ƏLİ HƏSƏNOV BAŞ NAZİRƏ SAVAŞ ELAN ETDİ
Tarix: 8-05-2013, 10:09 | Çap et
DEPUTATIN ÇIXARILMASININ PƏRDƏARXASIBir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bu qurumun nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucovu işdən çıxarıb. Onun yerinə isə Fərhad Təhməzov təyin olunub.Bunu qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov da təsdiqləyib. Digər mənbələrdən əldə edilən məlumata görə bir neçə gün öncə Əli Həsənovun rəhbərliyi ilə komitədə iclas keçirilib, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsələsi müzakirə olunub. Həmin iclasda Əli Həsənovla Ayaz Orucovun sözləri üst-üstə düşməyib və Ayaz Orucov Baş nazirin müavininə cavab qaytarıb. Bundan əsəbləşən komitə sədri elə iclasdaca millət vəkilini işdən çıxarıb. "Unikal"ın mövzu ətrafında apardığı araşdırmalar nəticəsində isə məlum olub ki, işdən çıxarılan deputat baş nazir Artur Rəsizadəyə yaxınlığı ilə seçilən şəxs imiş. "Ayaz Orucovun işdən çıxarılmasının son vaxtlar ictimai rəydə və mətbuatda Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılacağına dair məlumatların intensivləşməsi fonunda baş verməsi diqqət çəkir. Orucov baş nazir Artur Rəsizadəyə yaxın şəxs sayılırdı. Onun Həsənovdan boşalacaq posta iddialı olması bildirilirdi. Görünür, Əli Həsənov deputatın arxasında Nazirlər Kabineti rəhbərinin dayanmasından şübhələnib və onun yerinə gətirilməsi ilə bağlı planlardan duyuq düşüb. Elə buna görə də Ayaz Orucovu gözlənilmədən, həm də qalmaqallı şəkildə vəzifəsindən kənarlaşdırıb" deyə etibarlı mənbə "Unikal"ın əməkdaşına bildirib. Mənbənin iddiasına görə, komitə sədri ilə deputat arasında həqiqətən insident yaşanıb: "Amma Ayaz Orucovu cavab qaytarmağa məhz Əli Həsənovun məcbur etdiyinə dair məlumatlar var. O, fond direktoru ilə kobud danışaraq, onu konfliktə çəkib, sonra isə bunu bəhanə edərək Ayaz Orucovu vəzifəsindən uzaqlaşdırıb. Həsənovun bu cür addımı əslində həm də onun baş nazir Artur Rəsizadəyə qarşı demarşı kimi qəbul oluna bilər. Yeri gəlmişkən, Rəsizadə ilə Həsənovun münasibətləri uzun müddətdir naməlum səbəblərdən soyuq idi. Ayaz Orucovla bağlı baş verənlər isə bu soyuqluğu daha da dərinləşdirə bilər". Bəzi iddialara görə isə komitə sədrinin deputatı görəvindən kənarlaşdırması qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları və digər obyektlərin inşası üçün ayrılan vəsaiti tamamilə öz nəzarətinə keçirmək istəməsi ilə bağlı ola bilər. "Şübhəsiz ki, həmin vəsaitlərə Əli Həsənovun müdaxilə imkanları kifayət qədər idi. Amma Ayaz Orucovun başqa nüfuzlu şəxslər tərəfindən himayə edilməsi sözügedən maliyyə üzərində Həsənovun təsirini azaltmışdı. Mümkündür ki, komitə sədri bu duruma son qoymaq üçün deputatla yolları ayırmaq qərarını verib" - deyə başqa bir mənbə "Unikal"a bildirib. Mənbə deyib ki, daha inandırıcı olan odur ki, Ayaz Orucovla Əli Həsənov arasında fondun xətti ilə xərclənən pulların haqq-hesabı düz gəlməyib: "Bu isə komitə sədrini qəzəbləndirib və o, deputatı qalmaqallı şəkildə vəzifədən uzaqlaşdırıb. İndiyədək məcburi köçkünlər üçün tikilən binalarla bağlı artıq yoxlamalara başlanılması da Əli Həsənovun fond direktoruna hədsiz qəzəbli olduğunun işarəsidir. Yəqin ki, həmin yoxlamaların aparılması məhz komitə sədrinin təşəbbüsü olub, o, Orucovu daha da dolaşığa salaraq qisas almaqla bərabər, həm də fond direktorunun ondan gizlətdiyi mənimsəmələri geri qaytarmaq istəyir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
|