Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                     Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… .....                     TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... .....                     Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? .....                     Sabiq nazir AQTA-nı ifşa etdi .....                     Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub .....                     Azərbaycanda da bu cərimələr silinə bilərmi? .....                     Məktəblərimizdən FRANSAYA axan milyonlar... .....                     "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." .....                     "Biz seyrə balonlarla çıxmaq istəmirik..." .....                     Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... .....                     Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır .....                     "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." .....                     "Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                 

KORRUPSİYA BU RAYONU ÇÖKDÜRÜB
Tarix: 3-08-2013, 13:42 | Çap et
KORRUPSİYA BU RAYONU ÇÖKDÜRÜB
BİLƏSUVAR SAKİNLƏRİ ALLAH ÜMİDİNDƏ...

Biləsuvar rayonunun Xırmandalı kənd sakini, II qrup əlil Maqsud Mustafayevin yerli məmurlardan şikayət məktubunu dərc etmişdik. Bu günlərdə redaksiyamıza M.Mustafayevin daha bir şikayət məktubu daxil olub.

Həmin məktubu olduğu kimi dərc edirik: “Biləsuvar son vaxtlar bir qrup oliqarxın at oynatdığı meydana çevrilib. Bu adamlar təkcə öz ailələrinin təlabatlarını ödəməklə kifayətlənmir, həm də öz qohum-əqrəbalarını, dost-tanışlarını himayələri altına alaraq dövlətin və xalqın sərvətini mənimsəyirlər.

Rayon sakinlərini təsbeh kimi əlində oynadıb, barmağıına sarıyanlardan biri Biləsuvar RİH başçısının birinci müavini, 75 yaşlı Akif Kazımovdur. O, rayondakı abadlıq işləri üçün nəzərdə tutulan maliyyədən tutmuş xırda-para təsərrüfata qədər ayrılan pulların “silinməsinə” nəzarət edir.

Məlum olduğu kimi, Biləsuvar iri kənd təsərrüfatı rayonudur. Əhaliyə pay torpaqları parçalanmış şəkildə verilib. Belə ki, zavalı kəndliyə verilən 1-2 hektarlıq pay torpağının bir hissəsi digərindən 20-30 km aralıda yerləşir. Bu da kəndlini torpaqdan soyudur. A.Kazımov da həmin əraziləri yaxınlarına satır. Onu da qeyd edim ki, A.Kazımov və yaxın çevrəsi (qohum-əqrəbaları) dövlət və bələdiyyə torpaqlarına da müdaxilə edir. Rayonun Babaş və Nərgiz adlanan ucqar torpaqları daha münbit olduğundan artıq neçə illərdir mənimsənilib. Mən hələ İranla sərhəddə yerləşən 500 hektardan artıq olan dəmyə torpaq sahələrini demirəm.

A.Kazımovun torpaqdan əlavə, çoxlu sayda balıq vətəgəsi yaratmaqla da ad çıxarıb. Qeyd etdiyim kimi, rayonun abadlıq işlərinə prezidentin sərəncamı ilə ayrılan pulların mənimsənilməsində Akif Kazımovun “əvəzsiz rolu” var. Dövlət vəsaitini podratçı təşkilatların rəhbərləri ilə şərikli mənimsəyən Akif Kazımov “itkilərin” yerini doldurmaq üçün rayonun idarə və müəssisə rəhbərlərinin, sahibkarların boynuna qeyri-qanuni vergilər yükləyir. Zərbə sonda qara camaata dəyir. Belə olan halda, camaat arasında narazılıq yaranır, dövlətdən incik salınır. Başqa bir misal, Xırmandalı kənd qəbiristanlığına gedən 1,5 km-lik yolun asfaltlaşdırılması nəzərdə tutulduğu halda, A.Kazımovun təkidi ilə işin səmti dəyişdirilərək, onun yaşadığı küçə asfaltlaşdırıldı.

Rayonda digər yeyinti işlərini həyata keçirənlərdən biri də Biləsuvar RİH başçısının aqrar məsələlər üzrə müavini Rafael Quliyevdir. Onun “biznesi” daha rəngarəngdir. Rayondakı əkilməyən və ya şoran torpaqları əkilmiş kimi təqdim edən və rəsmiləşdirən R.Quliyev hər il minlərlə hektar torpaq sahəsi üçün külli miqdarda “dotasiya” alır. Özü də ildə iki dəfə. Bundan başqa, R.Quliyev sahibkarlara torpaqları münbitləşdirmək üçün verilməli olan gübrələrin də “qara bazarda” satışını təşkil etməklə xeyli qazanc götürür.

Rayonun ən varlı adımı isə Biləsuvar Sevarma Sistemləri İdarəsinni müdiri Ədalət Babayevdir. Onun ən böyük “biznesi” isə yanacaqdır. Ə.Babayev bu “biznesi” Suvarma Sistemləri İdarəsinin benzindoldurma məntəqəsinə nəzarət edən Nizami Rəsulovun vasitəsilə həyata keçirir. Dizel yanacağının dövlət satış qiyməti 45 qəpik olduğu halda, idarənin gizli satış nöqtəsində bu yanacağın litri 20 qəpiyə satılır. İdarəyə dövlət tərəfindən ayrılan benzin də mənimsənilir. Satış qiyməti 55-60 qəpik olan bu yanacağın litri də xeyli ucuz - 40 qəpiyə satılır. İdarəyə istifadə üçün verilən elektrod, sement, üzərinə “Azmelsu” yazılmış fəhlə ayaqqabıları bazarda və ya xüsusi dükanlarda işbazlar tərəfindən satılır.

Suvarma Sistemləri İdarəsinə məxsus texnika idarənin işini görmək, yəni şor kanallarını və xəndəkləri lildən təmizləmək əvəzinə, balıq gölləri inşa etməklə məşğuldur. Mənim mətbuatda dərc olunmuş şikayətimdən sonra Ə.Babayev traktorların üzərindəki “Azmelsu” yazısının silinməsi barədə göstəriş də verib. Motorlar işləmədiyi halda, işləyirmiş kimi rəsmiləşdirilir.

İdarənin kadrlar şöbəsinin rəhbəri Kazım İbişov isə işçilərə verilən əmək haqqının üçdə birini yığıb Ə.Babayevə ötürməklə məşğuldur. İdarədə 500-dən artıq adamın işlədiyini nəzərə alsaq, bu məbləğ o qədər də az deyil.

Sonda onu da bildirirəm ki, Ə.Babayev məni zərərsizləşdirmək üçün bir “qoçu” da tutub. Bu “qoçu” idarənin kadrlar şöbəsinin əməkdaşı olan İqbal adlı şəxsdir...”

M.Mustafayev məktubunda qeyd etdiyi ittihamların məsuliyyətini dərk etdiyini və hər kəlməsinə cavabdeh olduğunu bildirir. Məktubunun sonunda əlil aidiyyəti orqanlara müraciət edərək, Biləsuvardakı korrupsiyanı dayandırmağı tələb edir. \ tezadlar \

Yazıda adı hallanan hər kəsi dinləyib mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru