Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                 

«Aqrolizinq» ASC-də 300 milyonluq tender fırıldağı - İTTİHAM VAR
Tarix: 22-06-2016, 09:09 | Çap et
«Aqrolizinq» ASC-də 300 milyonluq tender fırıldağı
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən bəzi qurumların işi elə də qənaətbəxş deyil. Bildiyiniz kimi, bir neçə ay əvvəl Kənd Təsərrüfatı Nazirliyində bəziləri üçün unudulmaz, bəzi məmurlar üçün sonuncu olan bir iclas keçirildi. Nazir Heydər Əsədovun sədrli ilə “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan toplantı kəskin tənqidlərlə yadda qalıb. Nazirin qəzəbinə tuş gəlib işini itirənlər də var. İclasda ayrı-ayrı bölgələr üzrə ciddi qanun pozuntularına yol verildiyini deyən nazir filial rəhbərlərini əvvəlcədən xəbərdar etdi. Heydər Əsədov dedi ki, xüsusilə gübrələrin satışında ciddi nöqsanlar var. Yeni texnikalar da yararsız hala salınıb. “Aqrolizinq” ASC-nin sədrinin çıxışından sonra ayrı-ayrı bölgələr üzrə filial rəhbərləri danışdı. Satdığı gübrənin pulunu toplamaqda çətinlik çəkdiyini deyən Beyləqan rayonu “Aqroservis”in rəhbəri nazirin ciddi iradı ilə üzləşdi. Daha sonra Goranboy rayonu “Aqroservis”in rəhbəri nazirə öz təşəkkürünü bildirmək istəsə də, gözləmədiyi reaksiya ilə qarşılaşdı. Onun fəaliyyət göstərdiyi müəssisədə qanun pozuntuları əsasən texnikalardan istifadəyə görə ödənişlərin qaydaya uyğun aparılmaması ilə bağlı idi. Xocavənd rayonu üzrə “Aqroservis” filialının göstəriciləri yüksək olsa da, sədr iclasa hazırlıqsız gəlmişdi. Məlum oldu ki, Qusar rayonu “Aqroservis” filialının rəhbəri gübrə satışından xəbərsizdir. Daha sonra iclas mətbuata qapalı şəraitdə davam etdi. Beləliklə, işindəki nöqsanlara görə, 8 “Aqroservis” filialının rəhbəri işdən azad olunub. “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova xəbərdarlıq olunub. Müavini Aydın Əzizova töhmət verilib, qurumun Aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub. Həyata keçirilən bu kimi islahatlara baxmayaraq, nazirliyə tabe olan bəzi qurumlarda hələ də ciddi problemlər qalmaqdadır. Həmin qurumlardan biri də «Aqrolizinq» ASC-dir. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, son 6 ildə ASC-də 300 milyon manatdan artıq tender həyata keçirilib. Amma bu müəssisənin mənfəəti barədə web-resurslarda nəinki məlumat yoxdur, maliyyə hesabatını belə vermirlər. Səhmləri 100 faiz dövlətdə olan "Aqrolizinq” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı dövlət büdcəsindən xərclər 2011, 2012, 2013, 2014-cü illərin hər birində 35 milyon, 2015-ci ildə 40 milyon, 2016-cı il üçün 32 milyon manatdır. Prezidentin Ehtiyat Fondundan da cəmiyyətə iri məbləğlər ayrılıb. 2009-cu ildə 3 milyon, 2010-cu ildə 5 milyon, 2011-ci ildə yenə 5 milyon, 2012-ci ildə 10 milyon manat ayrılıb. 2014-cü ilin 9 ayı üçün verilən hesabatda maliyyə naziri Samir Şərifov deyib ki, "Aqrolizinq” ASC-yə dövlət büdcəsindən verilmiş vəsaitlə yanaşı, Prezidentin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30 milyon manat pul ayrılıb. Əslində bu məlumatlar maliyyə qurumlarının, eləcə də müəssisənin öz saytında ayrıca yerləşdirilmədiyindən ayrılan vəsaitləri özündə tam əks etdirmir, bununla belə büdcəsi haqqında müəyyən təsəvvür yarada bilir. Cəmiyyətin həmin pulları necə xərclədiyi də diqqət çəkir. Araşdırmalar göstərir ki, ASC-yə Elşən Məmmədov rəhbərlik etsə də, qurumda əsas söz sahibi onun müavini, tender komissiyasının sədri Aydın Əzizovdur. Məlumat üçün bildirək ki, bu adam neçə ildir ki, ASC-də işləyir və o sabiq nazir İsmət Abasovun kadrı kimi tanınır. Əldə etdiyimiz məlumatlara görə, «Aqrolizinq»in bütün tender işlərinə nəzarət edən Əzizov ötən müddətdə böyük maliyyə kapitalına sahiblənməyi bacarıb. Yayılan məlumatlardan aydın olur ki, 2010-cu ilin satınalmalar reyestrində ASC-nin keçirdiyi 47 tenderdə xərclədiyi vəsait 53 557 598 manat təşkil edib. 50 tenderdən 30-u 200 min, ondan 20-si 1 milyon, bunun da 11-i 2 milyon manatın üzərindədir. Məsələn, bir ildə "Solola Group LTD”-dən düz 12 008 916 manatlıq mineral gübrə və pessesidlər alınıb. Həmin şirkətdən 2 524 320 manata da qərzəkli məhsulların qovrulması və emalı avadanlığı əldə edilib. Soyuducu kamera və kartof anbarına avadanlığa 4 985 338 manat ("Lexus İnvestment Group limited”), yenə soyuducu kamera və ona əlavə avadanlığa 2 970 000 manat ("South Trading”), atmosfer kontrollu soyuducu kamera Ceyranbatana 1 880 000 manat ("Dafoltetec Partnes” LTD), Goranboya 1 550 000 manat ("Baktac” LTD), Şəmkirə 615 000 manata ("Adegar Alliance” LLP) alınıb. "Baktac” LTD-dən daha 373 500 manata suvarma və istehsal avadanlığı götürülüb. Göygöl və Abşeronda 2 ha sahədə istixana avadanlığı və konstruksiyalara 4 268 942 manat ("Proline Technology” LTD), bu işin Şəmkirdə görülməsinə 2 070 003 manat ("Alten Group” MMC), Masallıda 2 070 000 manat ("Yuqa Motors” MMC) xərclənib. Qusar, Ağcabədi, Biləsuvar rayonlarında aqroservis filialının tikintisinə 3 082 500 manat ("Texaqro” MMC) gedib. Neftçala və Saatlıda aqroservis filialı, Bərdə və Cəlilabadda regional logistik gübrə anbarının tikintisinə 6 516 095 manat sərf olunub ("Xəzər Sənaye İnşaat” MMC). Traktora qoşulan müxtəlif kənd təsərrüfatı texnikası, kartofun çeşidlənməsi, təmizlənməsi və yüklənməsi üçün avadanlıq, motorlu otbiçən və dırmıq 1 772 947 manat ("Rimls” LTD), Yevlax və Abşeronda suvarma qurğusu 1 286 000 manat ("Streamford Worldwide Limited”), meyvə qurutma avadanlığı 990 795 manat ("Murova Sistems”), sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıq 601 509 manata ("Distant Complex Limited”) satın alınıb. Quş kəsim sexinin texnoloji avadanlığı 2 096 587 manat ("Swisspoint Merchants” LTD), 20 ədəd ekskavator 700 000 manat ("Halkin Commercial Group”), ASC-nin təchizat bazalarında təmir və yenidən qurma 361 997 manat ("SS İnşaat” MMC), meyvə və giləmeyvələr üçün şok soyutma avadanlığı 159 700 manat ("Fayton”MMM), gübrə anbarına taxta altlıq 125 000 manat ("Bakı-Şərab-1” MMC), Ucar, Kürdəmir, Horadiz və Göygöl aqroservis filiallarının tikintisi, cəmiyyətin inzibati binasında təmirin layihə-smeta sənədlərinin hazırlanması 109 699 manat ("Murad M” MMC) təşkil edib. İri büdcəli tenderləri əsasən əcnəbi şirkətlər götürüb. Həmin il 53,5 milyon həcmində işlər görülüb və texnika alınıb, amma bundan yalnız 187 480 manatı cins damazlıq heyvanların sığortalanmasına gedib ("Alfa Sığorta” ASC). Cəmiyyətin iri büdcəli tenderlərini qazanan xaricdə təsis olunmuş şirkətlər də var. Deyilənə görə, həmin şirkətlərin əksəriyyəti offşor zonalarda yerləşir və bu şirkətlərlə Aydın Əzizovun yaxın münasibətləri var. Özəl mənbənin bildirdiyinə əsasən, hələ Əli Bayramovun ASC-yə rəhbərlik etdiyi vaxtlarda tenderlərə nəzarət edən Aydın Əzizov bu gün öz qaranlıq işlərini daha rahat şəkildə həyata keçirir: «O özünü cəmiyyətin sədri kimi aparır, bir sıra məqamlarda Elşən Məmmədova tabe olmaq istəmir. Sədr müavininin fəaliyyəti araşdırılsa, onun dövlət büdcəsinə nə qədər ziyan vurduğu dəqiqliyi ilə üzə çıxar». Növbəti yazıda Heydər Əsədovun töhmət verdiyi Aydın Əzizovun nazirdən kimə şikayətlənməsi, eləcə də onun illərdir yığdığı sərvəti barədə ilginc faktları açıqlayacağıq. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan ABŞ-də etirazla qarşılandı
Bu gün, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Bu gün, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Bu gün, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Bu gün, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Bu gün, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Bu gün, 21:50
Tiktoker "Əfi" həbs olundu
Bu gün, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Bu gün, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Bu gün, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru