İCRA BAŞÇILARININ MÜDHİŞ QORXUSU
Tarix: 17-05-2013, 11:55 | Çap et
ONLAR NƏDƏN EHTİYAT EDİRLƏR?Azərbaycanda ictimaiyyətin və mətbuatın ən çox tənqid hədəfi olan məmurlar sırasında bəzi icra başçılarının gəldiyini söyləmək artıqdır. Onlar özlərini rəhbərlik etdikləri rayonlarda hakimiyyətin yerli nümayəndəsindən çox ağa kimi aparır, vətəndaşları incidir, daha çox şəxsi kapitallarını artırmaq qeydinə qalır və bu da sonucda həm vətəndaşlarda ümumiyyətlə, yerli icra hakimiyyətlərinə qarşı narazılıq və etimadsızlıq yaradır, həm də hökumətdən incik düşənlərin sırasını genişləndirir. Amma son vaxtlar bəzi rayonlarda icra başçıları çox ciddi narahatlıq yaşayırlar, haqlarında mərkəzi mətbuata və yuxarı instansiyalara mümkün olduqca heç bir şikayətin getməməsi üçün həssaslıq göstərirlər. Bunun qarşısını bəzən qanunsuz yollarla almağa çalışan bəzi icra başçılarında yaranan səksəkə və qorxu isə, heç şübhəsiz, ölkə başçısının bu ilin fevralında keçirilən müşavirədəki sərt xəbərdarlığı ilə əlaqədardır. Müşavirədə xalqı hakimiyyətdən narazı salan məmurların ünvanına kəskin çıxışının ardınca bir neçə rayon İcra Hakimiyyəti (RİH) başçısı cəzalandırıldı. Gözlənilir ki, qarşıdakı aylarda daha bir neçə icra başçısının vəzifədən göndərilməsinə dair “qara xəbərlər” yayılsın. Artıq bununla bağlı Prezident Administrasiyasından bütün rayon və şəhər icra hakimiyyətlərinə xəbərdarlıq edilib. Onların diqqətinə çatdırılıb ki, seçki ilində vətəndaşların problemlərinə həssaslıq göstərməyən, barələrində həm yuxarı instansiyalara, həm də mərkəzi mətbuata şikayətlərin davam etdiyi icra başçıları sərt şəkildə cəzalandırılacaq. Elə bu da bəzi icra başçılarının əvvəlki dövrlərdən fərqli olaraq, mətbuatın tənqidlərinə diqqəti artırmalarına gətirib çıxarıb. Belə ki, təxminən ay yarımdır rəsmi dövlət qəzetlərində və hakimiyyətyönlü KİV-lərdə həm müxtəlif rayonlarda inkişafın və əhalinin problemlərinin həllinin sürətləndiyi barədə yazıların sayı artıb, həm də müstəqil və müxalif mövqeli nəşrlərdə ünvanlarına iradlar səsləndirilən icra hakimiyyətlərinin “təkzib mətnləri” çoxalıb. Xüsusilə rayon icra hakimiyyətlərinin hətta ictimai rəyə heç bir ciddi təsiri olmayan qəzetlərdə və saytlarda özləri haqqında gedən tənqidlərə də cavab açıqlamaları yayması və bu açıqlamaları bir qayda olaraq, hakimiyyətə yaxınlığı ilə seçilən qəzetlərdə çap etdirmələri təsdiq edir ki, müəyyən rayonların icra başçılarında ciddi narahatlıq var. Onlar haqlarındakı tənqidlərin vəzifələrini itirmələri ilə sonuclanacağının qorxusunu yaşayırlar, ona görə də özləri barədə hər bir tənqidə xüsusi həssaslıqla yanaşır, adı geniş oxucu kütləsinə tanış olmayan qəzetlərdə belə, haqlarında yazılan iradlara hökumət mətbuatında dərhal reaksiya verirlər. Hesab etmək olar ki, bu, onların kreslolarına yaranmış təhlükəni önləmək cəhdidir; amma problemlərin həll edilməyəcəyi təqdirdə bu təkziblər əhalinin narazılığının yüksək olduğu bəzi rayonların icra başçılarının görəvdə saxlanılmasına heç bir təminat verə bilməz. Yəni əslində yaxşısı o olardı ki, yerli icra hakimiyyətləri özlərinə olan tənqid və ittihamları dərhal təkzib etməklə ölkə rəhbərliyinin qəzəbindən sığortalanmalarını təmin etmək əvəzinə, problemlərin həlli ilə məşğul olsunlar ki, Quba, İsmayıllı kimi rayonların icra başçılarının aqibətlərini yaşamaq məcburiyyətində qalmasınlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
|