Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Sosial, Manşet > Palataları bazara çevirib...
Palataları bazara çevirib...17-02-2020, 10:57 |
Azərbaycanda fəaliyyət göstərən xəstəxanaların birindən şikayət var. Oxu.Az-a daxil olan şikayətdə iddia edilir ki, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində səyyar satıcılar fəaliyyət göstərir. Belə ki, bir qadın xəstəxanada palatalara baş çəkərək, yaxşı yataq paltarı, xalat satdığını bildirir və xəstələrə təklif edir. Oxu.Az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva saytımıza açıqlamasında bildirib ki, iddia olunan məsələ ilə bağlı hazırda Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılır. Geri qayıt |