ƏLİ İNSANOVA QARŞI YENİ PLAN
Tarix: 5-07-2013, 11:29 | Çap et
Hakimiyyət sabiq səhiyyə naziri Əli İnsanovu həbsdə saxlamaq üçün yeni ssenari hazırlayıb. Avropa Məhkəməsinin sabiq nazirlə bağlı çıxardığı qərar qüvvəyə mindiyindən Ə. İnsanov bu yaxınlarda azadlığa buraxıla bilər. Avropa Məhkəməsinin qərarında göstərilir ki, Ə. İnsanova qarşı Konvensiyanın 3-cü maddəsi pozulub, ona işgəncə verilib. Bu işgəncələr ona Bayıl həbsxanasında, 5 saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunub. Avropa Məhkəməsi hesab edir ki, Ə. İnsanov barəsində ədalətsiz məhkəmə keçirilib. Onun müdafiə hüququ və digər prossesual qaydalar pozulub. Bunları əsas götürərək Avropa Məhkəməsi Ə. İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb. Azərbaycan hökuməti isə Avropa Məhkəməsinin bu qərarından Yuxarı Palataya şikayət etmədiyindən mart ayında çıxarılan qərar artıq qüvvəyə minib. Prosedura əsasən, indi Ali Məhkəmənin plenumu 3 ay müddətində Ə. İnsanov barədə işə baxaraq yerli məhkəmələrin hökm və qərarlarını ləğv etməlidir. Ə. İnsanov 2005-ci ilin oktyabrında “dövlət çevrilişi”ndə təqsirləndirilərək həbs olunub. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib. Avropa Məhkəməsinin qərarı qüvvəyə mindiyindən uzağı sentyabr ayında sabiq nazir həbsdən buraxılmalıdır. Hakimiyyət isə bunu istəmir və buna görə də yeni plan hazırlayıb. Bu plana əsasən, Ə.İnsanova yeni cinayət işinin açılmasına hazırlıq gedir. Sabiq nazirin yeni bir ağır cinayət işində ittiham olunması nəzərdə tutulur. “Yeni Müsavat”ın bu barədə əldə etdiyi məlumata görə, Ə.İnsanova qarşı yeni cinayət işinin bir müddət əvvəl həbs olunan Prezident Administrasiyasının işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevin yeni ifadəsi əsasında açılması planlaşdırılır. İstintaq orqanları A.Muradverdiyevdən sabiq səhiyyə naziri əleyhinə tutarlı ifadə almaq və 2005-ci ildə ittiham olunduğu cinayət işini əlavə ittihamlarla yeniləyərək həbsxanada saxlamaq istəyir. Qeyd edək ki, 2005-ci ildə A. Muradverdiyev Ə.İnsanovla birlikdə həbs olunmuşdu. Məlumatlara görə, həmin vaxt da A.Muradverdiyev sabiq səhiyyə nazirinin əleyhinə ifadə verib. Elə o zaman Ə.İnsanovla bağlı istintaq qarşısında “özünü yaxşı apardığına” görə bir müddət sonra azadlığa çıxa bilmişdi. Bu dəfə də ondan sabiq nazirin əleyhinə ciddi ittihamlarla dolu ifadə alınması nəzərdə tutulur. Motivi hələ bəlli olmasa da, məlumatlara görə, artıq A.Muradverdiyev istintaqa Ə.İnsanovla bağlı bəzi “ip ucları” verib. Bizə çatan bilgilərdə iddia olunur ki, istintaq həm köhnə işlərlə bağlı, həm də yeni, “qanunlara zidd olan gizli siyasi fəaliyyət”lə bağlı “araşdırmalar” aparmaqdadır. PA-nın sabiq işçisini inandırıblar ki, onun Ə.İnsanovun əleyhinə ifadəsi “tutarlı dəlillər” ortaya çıxarsa, bu dəfə də azadlığını satın ala bilər. Bu barədə məlumatlı olan şəxs deyir ki, elə A.Muradverdiyevin həbsi də məhz bununla bağlıdır. Hakimiyyət Ə.İnsanovu həbsdə saxlamaq üçün bu varianta gedib. A.Muradverdiyevi həbs edib sıxışdıraraq onun Ə.İnsanovla bağlı “köhnə və yeni sandıqların açılmasına” nail olmaq istəyiblər. “Yeni Müsavat”a bildirilib ki, Akif Muradverdiyevin siyasi səhnədə qurulan yeni oluşuma aidiyyəti barədə ona suallar verilib, onun ölkənin bir sıra müxalif siyasi liderləri ilə olan görüşlərinin fotoları və danışıqlarının lent yazıları təqdim olunub. İstintaq Akif Muradverdiyevin Moskvadakı siyasi və biznes əlaqələrini də araşdırmaqdadır. İddia olunur ki, arestantın Rusiyanın hakimiyyət dairələri ilə, o cümlədən Putin administrasiyasının bir sıra önəmli fiqurları ilə isti münasibətləri var. İstintaq həm də Akif Muradverdiyevdən video-ifadə üzərində də işləyir. Ona “etiraf” etdirmək istəyirlər ki, bu yaxınlarda məhz Əli İnsanovun həbsdən göndərdiyi təlimatla ölkənin radikal müxalifətinə 200 min manat həcmində maliyyə dəstəyi verib… Məlumatlara görə, artıq Ə.İnsanov da bu prosesdən xəbərdardır. Müxalifəti, yeni qurulan Milli Şuranı, onun vahid namizədini açıq dəstəkləyən və ölkədə ciddi nüfuz sahibi olan Əli İnsanovun yaxın ətrafından məlumat veriblər ki, qocaman professor onun üçün hazırlanan bu prosesdən narahat deyil. O deyib ki, heç bir qanunsuz fəaliyyəti yoxdur, heç nədən çəkinmir və iqtidar nə etsə də, yaxın zamanlarda azadlığa çıxacaq. Onu da qeyd edək ki, Azərbaycanda həbsdə olan tanınmış məhbuslarla bağlı Avropa Məhkəməsi qərar çıxardıqdan sonra ona qarşı yeni cinayət işinin açılması və həmin şəxsin həbsdə saxlanılması təcrübəsi var. Əlavə edək ki, Ə.İnsanovun əleyhinə ifadə almaq üçün həbs olunduğu bildirilən A.Muradverdiyev bu il iyunun 20-də səhər saatlarında Bakı aeroportunda Moskvaya uçmaq istəyərkən saxlanılıb. Rəsmi ittihama görə, külli miqdarda dəyəri olan Çar Rusiyasına aid 40 qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə Rusiyaya aparmaq istəyib. A.Muradverdiyevə qarşı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, onun barəsində məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. A. Muradverdiyev özü və vəkili isə bu ittihamları qəbul etmir. Onun vəkili Fuad Ağayev deyir ki, A.Muradverdiyevin çantasından tapıldığı iddia olunan əşyaların ona heç bir aidiyyəti yoxdur. \ pat.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
|