«Baku Steel Company»də əcaib işlər çevrilir... - İDDİA
Tarix: 1-10-2016, 10:30 | Çap et
2001-ci ilin iyun ayının 21-də fəaliyyətə başlayan “Baku Steel Company” MMC bu gün ölkənin metallurgiya sənayesini faktiki olaraq inhisarında saxlayır. Belə ki, adıçəkilən MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun bir sıra yollara baş vuraraq sözügedən sahədə fəaliyət göstərən bir çox şirkət və müəssisələri özündən asılı vəziyyətə saldığını, hətta onların əmlaklarını özününküləşdirdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, «Baku Steel Company» inhisarçı, varlı müəssisə olsa da işçiləri rəhbərlikdən kəskin narazıdır. Adıçəkilən şirkətin səhmdarlarına hədə-qorxu gələrək, onların dividentlərini vermədiyini, payçıların sayını süni şəkildə azaltmağa çalışdığını vurğulayan mənbənin sözlərinə görə, «Baku Steel Company» MMC «Bakelektroqaynaq» ASC-nin əsas payçısdır: «Deyilənlərə görə, «Baku Steel Company» MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov əlinə düşən hər fürsətdə səhmdarları alçaldır, dividentlər isə ümumiyyətlə verilmir, heç bir yığıncaq çağırılmır. Bu və digər neqativ hallarla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, hələ də Rasim Məmmədovun əməllərinə lazımı qiymət verən yoxdur. Yəni onun barəsində hər hansı bir tədbirin görülüməsinə cəhd belə edilmir. Təbii ki, bu gün «Baku Steel Company» MMC-də yaşanan hadisələr ölkə konstitusiyasının pozulması, özəl mülkiyyətin toxunulmazlığı hüququnun ayaqlar altına alınması anlamına gəlir. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov metallurgiya bazarını tam ələ keçirmək uğrunda mübarizə aparır. Bununla da artıq sözügedən bazar monopoliyalaşıb və «Baku Steel Company» MMC-nin ixtiyarına keçib. Bəllidir ki, ölkədə böyük tikinti-quraşdırma işləri gedir. Burada armatur bazarı üçün böyük imkanlar açılıb. «Baku Steel Company» isə bu imkanları tam olaraq ələ keçirməyi planlaşdırır». Bu ilin iyul ayının 1-də «Baku Steel Company» MMC-də partlayışın baş verdiyini xatırladan məlumatlı şəxs bildirir ki, nəticədə zavodun işçiləri ağır bədən xəsarətləri alıblar: «Deyilənlərə görə, «Baku Steel Company» MMC-də 2014-cü ilin sentyabrın 15-də də oxşar partlayış olmuşdu. Hətta ölənlər də olmuşdu. Məsələ ondadır ki, monopolistlər, rəqabətsizlik, iş prosesinin keyfiyyətinin səviyyəsini sovet dövrü səviyyəsinə endirir. Qeyd edək ki, ölkədə zor gücü ilə «dəmir» monopolisti olan «Baku Steel Company» MMC rəhbəri olan Rasim Məmmədovu çoxu yaxşı tanıyır, onun necə xarakterə malik olduğunu demək olar ki, hamı bilir. Belə ki, deyilənlərə görə, «Baku Steel Company» MMC-nin Müşahidə Şurasının sədri üçün hansısa fəhlə sadəcə «qapazaltı zümrə» kimi bir şeydir. Onların nə qədəri ölsə də, mənası yoxdur. Bildiyiniz kimi, Rasim Məmmədovun adamlarının Bakıdakı metaləritmə müəssisələrinə hücumu barədə indiyədək kütləvi informasiya vasitələrində müxtəlif səpkili məlumatlar yayımlanıb. Şirkətin adamları bəzi yüksək vəzifəli şəxslər tərəfindən himayə olunmalarından istifadə edərək, müəssisələrə basqın edir, onların əmlakını ələ keçirir. Məsələn, «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan birgə müəssisəsi, «Şəhriyar 99», «R.A.N.K» MMC və başqa metaləritmə müəssisələri eyni aqibətlə üzləşib. Deyilənlərə görə, «Baku Steel Company» indiyədək təqribən 21 özəl şirkəti hədələyib. Lakin buna baxmayaraq, MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun əməlləri müvafiq qurumlar tərəfindən susqunluqla qarşılanıb. Halbuki təzyiqərə məruz qalan bütün müəssisələr «Baku Steel Company»nin rəhbəri Rasim Məmmədovun açıq-aşkar təhdidlərilə üzləşdiklərini vurğulayıblar. Buna rəğmən, hələ də onun barəsində ölçü götürülməyib. Məhz bu, onu deməyə əsas verir ki, «Baku Steel Company» MMC-nin Müşahidə Şurasının sədrinin himayədarı kifayət qədər təsir imkanlarına malik olan şəxslərdən biridir. Görünən odur ki, Rasim Məmmədov rəqiblərini məhz himayədarlarının sayəsində «zərərsizləşdirməyə» nail olur». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|