Samir Şərifovun Yevlaxdakı nümayəndəsi NAZİRİ HƏDƏFƏ GƏTİRİR - Daha bir harınlıq FAKTI
Tarix: 16-08-2017, 10:43 | Çap et
Əksər regionlarda durumun ağır olduğunu hər kəs bilir. Bir sıra məmurların özbaşınalığı, qanundankənar hərəkətləri rayon sakinlərinin yaşayışlarını daha da ağırlaşdırır. Aidiyyatı qurumlara müraciət edilsə də, heç bir tədbir görülmür. Elə məmurlar var ki, ölkə qanunlarına əhəmiyyət vermədən, öz “qanunlarını” həyata keçirməklə məşğuldur. Yevlax rayon Maliyyə İdarəsində bu cür vəziyyət yaşanır. Bu idarənin rəhbəri haqda cumhuriyyet.net-ə daxil olan məlumatlarda maraqlı məqamlar yer alır. Bildirək ki, Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev 15 ilə yaxın Bərdə maliyyə idarəsinin müdiri vəzifəsində çalışıb. Hesablama palatasının yoxlaması zamanı R.Əliyevin ciddi maliyyə pozuntuları üzə çıxıb. Məbləğ o qədər böyük olub ki, bu rəqəmi iki dəfə azaltdıqda da R.Əliyevin cəzasız qalacağı müşkülə düşüb. Bu olayla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, o zaman Hesablama Palatasının rəhbərliyinə Gəncə şəhər icra Başçısı Elmar Vəliyev minnətçi düşüb və R.Əliyev Bərdədən Yevlaxa köçürülməklə canın qurtara bilib. Mənbəmiz Rza Əliyevin qanunsuzluqlarının belə sülhlə yekunlaşmasının arxasında onun sahib olduğu bilgilərlə əlaqələndirdi. Belə ki, bir neçə il bundan öncə Rza Əliyevlə Vidadi İsayev, rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya və digər xanım qonaqlar məclisdə iştirak ediblər. Həmin məclisdə Rza Əliyevin Vidadi İsayevlə və müavini barədə çox ilginc bir kompramanta sahib olduğu deyilir. Rza Əliyev müəmmalı şəkildə iş yerini dəyişərək Bərdədən Yevlaxa transfer olunub. Bu təyinatın sirri açıqlanmasa da, ehtimal olunur ki, onu Bərdədən uzaqlaşdırmaqla maliyyə yeyintiləri ilə bağlı söz-söhbətlərə son qoymaq istənilib. Amma adı müxtəlif maliyyə xəyanətlərində və maxinasiyalarda hallanmış R.Əliyev ənənəsinə sadiq qalaraq Bərdədəki talan siyasətini Yevlaxda əsirgəmir. Maliyyə İdarəsinin rəisi Bərdəni çapıb talamaq hesabına bu rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Yevlaxda “vəzifəsini” yüksək səviyyədə davam etdirsə, mal-mülkün sayını artıra bilər. Onun varidatının günbəgün genişlənməsi heç də idarə rəisi kimi aldığı əmək haqqı ilə reallaşmayıb. Bərdədə maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək R.Əliyevi varlandırıb. O, Bərdədə bütün dövlət layihələrinin icrasında maliyyə maxinasiyalarını ustalıqla həyata keçirib. Bununla bağlı cumhuriyyet.net-i bilgiləndirən mənbənin sözlərinə görə, abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən 30 milyon manata yaxın pul vəsaiti ayrılıb. Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir. R.Əliyev büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin etməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. Lakin o, bu işlərin heç birini etməyib. Elə bunun nəticəsidir ki, R.Əliyevin nəvəsi Şahin Şahlarzadə Bərdədə “meydan sulayır”. İdarə rəisinin kürəkəni işində verdiyi nöqsana görə qovulub. Belə ki, sabiq polis zabiti Vüqar Şahlarzadə indi qayınatasının biznesini idarə edir. Onun oğlu olan Şahin isə babasına – idarə rəisi R.Əliyevə güvənərək Bərdədə “at oynadır”. İddialara görə, Şahinin ətrafındakı bəzi dostları arasında zərərli aludəçi olanlar var. Həmin gənclər R.Əliyevin nəvəsi ilə birlikdə kef-damaqda, müxtəlif yerlərdə istirahətdədirlər. Onlar Şahinin babasının hesabına Gürcüstanda, Türkiyədə, Qəbələ – İsmayıllıda gün keçirirlər. Üstəlik, Şahinin Feysbuk səhifəsində qeyri-etik fotolar paylaşdığı bildirilir. Ölkə əhalisinin və o cümlədən Bərdə camaatının güzəranın ağırlaşdığı bir vaxtda, insanların işsizlikdən əziyyət çəkdiyi bir zamanda maliyyə idarəsi rəisi R.Əliyevin büdcədən çırpışdırdığı pullar hesabına nəvəsi kef çəkməkdədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
|