Ən bərbad durumda olan gömrük qapısı... - İTTİHAM VAR
Tarix: 10-09-2016, 10:22 | Çap et
Son zamanlar Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində bir sıra xoşagəlməz məqamlar, ciddi problemlər yaşanır. Bu kimi halların həm Azərbaycan, həm də əcnəbi ölkə vətəndaşlarının narazılığına səbəb olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, məhz baş inspektor İlham Ağamalı oğlunun yol verdiyi kobud nöqsanlar səbəbindən bu gün Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində özbaşınalıq ən yüksək həddə çatıb. Belə ki, adıçəkilən gömrük-keçid məntəqəsindən İrana keçib-qayıdan vətəndaşların gömrük əməkdaşlarının özbaşınalığından hədsiz narazı olduqlarını qeyd edən mənbənin sözlərinə görə, xırda ticarətlə məşğul olan Biləsuvar, Cəlilabad və ətraf rayon, həmçinin paytaxt Bakı sakinlərinin, o cümlədən xarici ölkə vətəndaşları Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun tətbiq etdiyi «qayda»ların qurbanına çevriliblər: «Deyilənlərə görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun əməlləri heç bir qanuna və məntiqə sığmır. Bildirilir ki, o, gömrük keçid məntəqəsində elə bir qeyri-müəyyən ab-hava yaradıb ki, sanki bura onun və ətrafındakı bir neçə şəxsin özəl obyektidir. Belə ki, müxtəlif yollara baş vuraraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təsir etməyi bacaran İlham Ağamalı oğlu Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsini müvafiq qanunlarla yox, məhz özünün müəyyənləşdirdiyi «qayda»larla idarə etməyə çalışır. Deyilənlərə görə, hazırda adıçəkilən gömrük keçid məntəqəsində gömrük işinin normal təşkil olunmaması səbəbindən insanlar saatlarla, hətta bəzən günlərlə vaxtlarını boş yerə itirirlər. Lakin buna baxmayaraq, heç kim Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğluna irad tutmur, onun əməllərinə hüquqi qiymətin verilməsini təmin etmir. Elə buna görə də o, öz bildiyini edir, nə yolla olursa-olsun maraqlarını həyata keçirməyə çalışır». Bu arada, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun qardaşı Aydın Ağamalı oğlunun məhz qardaşının yardımları ilə İrana yüklü miqdarda mal apardığını iddia edən məlumatlı şəxs bildirir ki, o, bir dəfə sərhəddə tutulub: «Deyilənlərə görə, qardaşına arxalanan və məhz onun əli ilə İrana mal aparan Aydın Ağamalı oğlunun qonşu ölkə ilə ticarəti zamanı bir sıra müəmmalı, qaranlıq məqamlar cərəyan edir. Bildirilir ki, o, bir müddət öncə elə bu səbəbdən sərhəddə tutulmuşdu. Qeyd olunur ki, həmin vaxt ona məxsus yük avtomobili sərhəddə saxlanılmışdı. Deyilənlərə görə, həmin avtomobildə nəsə müəmmalı maddələr olub. Lakin adını çəkmədiyim deputatlardan birinin sayəsində o, sərbəst buraxılıb, həmçinin məsələnin ört-basdır edilməsinə nail olub. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun digər qardaşı mərhum Xanağa Ağamalı oğlu da İrana gedib gəlirmiş. İlham Ağamalı oğlunun bacısı Rəfiqə isə falçıdır. Deyilənlərə görə, onun yanına gələnlərin böyük əksəriyyəti tanınmış şəxslər, vəzifə sahibləridir». Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsinin baş inspektoru İlham Ağamalı oğlunun Bakıda və ölkənin ən səfalı guşələrində mülklərinin, biznes obyektlərinin olduğunu vurğulayan mənbənin sözlərinə görə, onun sahib olduğu mülklər qardaş və bacısının, eyni zamanda qohumlarının adınadır: «Deyilənlərə görə, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində qanunsuz yollarla külli miqdarda sərvət əldə edən baş inspektor İlham Ağamalı oğlu bu gün əlindəki maddi imkanlara görə hətta oliqarx məmurlara belə, meydan oxuya bilər. Sözsüz ki, hər kəs özünə şərait qurmaqda, daha çox gəlir əldə etməkdə sərbəstdir. Lakin bu bir faktdır ki, İlham Ağamalı oğlunun topladığı sərvətin qaynağı birbaşa olaraq Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsindəki işdən gəlir. Hələ bu, harasıdır. Deyilənlərə görə, Aydın Ağamalı oğlunun Əli adlı oğlu da, xoşagəlməz əməllərlə məşğul olur, bibisinin falçılığına göz yumur. Məhz elə bu səbəbdən də Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyev Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində yaşananlara, o cümlədən baş inspektor İlham Ağamalı oğlunun fəaliyyətinə olduqca diqqətli yanaşmalıdır. Çünki son zamanlar adıçəkilən gömrük keçid məntəqəsində insanlara çox ciddi problem yaradılır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|