Elmi-Tədqiqat Kardiologiya İnstitutunda nə baş verir? - İDDİA
Tarix: 20-10-2016, 09:50 | Çap et
Aparılan araşdırmalar nəticəsində belə məlum olub ki, son illər ölkəmizdə ürək-damar sistemi xəstəlikləri geniş vüsət alıb. Hətta bəzi məlumatlarda bu tip xəstəliklərin cavanlaşdığı da iddia olunur. Belə ki, bir çox ekspertlər bu qənaətdədirlər ki, ürək-damar sistemi xəstəlikləri arasında qan təzyiqinin qalxması ilə müşahidə edilən hipertoniya xəstəliyi hazırda daha çox müşahidə olunur. Bildirilir ki, əgər bir neçə il öncəyə kimi qan təzyiqinin yüksəlməsi daha çox yaşlı nəslin nümayəndələrində özünü biruzə verirdisə, indi artıq bu xəstəlik yeniyetmələr və cavanlarda da müşahidə olunmağa başlayıb. Göründüyü kimi, bu gün ölkəmizdə sözügedən sahədə vəziyyət kifayət qədər ciddi, təlaşlıdır. Lakin buna baxmayaraq, hələ bə bəzi tibb ocaqları üzərinə düşən vəzifələri lazımi səviyyədə icra etmirlər. Bu cür tibb müəssisələrindən biri də Bakı şəhəri, Fətəlixan Xoyski küçəsi 101 ünvanında yerləşən və Adil Baxşəliyevin direktoru olduğu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur. Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərə keçməzdən öncə, adıçəkilən tibb ocağının rəhbəri Adil Baxşəliyev barəsində qısa məlumat vermək istərdik. Beləliklə, əslən Bərdə rayonundan olan, 1975-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirən Adil Baxşəliyev 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdırmə İnstitutunun I terapiya kafedrasında böyük laborant vəzifəsində çalışmağa başlayıb. 1977-1978-ci illərdə adıçəkilən institutunun elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləyib. 1978-1981-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzində aspiranturada təhsil alıb və 1981-ci ildə namizədlik dissertasiyasını müdafiyə edib. 1981-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdırmə İnstitutunun I terapiya kafedrasında assistent vəzifəsində çalışıb. 1984-1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun «Arterial hipertoniya» şöbəsinin müdiri vəzifəsində işləyib. 1985-1990-cı illərdə Moskva şəhərində N.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun doktoranturasında calışıb və 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 1990-1991-ci illərdə konkursdan keçməklə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin «daxili xəstəliklər 1» kafedrasının müdiri vəzifəsinə təyin olunub və 1992-ci ildən bu günə kimi «klinik farmakologiya» kafedrasının müdiri vəzifəsində çalışır. 1998-ci ildən etibarən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda direktor vəzifəsində işləyir. Beləliklə, Adil Baxşəliyevin nə az, nə çox düz 18 ildir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutuna rəhbərlik etdiyini qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, adıçəkilən tibb müəssisəsini özünün şəxsi mülki kimi istifadə edir: «Deyilənlərə görə, dövlət tərəfindən ayrılan vəsaitlər C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda təyinatı üzrə xərclənmir. Çünki səhiyyə ocağının elə ilk görünüşü bunu deməyə əsas verir. Bundan başqa, xəstəxanada heç bir müasir tibbi avadanlıq yoxdur. Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən və elə də imkanı olmayan vətəndaşlar sözügedən səhiyyə ocağını pənah tutub getsələr də, qarşılaşdıqları mənzərə heç də ürəkaçan olmur. Çünki pulu olmayan xəstə burada heç bir müayinədən keçə bilmir. Halbuki C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu dövlət xəstəxanasıdır və orada vətəndaşlara göstərilən xidmət pulsuz olmalıdır. Lakin çox təəssüflər olsun ki, bu hal yalnız sözdə deyilir. Göstərilən xidmət və mövcud durum başqa cürdür». Bu arada, artıq çağırışçıların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbələrinə gedib müvafiq prosesdurları keçmək üçün hazırlıq gördüklərini vurğulayan mənbənin sözlərinə görə, «neqodnıy» hərbi bilet almaq arzusunda olanlar bu məqsədlə Elmi-Tədqiqat Kardiologiya İnstitutuna üz tuturlar: «Şübhəsiz, bu dövrdə cəmiyyətin diqqəti məhz çağırış sisteminə yönəlib. Etiraf etmək lazımdır ki, son illər həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi istiqamətində bəzi müsbət işlər görülüb. Lakin buna baxmayaraq, sözügedən sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün ötən illərdə əməli tədbirlər görülməyib. Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ordu sıralarına çağırışdan müxtəlif yollarla yayınma, hərbi xidmətə çağırışdan qanunsuz möhlətvermə halları müşahidə edilib. Bu zaman səhiyyə işçilərinin «xidmət»lərindən daha çox istifadə olunur. Misal kimi, Adil Baxşəliyevin direktoru olduğu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunu göstərmək olar. Belə ki, deyilənlərə görə, bu və ya digər çağırışçı sağ-salamat, yəni səhhətində problem olmadığı halda, həkim komissiyasından keçərkən «təşəkkür» etməklə «neqodnıy» olduğunu təsdiq edən sənəd əldə edir. Əksər hallarda elə də olur ki, həqiqətən də həqiqi hərbi xidmətə yararsız çağırışçı xəstəliyini sübuta yetirmək üçün məcbur edilir ki, həkimlərə «hörmət» etsin. Bildirilir ki, hazırda Elmi-Tədqiqat Kardiologiya İnstitutunda məhz bu cür hallar müşahidə olunmaqdadır». Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, Adil Baxşəliyevin Elmi-Tədqiqat Kardiologiya İnstitutuna rəhbərlik etmək üçün yaşının keçdiyini, yəni onun təqaüd vaxtının çatdığını bildirən məlumatlı şəxsin iddiasına görə, səhiyyə nazirinin müavinləri Abbas Vəlibəyov və Nigar Əliyevanın himayəsinə arxalanan direktor adıçəkilən tibb müəssisəsinin kollektivinə «Mən hələ uzun müddət buranın rəhbəri kimi öz postumda qalacam» deyib: «Deyilənlərə görə, Adil Baxşəliyevin bu qədər arxayın olmasının əsas səbəbi onun məhz səhiyyə nazirinin müavinləri Abbas Vəlibəyov və Nigar Əliyeva tərəfindən ciddi şəkildə müdafiə olunması, onların himayəsində olmasıdır. Məhz buna görə də o, təqaüd yaşı çatmasına baxmayaraq, hələ də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru postunu təhvil vermək fikrində deyil». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|