Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                 

«ƏBU-BƏKR» MƏSCİDİNƏ QADAĞA GÖTÜRÜLÜR
Tarix: 11-01-2012, 12:49 | Çap et
«ƏBU-BƏKR» MƏSCİDİNƏ QADAĞA GÖTÜRÜLÜR

RƏSMİ BAKI KÜVEYTLİ DEPUTATIN TƏLƏBLƏRİNƏ ƏMƏL EDİR

DİA.AZ: - Məlum olduğu kimi, Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, doktor Vəlid ət-Tabatabayinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda olarkən Milli Məclisdə Küveytlə dostluq qrupunun rəhbəri, millət vəkili Çingiz Əsədullayevlə görüşündə çox ciddi bəyanatlar səsləndirmişdi. Həmin ərəfədə yayılan məlumatlarda deyilirdi ki, Vəlid ət-Tabatabayi görüşdə təkcə qarşılıqlı dostluq əlaqələrindən danışmayıb. Elə xəbərlərdə də bildirilirdi ki, o, Bakıdakı “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması Küveytin xeyriyyə fondlarının Azərbaycandakı işinə mənfi təsir göstərə biləcəyini də xüsusi olaraq vurğulayıb.

Əslində bu faktın özü çox ciddi məqamlardan xəbər verməkdədir. Söhbət Azərbaycanda fəaliyyətdə olan vəhabi icmalarının arxasında duran qüvvənin rəsmən özünü açığa çıxarmasından gedir. Çünki bu vaxta qədər Azərbaycan vəhabiləri ilə bağlı mətbuatda çox qaranlıq təəssüratlar var idi.

Əslində Vəlid ət-Tabatabayinin vəhabilərə bu şəkildə sahib çıxması həm də digər mühüm bir məqamı ortaya çıxarmış olur. Məlum olur ki, vəhabilər Azərbaycanda özbaşına deyillər və onların fəaliyyəti üçün rəsmi Bakının qeyri-rəsmi icazəsi var. Və elə buna görə də Vəlid ət-Tabatabayi hətta rəsmi Bakını şantaj edə biləcək səviyyədə mövqe ortaya qoyur.

Bu barədə daxil olan məlumatlarda vurğulanır ki, Vəlid ət-Tabatabayinin bu tonda dnışığı səbəbsiz deyil: «Küveyt dövlətinə aid xeyriyyə fondları tərəfindən Azərbaycan məmurlarına yaxın strukturlara il ərzində 200 milyon dollara yaxın pullar köçürülür».

Mənbəmizin açıqladığı bu faktın özü belə dəhşətli mənzərəni ortaya qoyur. Yəni əgər vəhabilər həqiqətən də Azərbaycan dövlətçiliyi üçün təhlükə mənbəyi hesab olunurlarsa, o zaman bu təhlükəyə şərait yaradan elə ayrı-ayrı məmurlardır. Əslində bu işin araşdırılmasına ehtiyac var.

Xatırladaq ki, Vəlid ət-Tabatabayi «Əbu-Bəkr» məscidinin bağlanmasından danışarkən bunları da söyləyib: «Bu məsciddə bir çox insan ibadət edirdi. O insanlar terror hadisəsi törədən cinayətkarlara görə məsuliyyət daşımamalıdır. Hesab edirəm ki, bu məscidin fəaliyyət göstərməməsi gələcəkdə Küveytin Azərbaycanda xeyriyyəçilik fəaliyyətini də dayandıra bilər», - deyə o qeyd edib.

Ç.Əsədullayev isə bildirib ki, Azərbaycan Cənubi Qafqazda ən tolerant ölkə sayılır. Deputat “Əbu Bəkr” məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: «Bu məsciddə terror aktı törədilmiş, nəticədə insanlar həlak olmuş və yaralanmışdı. İstintaq indiyə qədər davam edir. İstintaqı başa çatdıqdan sonra məscidin fəaliyyəti bərpa olunacaq. Siz Azərbaycanda 70-ə yaxın məscid tikmisiniz, bu gün onların hamısı fəaliyyət göstərir».

Hər iki fikirdən də aydın olur ki, Azərbaycan tərəfi üveyt qarşısında izahat verəcək səviyyədə məsuldur. Bu isə mənbəmizin söylədiklərinin bir növ təsdiqi kimi də qəbul edilə bilər. Digər tərəfdən bu polemika həmçinin Azərbaycanda vəhabilərə geniş - sərhədsiz haqqların tanınmasının da sübutu kimi qəbul edilə bilər. Hər halda, azərbaycanda heç bir ənənəvi dini cərəyanın son illər ərzində 70 məscid inşa etdirməsinə icazə verilməyib. Əksinə, bu gün çoxluq təşkil edən məzhəblərə aid ibadət evlərinin fəaliyyətinin ancaq durdurulması ilə bağlı xəbərlər artmaqdadır. Bu isə istənilən halda qaranlıq məqamların mövcudluğuna işarə kimi qəbul edilməlidir.

Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki qaynaqlar da təsdiqləyir ki, vəhabiləri Azərbaycanda himayə edən konkret qüvvələr var: «Məlumdur ki, vəhabilərə qarşı qadağa məsələsi də hakimiyyətiçi qruplaşmaların toqquşma predmetinə çevrilmişdi. Hələ «Əbu-Bəkr»də məlum terror aktının baş verməsi zamanı bəzi məmurların vəhabilərin müdafiəsinə qalxması barədə yayılan xəbərləri təsadüfi hesab etmək olmaz».

Mənbəmizin sözlərinə görə, hər il birbaşa olaraq Prezident Administrasiyasına yaxın dairələrə vəhabilərin rahat şəkildə fəaliyyət göstərə bilmələri üçün 200 milyon manata yaxın pul - rüşvət çatdırılır. Bu pulun qarşılığında nələrin baş verdiyini artıq kimsəyə izah etməyə lüzum yoxdur. Vəhabilərin Bakıdakı liderlərindən olan Şeyx Qamətin dediyi kimi, əgər bir zümrə cümə namazına 10 minə yaxın insan çıxarırsa, artıq real qüvvədir. Vəhabilərin real qüvvəyə çevrilməsinin isə Azərbaycan dövlətinin milli maraqlarına hansı dərəcədə və əhəmiyyətdə təhlükə olduğu da məlum məsələdir.

Məlumatlı mənbəmiz bu məqamları xüsusi olaraq vurğulamaqla yanaşı, onu da bildirdi ki, artıq Vəlid ət-Tabatabayini qəzəbləndirən problem həll olunmaq üzərədir: «Təxminən iki aydan sonra «Əbu-Bəkr» məscidi yenidən fəaliyyətini bərpa edəcək. Bu barədə istintaqı aparan qurumlara da xəbərdarlıq edilib və məlum terror aktı ilə bağlı hüquqi araşdırmaların təcili şəkildə yekunlaşdırılması tapşırığı verilib».

Mənbəmiz bildirir ki, əgər vəziyyət bu şəkildədirsə, deməli, rəsmi Bakı yenidən vəhabilərin geniş fəaliyyətinə razılıq vermiş olur: «Bunun hansı formada fəsad yaradacağını təxmin etmək belə çətindir». Deməli, hakimiyyətin vəhabilərdən qidalanan iç qruplaşması yenə də tamah naminə Azərbaycanın dövlət maraqlarını təhlükə altında qoymaqdan belə çəkinmədi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Dünən, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru