“ƏVƏZ ZEYNALLINI SUSDURMAQ ÜÇÜN HƏBS EDİBLƏR”
Tarix: 10-12-2011, 14:15 | Çap et
“MƏHKƏMƏYƏ 45 NƏFƏRİ BİR “VORONOK” DA GƏTİRMİŞDİLƏR”
Müsahibimiz “Xural” qəzetinin əməkdaşı Nurəddin Xocadır.
- Əvəz Zeynallının işində nə yeniliklər var? - Situatsiya ağır sabit olaraq qalır. Heç bir istintaq hərəkəti aparılmır, təzə heç nə yoxdur. Basqılar yerində, Əvəzə qarşı kobudluqlar, qanunsuzluqlar davam edir. Bir neçə gün əvvəl Əvəz bəyin həbs qəti imkan tədbirini, ev dustaqlığı ilə əvəz etmək üçün vəkil Elçin Sadıqov məhkəməyə müraciət etmişdi. Prosses boyu Əvəz bəyin məhkəmə zalında əllərindən qandallar açılmadı. Məhkəmə prosesi qapalı keçməsinə baxmayaraq Əvəz bəy bütün proses boyu məhkəmədə əli qandallı oturmalı oldu. Vəkili ilə danışmaq üçün ona heç bir şərait yaradılmadı. Məhkəməyə 45 nəfəri bir “voronok” da gətirmişdilər. Daha nələri deyim. Bu ədalət məhkəməsi deyil, ədəlatin mühakiməsidir. Hər şey əvvəlcədən sifariş əsasında hazırlanmışdı, nəticə bəlli idi. Lakin bu məlum olan şeyləri belə insana əzab, işgəncə ilə çatdırırlar.
- Nə üçün hesab edirsiniz ki, baş verənlər siafrişdir, bəlkə ortada hansısa sübutlar var? - Baxın mən 2 ildir ki, hər gün Əvəz bəylə bir yerdəyəm. Dostam, onun xətrini bir kiçik qardaşım qədər istəyirəm. Vallah o mənə mənim cavanlığımı xatırladır. Sərt, dönməz, heç bir avtoritetləri qəbul etməyən!! Yəni əgər bu insan onun qəlbinə ağlı ilə, əqidəsi ilə, düzlüyü ilə, hakim kəsilməyibsə kimliyindən asılı olmayaraq Əvəz bəy onu qəbul etməzdi. O özü də tənqidi qəbul edir və tənqid oluna bilməyən bir adam tanımadığını deyirdi. Əgər Əvəz bəyin günahı var idisə niyə onun qəzetini bağladılar? Niyə “ Xural” qəzetini qoymadılar çıxmağa? Axı qəzetə qarşı heç bir məhkəmə qərarı yoxdur! Baş redaktorumuzun həbsindən sonra kollektiv olaraq yeni qəzet nəşr etməyə çalışdıq. Əgər Əvəz bəy günahkardırsa kollektiv günahkar deyildi axı. Bu sadə məntiqdir. Amma bu sadə ədalət prinsipləri də qorunmadı. Şəxsən mənim yeni qəzet nəşr etməklə, onu qeydiyyata aldırmaqla bağlı düz dört müraciətim cavabsız qalıb.
- Neçə dəfə Ədliyyə Nazirliyinə müraciət etmisiniz? - Düz dört qəzetlə bağlı. “ Yeni Xural”, “ Çağdaş Xural”, “ Müasir Xural”, “ Kural”. Heç birinə rəsmi cavab almamışam. Qeyri rəsmi isə deyiblər ki o adla bağlı qəzet buraxmaq olmaz. Niyə, “ Yeni Musavat”, “ Müasir Musavat”, “ Azadlıq”, “ Azadlıq +” olar, amma bizə olmaz. Niyə? Çünki Əvəz Zeynallı ixtiyar sahiblərinin sifarişi ilə tutulub. Sonra, bu qədər vaxt idi ki, yazıram, mənə bir kəlmə deyən olmayıb. Amma Əvəz bəy həbs olunandan sonra maşınım vuruldu, maşınımı qoyub getdim gəldim ki, kapotu əziblər, qabaq şüşəni sındırıblar, evimə və özümə zənglər olub. Hamısı bu qısa müddətdə. Eləcə də redaktorumuz Anar Niftəliyevə zəng edib təhdid edirlər. O da nə qədər vaxtdır “ Azadlıq” qəzetində köşə yazır. Bu vaxta qədər bir kəlmə söz deyən olmayıb nəinki, təhdid edən. Artıq onu da təhdid edirlər. Tutaq ki, bunlar hamısı təsadüflərdir, mən qəbul edə bilərəm. Amma bizim təzə buraxdığımız “ ASİ” qəzetinin qeyri rəsmi çapına qadağa qoyulmasına görəsən skeptiklər nə deyər? Bəli bu artıq nə anonim zəng, nə də anonim maşın dağıdaraq, guya bizə xəbərdarlıq etməkdir. Əməkdaşımız Kamran Zamanlını, gerbli bir maşınla qovalayıb saxlamaq istəmişdilər. Yaxşı ki, yaxındakı polis məntəqəsinə girə bilib, yoxsa Allah bilir nə ola bilərdi? Niyə? Çünki o Əvəz bəyin ailəsini aparıb gətirirdi? Əvəz bəyin vaxtında yoldaşı bizimlə işləyirdi. Nə oldu? Kamranı bir müddət redaksiya işindən uzaqlaşdırdıq. Hər şey sakitləşdi. Bizə qarşı yönəlmiş hər bir hərəkət bizi Əvəz Zeynallının müdafiəsindən uzaqlaşdırmaq üçün atılmış addımlardır. Əvəz Zeynallı vicdan məhbusudur. Əvəz Zeynallını susdurmaq üçün həbs ediblər. Baxın, görəsən daha nə qədər sübut lazımdır ki, Əvəz Zeynallının günahsız yerə tutulduğuna inanasınız?
- Son durum necədir? Əvəz bəyin müdafiəsi nə səviyyədədir? - Bilirsiniz mən hamılıqla bütün azad mətbuata təşəkkürümü bildirmək istəyirəm. Doğurdan da bizim mətbuatda böyük kişilər var. Bu sözü Əvəz bəydən oğurlamışam. Mehman Əliyev, Emin Hüseynov, Rauf Arifoğlu, Qənimət Zahid, Şirin Cəfəri və adını çəkmədiyim bir çoxlarına bu sözü həqiqətən yaraşdırıram. Onlar həqiqətən mətbu həmrəylik göstərdilər və göstərirlər. Mən adlarını çəkdiyim və çəkmədiyim bu kişilərlə bir səfdə olduğum üçün fəxr edirəm. Çünki, ağır gündə bütün hökumət Əvəz Zeynallının üstünə gələndə onlar geri durmadılar və indi də durmurlar. Amma bu heç də Əvəz bəyi müdafiə edən partiyaların və QHT- lərin rolunu kiçiltmir. Musavat partiyasının bizə redaksiya üçün yer verməsini qeyd etməyim burada yerinə düşür. Onların verdikləri bəyanatlar beynəlxalq təşkilatların Əvəz bəyin müdafiəsinə səfərbər olmasında böyük rolu oldu. Bəli bütün azad mətbuat, siyasi partiyalar və müstəqil hüquq müdafiəsi təşkilatları Əvəz bəyin siyasi sifarişlə tutulduğunu bəyan etdi. Eynulla bəy, Novella xanım, Səadət xanım, Leyla xanım Əvəz bəyin həqiqətən günahsız tutulduğunu dünyaya bəyan etdilər.
- Görülməmiş bir iş qalıbmı? Mətbuatla bağlı yeni təklif və ya hansısa kampaniyalar həyata keçirəcəksinizmi? - Bəli bir arzum, daha doğrusu, mətbuatdan bir xahişim var. Siyasi və vicdan məhbuslarının şəkillərini çap edib onlara azadlıq tələb edən qəzetlərimiz Əvəz Zeynallının şəklini bu siyahıya əlavə etsə yaxşı olar. Hər halda “ Xural”- ın bazasında çap olunan “ ASİ” qəzetinin çəmi bir nömrə işıq üzü görərək bağlanması çox şeylərdən xəbər verir. Azərbaycanın azad mətbuatı şəkillərini çap etdiyi həbsxanada olan mübarizə qardaşlarımızın şəkil qalereyasına Əvəz bəyin də şəklini əlavə edəcəyinə inanıram. Bütün qadağalara baxmayaraq Əvəz Zeynallı məhbəsdə də düşünür, yaradır, mübarizə aparır. O nəinki öz azadlığı uğrunda, başqalarına qarşı olan haqsızlıqlara qarşıda mübarizə aparır. Elə bu yaxınlarda onun “ Yeni Musavat” qəzetinə qarşı başladılmış savaşı pisləməsi və bu mübarizə də özünün “ Yeni Musavat” qəzeti ilə bir yerdə olması haqda verdiyi bəyanat, məhbəsdən yazdığı analıtık yazılar buna sübutdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
|