Oqtay müəllim yəqin ki bunları bilmir... - ŞİKAYƏT VAR
Tarix: 2-01-2017, 14:05 | Çap et
Nia.az-a Neftçala rayon Aşağı Qaramanlı icra nümayəndəliyinin tərkibində olan Kür-Qarabucaq ,I-ci Qaralı , Qədimkənd, Astanlı kənd sakinləri tərəfindən şikayət ərizəsi daxil olub. Yazıb sizə bildiririk ki, problemmizin həll olunmasına bizə köməklik göstərirsiniz. 8 mindən çox əhalisi olan bu nümayəndəliyin Qədimkənd kəndində 1985-88-ci illər arası tikilmiş 50 çarpayılıq xəstəxanası bağlanmaq təhlükəsi qarşısındadır. 2010-cu ilə kimi bu xəstəxanada müayinə laborotoriyası, stomotoloq, uşaq həkimi,terapevt, doğum şöbəsi fəaliyyət göstərirdi. 2010-cu ildən 50 çarpayılıq stasionar şöbə ləğv olundu. Bu günlərdə isə təcili təxirə salınmaz doğuşa yardım şöbəsi də bağlanıb. Əvəzində 8min əhaliyə tibbi xidmət göstərmək üçün 1ədəd ambulans maşınını xəstəxananın qarşısında saxlayıblar ki, doğuşlar rayon mərkəzinə aparılsın.15 ildən artıqdır ki, bu xəstəxanada ana və uşaq ölümünə rast gəlinməyib.Bütün doğuşlar təbii yolla aparılır və hər il 100-dən artıq körpə sağlam vəziyyətdə bu xəstəxanada dünyaya göz açır . Biz kənd anaları adından Neftçala rayon İcra Başçısı İsmayıl Vəliyev cənabına doğum şöbəsinin yenidən bərpası üçün 39 nəfər adından məktubla müraciət etdik, amma heç bir cavab almadıq. Yazıb sizdən xahiş edirik ki ,bizim bu müraciətimizi sayt vasitəsilə ölkə rəhbərliyinə çatdırasınız.Qoy bu acınacaqlı vəziyyətdən xəbərdar olsunlar ki, 8 minə yaxın əhalini dövlətdən narazı salan məmurların bu xalqdan nə istədikləri sualına bəlkə onlar cavab tapa bilər. Məmmədova Cəvahir Abdulla qızı Fərruxova Mələk Qaçaqxan qızı Məmmədova Natavan Yaşar qızı Babayeva Gülşən Fəxrəddin qızı Əliyeva Nəzakət Ənvər qızı Babayeva Arəstə Ağababa qızı Hüseynova Məssura Zərbalı qızı Xankişiyeva Aynur Vaqif qızı Qəmbərova Durna Hüseyn qızı Əsədova Zərxanım Qaraş qızı Cəfərova Maral Alış qızı Süleymanova Xəyalə Xeyrulla qızı Xankişiyeva Sübü Tanrıverdi qızı Qurbanova Lamiyə Kamil qızı Səmədova Nuranə Məhərrəm qızı İmanova Sələmə Hüseyn qızı Fərəcova Günay Fizuli qızı Sadıqova Zəminə Sabir qızı Quliyeva Aynurə Xudayar qızı Cəfərova Günel Yaşar qızı Hüseynova Fəridə Abdul qızı Fərəcova Adilə Böyükağa qızı Mustafayeva Ruhiyyə Fərhad qızı Əliyeva Aynur Ədalət qızı Cavadova Gülnarə Tahir qızı Abdullayeva Səfurə Sərxoş qızı Əsgərova Pakizə Əliş qızı Mirzəyeva Dürdanə Əmiraslan Salayeva Nurlana Allahbaşış Mirzəyeva Hökümə Şahbazəli qızı Əhmədova Zahidə Abasət qızı Ağayeva Dostu Daşdamir qızı Ağayeva Dilbər Əkbər qızı Ağayeva Xanım Səxavət qızı Ağayeva Aygün Böyükkişi qızı Hüseynova Məryəm Laçın Ataşova Zeynəb Təvəkkül qızı Şahalova Sitarə Həsən qızı
Neftçala rayon Aşağı Qaramanlı icra nümayəndəliyinin vətəndaşları olaraq əvvəlcədən sizə minnəttarlığımızı bildiririk.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına. Azərbaycan Respublikasının Birinci Xanımı, Millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya Sürəti: Səhiyyə Naziri O.Şirəliyev cənabına
Cənab Prezident! Redaksiyamıza Neftçala rayon Aşağı Qaramanlı İcra Nümayəndəliyinin tabeliyində olan Kür-Qarabucaq, 1-ci Qaralı, Qədimkənd, Astanlı kəndlərində yaşayan 8 mindən çox əhalisi olan bir sovetliyin 39 sakini şikayət ərizəsi ilə müraciət etmişdir.8 mindən çox əhalisi olan sovetliyin 39 nəfər şikayətçinin şikayət ərizəsində göstərilmişdir ki, hələ 1985-1988- ci illərdə Neftçala rayononun Qədimkənd kəndində 50 çarpayıdan ibarət xəstəxana fəaliyyət göstərirdi. 2010-cu ilə kimi həmin xəstəxanada müayinə laborotoriyası, stomotoloji şöbə, uşaq həkimi, terapeft və doğum şöbəsi fəaliyyət göstərdiyi halda, 2010-cu ildə 50 çarpayılıq stasionar şöbə ləğv olunub.2016-cı ilin mart ayında isə təcili təxirə salınmaz doğuma yardım şöbəsi də ləğv olunaraq xəstəxana həyətinə, onun əvəzinə bir ambulans maşını qoyulması, sakinlərin hiddətinə səbəb olmuşdur.Neftçala rayonunun Mərkəzi Xəstəxanasının baş həkimi, şikayətçilərin bizə yazaraq göstərdikləri doğum şöbəsinin ləğvi ilə əlaqədar nə etmək istədiyini hələ başa düşmədikləri üçün bizə rəsmi şəkildə müraciət etmişlər. Hətta bu şikayətçilər sovetlikdə baş verən bu özbaşınalıqla əlaqədar Neftçala rayon İcra başçısı İsmayıl Vəliyev cənabına rəsmi müraciət etmələrinə baxmayaraq, heç müsbət cavab almadıqları barəsində redaksiyamıza ətraflı məlumat vermişlər.
Redaksiyamıza şikayət ərizəsi daxil olduqdan sonra məsələylə bağlı araşdırma aparmağa başladıq. Araşdırması zamanı öyrəndik ki, həqiqətən də 30 ( otuz) ilə yaxındır ki, Neftçala rayonunun Qədimkənd kəndində sovetliyin 8 min əhalisini birləşdirən, xəstəxana fəaliyyət göstərirdi.Əlavə olaraq onu da öyrəndik ki, xəstəxana fəaliyyət göstərdiyi gündən, bu günkü günə kimi bu xəstəxanada bir dəfə də olsun ana və uşaq ölümünə rast gəlinməyib. Bütün doğuşlar təbii yolla aparılaraq, hər il sovetlikdə 100(yüz)–dən artıq körpə həmin xəstəxanada dünyaya göz açırlar.
Şikayətçilərin verdiyi suallar bizdə təəccüb yaratdı.Nəyə görə 8 minə yaxın əhalisi olan sovetlikdə hər il 100(yüz)-dən artıq körpə sağlam bu xəstəxanada dünyaya göz açırsa, 15(on beş) ildən artıq bu xəstəxanada ana və uşaq ölümünə rast gəlinməyibsə, bu gün bir ambulans maşını xəstəxanın qarşısında saxlayaraq,məgər doğuşa yardım şöbəsi bağlandırılmalıdırmı? Qədimkənd xəstəxanası ilə rayon Mərkəzi Xəstəxanasının arasında təxminən 25 km məsafə vardır. Ambulans maşının texniki şərtlərini demirik, lakin doğuş vaxtı həmin maşınla 40-50 dəqiqəyə rayon Mərkəzi xəstəxanasına xəstəni çatdırana kimi, görəsən rayon xəstəxanasının baş həkimi qarant verirmi ki, həmin xəstənin başına bir iş gəlməyəcək.
Cənab Prezident! Siz və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyeva dövlətimizin bütün guşələrində yeni səhiyyə ocaqları, müasir tipli avadanlıqları xarici dövlətlərdən bizim dövlətə gətizdirirsiniz ki, əhalinin sağlamlğı ilə əlaqədar heç bir problemi olmasın. Lakin dövlətimizdə elə məmurlar da var ki, öz ciblərini doldurmaq xatirinə istədikləri kimi hərəkət edirlər. Sizdən xahiş edirik ki, 8 min əhalisi olan sovetliyin adından, 39 nəfər Azərbaycan anasınının redaksiyamıza ünvanladığı şikayət ərizəsini nəzərə alaraq, ədalətli araşdırmadan sonra doğuşa yardım şöbəsinin bərpa olunması üçün köməklik göstərəsiniz.
Əvvəlcədən sizlərə öz minnəttarlığımızı bildiririk .
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|