NİZAMİNİN İCRA BAŞÇISI HARA BAXIR?
Tarix: 2-08-2013, 12:06 | Çap et
Paytaxtda fəaliyyət göstərən bazarların əksəriyyətində antisanitariya şəraiti hökm sürür. Zibillərin vaxtında yığışdırılmaması, kanalizasiya sularının küçələrə axıdılması, xarab meyvə-tərəvəzin hara gəldi atılması bunu yaradan əsas səbəblərdəndir. Bakının ən pinti bazarlarından biri də hamının «Vosmoy bazarı» kimi tanıdığı «8-ci kilometr bazarı»dır. Bazarda gigiyenik qaydalara qətiyyən əməl olunmur.
Müvafiq qurumlar tərəfindən bununla bağlı bir neçə dəfə cəza növləri tətbiq edilsə də, vəziyyət düzəlmir ki, düzəlmir. Bura yaxın binalarda yaşayan insanlar dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə və bazar rəhbərliyinə müraciət etsələr də, təmizliyə riayət edən yoxdur. Bazarın səbəb olduğu kəskin üfunət iyi ətrafda yaşayanların gününü qara edib. Nizami sakinlərinin redaksiyamıza bildirdiyinə görə, yay fəsli olduğu üçün bazarda yaranan antisanitariya şəraiti onlar üçün ikiqat zərbə deməkdir: «Təəssüf ki, yaşadığımız binalara yol bazarın yaxınlığından keçir. Burdan keçib evə çatana kimi ödümüz ağzımıza gəlir. Natəmizlik baş alıb gedir, çürümüş meyvələri küçənin ortasına boşaldırlar, zibilləri vaxtında yığışdırmırlar. Bunun da nəticəsində pis qoxu gəlir. Biz hər gün bu iyi qəbul edirik. Buna məcburuq. Mənzil İstismar Sahəsinə, İcra Hakimiyyətinə və bazarın sahiblərinə normal qaydada bildirmişik ki, bu şəraiti səhmana salsınlar. Sözümüzü qulaqardına vururlar, bazardakı natəmizlik dəhşətli həddə çatıb. Kanalizasiya sistemi yaxşı işləmədiyindən çirkab suları yola axıdılır. İnanın elə pis iy gəlir ki, adamın beyni çatlayır. Nizami Rayon İcra Hakimiyyəti ilə bazarın arasında heç 500 metr məsafə yoxdur. İcra başçısı Tahir Budaqov nəyə görə bu vəziyyəti görmür? «Vosmoy bazarı» açıq-aşkar xəstəlik mənbəyidir. Vətəndaşlara məsləhət görürük ki, burda satılan mallardan almasınlar. Mal əti adı altında camaata camış, eşşək, at əti satırlar». Sakinlər onu da bildirdilər ki, bazarda işləyən satıcılar natəmizlik yaratdıqları azmış kimi, vətəndaşların gediş-gəliş yolunu da kəsiblər.
Onların sözlərinə görə, satıcılar piştaxtaları yolun ortasına düzdüyündən burdan maşınla keçmək qeyri-mümkündür: «İcra Hakimiyyətinin nümayəndələri, polis əməkdaşları deyirlər ki, küçə ticarətinə qarşı mübarizə aparırıq. Onlar necə mübarizə aparır ki, bazarın yaxınlığında yüzlərlə qanunsuz şəkildə fəaliyyət göstərən ticarətçi var? Bazarın öz sahəsi var. Lakin bəziləri bazarın çölündə alver etməklə yaxınlıqda yaşayan vətəndaşlara maneçilik yaradır. Bir gün axşam bura gəlib müşahidə aparsanız görərsiniz ki, zibillər yığılıb təpə əmələ gətirib. Yolun ortası başdan-başa zibillə dolu olur. Bazara yaxın yaşayanlar nə etməlidir? Evimizi satıb gedək? Xarici ölkələrdə də yaşayış evlərinin yanında bazarlar fəaliyyət göstərir. Həmin ölkələrdə vəziyyət belə deyil.
Bazar yerləri tez-tez zibildən təmizlənir. Bazarın sahibi satıcılardan aylıq icarə haqqı ala bilir, bəs nəyə görə gigiyenik qaydaları qorumur? İcra başçısına inamımız qalmayıb. Sizin vasitənizlə aidiyyəti qurumlardan xahiş edirik ki, «8-ci kilometr» bazarında yaşanan rəzaləti aradan qaldırıb, bazarın rəhbərliyini cəzalandırsınlar». Qeyd edək ki, bir neçə ay əvvəl Respublika Gigiyena və Epidemiologyia Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirmişdi ki, sözügedən bazardakı sanitar vəziyyət doğrudan da acınacaqlıdır: «Bu işin üstündə bazar rəhbərliyini inzibati qaydada cərimələmişik. Həm də o bazarda ərzaq satışını qadağan etmişik. Amma bu vəziyyət davam edir. Bunun da işini Dövlət Əmlak Komitəsinə vermişik. İş onlarındır. Faktiki olaraq biz tərəfdən tədbirlər görülüb. Bu işə görə məhkəməyə də vermişik. Addım atmışıq. İnzibati orqanlara da xəbər vermişik. Şöbə müdiri deyib ki, paytaxt bazarlarında belə vəziyyət var, amma bu dərəcədə deyil: «Nöqsanlar var, amma bu vəziyyətdə olan bazar yoxdur. Bazar rəhbərliyi işə başlayanda sanitariya qaydalarını özü bilməlidir». Yaxşı olardı ki, aidiyyəti orqanlar bazardakı vəziyyətlə bağlı təcili tədbirlər görsünlər.
(ardı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
|