Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                 

“Qaçqınkom” zəbt olunan mənzillərin boşaldılmasında maraqlı deyil? – ARAŞDIRMA
Tarix: 4-02-2017, 11:32 | Çap et
“Qaçqınkom” zəbt olunan mənzillərin boşaldılmasında maraqlı deyil?
Bəzən, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindəki bir sıra məmurların səhlənkarlığı təkcə məcburi köçkünlərin yox, digər vətəndaşların da hüquqlarının pozulmasına gətirib çıxarır. Qeyd edək ki, yanvarın 27-də mənzili məcburi köçkünlər tərəfindən zəbt olunmuş Bakı sakini İradə Zeynalovanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciətinin mətnini oxuculara təqdim etmişdik.

Müraciətdə deyilir:

“Hörmətli Mehriban xanım! Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünü olan ölkədir, bu gün Dağlıq Qarabağ probleminin həlli hər bir azərbaycanlının arzusudur. Əlbəttə, həmvətənlərimizin öz yurdundan-yuvasından didərgün düşməsi bizi də narahat edir. Lakin təəssüflər olsun ki, bəzi şəxslər özünün “məcburi köçkün” statusundan sui-istifadə edərək, başqalarının haqqını tapdalayır, səhlənkar məmurlar isə buna göz yumurlar. Ona görə də, bir ana və nənə olaraq, Sizə üz tutub, üzləşdiyim problemin həllində kömək etməyinizi xahiş edirəm. Qeyd edim ki, bir müddət əvvəl mən Cənab Prezidentimizə də məktubla müraciət etmişdim, lakin çox güman, bu müraciət aidiyyatı qurumlara yönəldiləndən sonra, hansısa məmurlar müəyyən maraqlar naminə şikayətimi bir kənara atıblar və heç araşdırmayıblar.

Əzizim Mehriban xanım Əliyeva! Suraxanı Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli Qətnaməsinə əsasən məcburi köçkünlər: Rüstəmov Məmməd Aslan oğlu, ailə üzvləri: Rüstəmova Şövkət Mustafa qızı və Rüstəmov Ərşad Məmməd oğlunun mənim şəxsi mülkiyyətimdə olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 2 saylı evin, 1-ci mənzilindən çıxmalı və mənzilimi mənə qaytarmalıdırlar. Qətnamə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilsə də, 2011-ci ildən bu günə qədər icra edilmir, nə icra şöbəsinin məmurları, nə də mənzili zəbt etmiş şəxslər heç kimlə, heç nə ilə hesablaşmırlar və Məhkəmə Qətnaməsini icra etmək fikirləri də yoxdur. Onların özbaşınalığı nəticəsində öz mənzilimiz olduğu halda orda-burda kirayələrdə yaşayırıq.

Həyat yoldaşım Mürsəlov Mürsəl Ramazan oğlu vəfat etmişdir. Mənim şəxsi mülkiyyətimdə olan mənzilimdə bu illər müddətində “qaçqın və köçkün” statusundan sui-istifadə edən ayrı-ayrı şəxslər bir-birlərinə sataraq yaşayırlar. Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar. Mən onlar ilə mənzilimi boşaltmaq barədə danışmağa cəhd etsəm də, məni qapıdan qovublar ki, “Nə vaxt ermənilər bizim evi qaytararlar, biz də sənin mənzilini boşaldarıq!”.

Belə çıxır ki, mənim mənzilimi zəbt etmiş “kişi”lərin evsiz qalmasında mən, 3 qız övladım, 3 azyaşlı nəvəm günahkarıq? Onların evini mənfur ermənilər zəbt etdiyinə görə, onların da Bakı şəhərində mənim mənzilimi zəbt edib “7 baş külfət”i küçələrə salmaları qanunauyğundur? Mən müxtəlif qurumlara, o cümlədən Ombudsman Aparatına ərizə ilə müraciət etmişəm. Aparat sədri Aydın Səfixanlı mənim məktubumu Ədliyyə Nazirliyinə yönəltmiş, bundan sonra isə nə kimi addımlar atıldığından xəbərim olmamışdır. Ədliyyə Nazirliyinin Baş İcra İdarəsində isə formal xarakterli cavablarla illərdir mənə qarşı törədilən haqsızlığın davam etməsinə səbəb olurlar”.

Qafqaz Xəbər Agentliyinin əməkdaşları Qaçqın və Məcburi Koçkünlərlə İş üzrə Dövlət Komitəsinə də müraciət etmiş, lakin ordan bildirmişdilər ki, qaçqın və məcburi köçkünlərə ev verilməsi dayandırılıb, yaxın zamanlarda İradə Zeynalovanın mənzilini zəbt edənlərə ev verilər, ondan sonra da İ.Zeynalova öz mənzilinə köçə bilər. Bəlkə, elə Komitənin öz işini vaxtında görə bilməyən məmurları üzündən, məcburi köçkünlər zəbt etdikləri mənzillərlə öz aralarında ticarət və dəyiş-düyüş edir, özgələrin hüquqları da tapdanmış qalır?

Diqqət etdin, İ.Zeynalova deyir: “Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar”. Çox güman ki, “Qaçqınkom” rəsmiləri məcburi köçkünlər arasında yetərincə maarifləndirmə aparmır və onlara başa salmır ki, sizin zəbt etdiyiniz mənzil dədə-baba mülkünüz deyil, sizə təzə mənzil veriləndə, onu yiyəsinə qaytarmalısınız, başqasına satmalı və ya bağışlamalı deyilsiniz. Bu halda, İ.Zeynalova kimin yaxasından yapışmalıdır? Bəlkə, Rüstəmovlar da mənzil alandan sonra, bu mənzili başqasına hədiyyə edəcəklər? Dövlət Komitəsi nə üçün özünü kənara çəkir ki? Hər halda, “Qaçqınkom” rəsmilərinin işini başqa bir dövlət qurumunun hansısa idarəsi görməli deyil…

O məmurlar mənzillərdən köçmə və zəbt olunan mənzillərin sahiblərinə geri qaytarılmasına görə məsuliyyət daşıyır, dövlətdən maaş alırlar. “Dövlətdən maaş almaq” demişkən, bir ara ölkə mətbuatında cənab baş nazirin müavini, komitə sədri Əli Həsənovun nəvələrinin fotoları paylaşılmışdı. Həmin fotolardan dövlə
t maaşının necə “bərəkətli” olduğu açıq-aydın sezilir, məmur nəvəsi olmağın “iztirabları” hiss edilirdi…

Oxuculara xatırladaq ki, 2015-ci ildə Qafqaznews.az saytında “Qaçqınkom”un yüksək vəzifəli məmurlarından biri haqqında silsilə yazılar dərc olunmuşdu. Yazılarda Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu qanunsuz yolla sahib olduğu mülklərdən bəhs olunmuşdu. Qafqaznews.az saytı apardığı araşdırmalar nəticəsəində Pənah Əliyevin dəyəri 10 milyonlarla ölçülən mülklərinin geniş siyahısını və fotolarını əldə etmiş, ictimailəşdirmişdi.

Pənah Əliyevin oğlu Tural Əliyev haqqında yazmışdıq ki, Qaradağ rayonunda hüquq mühafizə orqanlarında xidmət edən və ayda 400 manat əmək haqqı alan bu şəxs işə 235 min manat dəyəri olan “Range Rover”lə gedir. Məlumat üçün bildirək ki, Tural Əliyev əvvəl istifadə elədiyi “Audi” markalı avtomobilini sataraq “Range Rover”i almaq üçün bankdan öz adına kredit götürüb. Sual olunur ki, 900 seriyalı bu bahalı avtomobilin aylıq kreditini 400 manat maaşla Tural Əliyev necə ödəyir..?

Digər tərəfdən Pənah Əliyevə aid olduğu deyilən bir sıra obyektlər barədə də məlumatlar yayılmamış deyil. 9-cu mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən “Sombrero” restoranı, “Dental”klinikası və qızına həmin binada hədiyyə etdiyi ev, Kazımovski küçəsi 185 ünvanda yerləşən ev, “Qızıltac” restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, “Vorovski”dəki villası böyük bir siyahının kiçik hissəsidir.

Pənah Əliyev yaxın dairəsi ilə söhbətdə fərəhlə danışır ki, oğlumu oxutdurub işə düzəltmək, evli- eşikli etmək, maşınlı-avtolu etmək… bir milyondan yuxarı başa gəlib. Görəsən bu qədər pul “Qaçqınkom”un departament rəhbərində hardandır?”, – deyə məqalədə bildirilirdi.

Həmçinin, Pənah Əliyevin 20 min manata aldığı bahalı at barədə də məlumat vermişdik: “Redaksiyamıza daxil olan məlumatda Pənah Əliyevin Nərimanov rayonu ərazisində Kooperasiya Universiteti ilə üzbəüz yerləşən Cıdırda 20 min manata aldığı atı saxladığı qeyd olunurdu. Məlumatdan o da bəlli olurdu ki, hər ay atın saxlanmasına departament rəisi 2 min manat pul xərcləyir. Əməkdaşımız Cıdıra baş çəkib və Pənah Əliyevin atına baxan şəxslərlə maraqlı söhbət edib. Həmin şəxslər hətta əməkdaşımıza Pənah Əliyevin atının fotosunu çəkməyə də icazə verib. Söhbət zamanı bəlli olub ki, mətbuatda gedən yazılardan sonra Pənah Əliyev ata baxanlara tapşırıb ki, atı dəyər-dəyməzinə satsınlar”.

Eyni zamanda, Qafqaznews.az-a məlumat verən mənbə bildirmişdi ki, Pənah Əliyev məcburi köçkünlər üçün ayrılan dövlət vəsaitindən mənimsədiyi puldan bir dostuna 300 min manat verib, həmin dostu isə “pul sənin deyil ki, dövlətindir” deyərək, qaytarmaqdan boyun qaçırıb. Pənah Əliyev özü haqqında məlumatların mətbuata sızdırılmasında həmin dostundan şübhələnmişdi. Lakin qeyd edək ki, Qafqaznews.az öz araşdırmalarını Pənah Əliyevin sabiq dost və şəriklərinin yox, məhz haqqını yediyi məcburi köçkünlərin şikayətləri əsasında aparıb.

Xatırladaq ki, bu yazılardan sonra baş nazirin müavini, komitə sədri Əli Həsənovun qəzəblənməsi və departament rəhbərini sərt tənbeh edərək, sonra da vəzifədən azad etməsi barədə də yazmışdıq. Maraqlıdır, Pənah Əliyevlə bağlı bu qədər qalmaqallı faktlar olmasına baxmayaraq, onu cinayət məsuliyyətinə cəlb etmədilər. Sadəcə, tutduğu vəzifədən azad edildi…

Görəsən, Pənah Əliyev istintaq və məhkəmə qarşısına çıxsaydı, daha kimlərin “yeyinti”lərini ifşa edəcəkdi? Pənah Əliyev bu gün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində işləmir, hətta “görüntü” xatirinə bahalı maşınları da satıb. Lakin əldə etdiyimiz məlumatlara görə, o, yenə də əvvəlki kimi zəngin həyat sürür və sabiq komitə yoldaşları ilə də vaxtaşırı görüşür, yeyib-içir… Hətta keçən il dərc etdiyimiz yazılardan birində bildirmişdik ki, bu qalmaqaldan sonra, Əli Həsənovdan qisas almaq üçün onun nəvələri ilə bağlı materialların da mətbuata sızdırılmasında Pənah Əliyevin “barmağı” olduğunu öyrənmişik.

Bəlkə, bir çox məmurlar kimi Pənah Əliyev də mənimsədiyi vəsaiti “kimlərləsə bölüşürdü” deyə, cinayət məsuliyyətinə cəlb olunmadı və indi rahat-arxayın öz biznesinin başındadır? Yoxsa, komitədə Əli Həsənovun zəifliyindən, ya da yaşlanmasından sui-istifadə edənlər var? Yəqin ki, cənab baş nazir müavini Əli Həsənovun komitədə hər şeyə nəzarət etmək imkanları məhduddur. Ətrafındakı müavin və şöbə müdirləri ondan Pənah Əliyevin üzərinə çox getməməyi xahiş ediblərsə, deyə bilərik ki, korrupsiya kabusu hələ də bu komitənin dəhlizlərində dolaşmaqdadır. Cənab baş nazirin müavini Əli Həsənovun yaşlanmasındanmı, etibarındanmı sui-isifadə edənlər bu gün İradə Zeynalova kimi məcburi köçkün olmayan vətəndaşların da hüquqlarının tapdanmasına səbəb olublar…

Görəsən, hörmətli baş nazirin müavini Əli Həsənov razı olarmı, məcburi köçkünlər zəbt olunan mənzillərlə alver etsinlər, İradə Zeynalova kimi qanuni mülkiyyətçilərsə uzun illər kirayədə yaşasın?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru