və bu yolla da külli miqdarda dövlət vəsaitini mənimsəyən qrupa aid olduğu bildirilir. Qlobal.az məsələ ilə bağlı Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozundan mövqe öyrənə bilməyib. Sovxozun keçirdiyi satınalmadakı şübhəli məqamlara Bakı Şəhər İcra Hakimiyyəti də mövqe bildirmək istəmədi. Qlobal.az Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozunun sirafişçi olduğu sözügedən tenderlə bağlı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrənib. Dövlət Xidmətinin açıqlamasında deyilir: "Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozu tərəfindən "İstixana kompleksinin tikilməsi işləri"nin satın alınması məqsədilə keçirilmiş müsabiqə "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv edilməsi barədə Dövlət Xidməti tərəfindən satınalınan təşkilata 12.09.2023-cü il tarixli 3-21-1/2-18397/2023 nömrəli məktub göndərilmişdir". Qeyd edək ki, Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozunun rəisi Rəşad Cavadovdur.
Mənbə: Qlobal.az Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
|