Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Sosial, Manşet > “Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm”
“Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm”2-11-2023, 08:22 |
DİA.AZ bildirir ki, Şirvan şəhər sürücülük məktəbinin yataxanasında yaşayan Batişeva Təranə Kərim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazılığını bildirir: "Mən, Batişeva Təranə Kərim qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Artıq Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm. 5 aydır sosial yardım almıram, gedirəm, deyirlər ki, “bu gun, sabah yoxlama gələcək, qeydə alınacaqsınız”. Hər il başıma bu oyunu açırlar. 2 dəfə teleqram vurmuşam, 4 dənə məktub ünvanlamışam, amma cavab yoxdur. Axırıncı dəfə zəng vurdular ki, sizin işinizə 5 günə baxılacaq, 15 gün keçib hələ baxan yoxdur". Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, vətəndaşın müraciətinin araşdıracağı bildirildi. Geri qayıt |