Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı
Əsas Səhifə > Sosial, Manşet > Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı

Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı


2-01-2018, 11:27
Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı
İranda dekabrın 28-də başlayan aksiyalara artıq Güney Azərbaycan şəhərləri də yavaş-yavaş qoşulmağa başlayıb.

Axar.az xəbər verir ki, etirazlara əsasən Urmiya, Əbhər, Zəncan, Xoy, Marağa və qismən də Təbriz şəhəri qoşulub. Maraqlı məqam odur ki, etiraz aksiyaları zamanı azərbaycanlılar Azərbaycan dilində şüarlar səsləndiriblər.

Marağadakı aksiyada isə etirazçılar “Azərbaycan oğluyam – Babəkin sərbazıyam” şüarlarını səsləndirib, millətçiliyin rəmzi olan Bozqurd işarəsi tutublar. Aksiyada həmçinin İran bayrağı aşağı endirilərək ayaqlar altına alınıb.

Milli şüarlar təkcə Güney Azərbaycanda səsləndirilməyib. Eyni tipli şüarları İranda yaşayan ərəblər, lorlar, bəlluclar və kürdlər də səsləndiriblər.



Geri qayıt