Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                     Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… .....                     TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... .....                     Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? .....                     Sabiq nazir AQTA-nı ifşa etdi .....                     Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub .....                     Azərbaycanda da bu cərimələr silinə bilərmi? .....                     Məktəblərimizdən FRANSAYA axan milyonlar... .....                     "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." .....                     "Biz seyrə balonlarla çıxmaq istəmirik..." .....                     Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... .....                     Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır .....                     "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." .....                     "Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                 

“Burada “yeyilən” hər bir qəpik əsgərin boğazından kəsilir” - HƏQİQƏTƏN DƏ...
Tarix: 22-02-2022, 11:16 | Çap et
“Burada “yeyilən” hər bir qəpik əsgərin boğazından kəsilir”
Bir neçə ay öncə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsindən azad edilən, polkovnik Məlikməmməd Qurbanov həbs edilib. Respublika Prokurorluğundan daxil olan məlumata görə, ona qarşı Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib. M.Qurbanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Qeyd edək ki, bundan bir neçə gün öncə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının Maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Hər iki yüksək rütbəli zabit korrupsiyada, milyonlarla vəsaiti qəsb etməkdə ittiham olunur.

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər, soydaşlarımızın bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşməsi, öz övladlarını müharibəyə, ölümə göndərməsi fonunda Müdafiə Nazirliyinin rəhbərliyində bu cür cinayətlərin baş verməsi ürəkağrıdıcıdır. DİA.AZ-ın məlumatına görə, ehtiyatda olan polkovnik Ədalət Verdiyev AYNA-ya açıqlamasında deyib ki, Müdafiə Nazirliyinin bu cür ittihamlarla həbs olunan yüksək rütbəli zabitləri ordumuzun imicinə ləkədir: “Mətbuata bundan öncəki şərhlərim zamanı qeyd etmişdim ki, həbs olunan zabitlərin siyahısı genişlənəcək. Bu müsahibədən sonra Quru Qoşunlarının Maliyyə şöbəsinin rəisi, dünən isə bir neçə ay öncə vəzifədən azad edilmiş Satınalmalar və Təchizat İdarəsinin rəisi həbs edildi. Baş verənlər onu deməyə əsas verir ki, qısa müddət ərzində tarixi zəfər əldə edən əsgərlərimiz 3 metrlik qarda, boranda döyüş tapşırıqlarını yerinə yetirərkən bəzi ləyaqətsiz zabitlər orduya ayrılan vəsaitləri mənimsəməklə məşğul olublar. Çox təəssüf ki, 2014-cü ildən üzübəri vaxtaşırı olaraq bu kimi hallara rast gəlirik”.

Həmsöhbətimizin sözlərinə görə, Müdafiə Nazirliyində kadr seçimləri zamanı ciddi qüsurlara yol verilib: “Vicdan azlığından əziyyət çəkən insanların acgözlüyü heç bir halda ordumuzun və onun şəxsi heyətinin nüfuzuna xələl gətirməməlidir. Bu həbslər Azərbaycan Ordusunun güclənməsi, neqativ halların aradan qaldırılması baxımından müstəsna əhəmiyyətə malikdir və korrupsiyaya bulaşmış, vicdan hissini itirmiş digər zabitlər barədə də oxşar addımlar atılmalıdır”.

“Nəhayət, ordumuzda da geniş islahatlar aparılmalı, mənəviyyatdan kasad hərbçilər “dəmir barmaqlıqlar” arasına göndərilməlidir. Canı-qanı bahasına düşmən ordusunu darmadağın edən, onu diz çökdürən əsgərlərimizin payını oğurlayan məmurlar və onların qanunsuz fəaliyyətinə göz yumanlar heç bir halda zabit rütbəsi daşıya bilməzlər”, - deyə polkovnik vurğulayıb.

Verdiyev əlavə edib ki, Azərbaycan Ordusuna və Ali Baş Komandana xəyanət edənlər ən sərt formada cəzalandırılmalıdır: “Bu, həm də bir örnək olacaq ki, gələcəkdə bu cür neqativ hallar baş verməsin. Ordu kifayət qədər həssas təbəqədir və imkan vermək olmaz ki, burada kələkbazlar və fırıldaqçılar at oynatsınlar”.

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli də eyni fikirdədir. O, AYNA-ya şərhində deyib ki, Azərbaycanda ordu quruculuğu priroitet istiqamət elan olunub: “Cənab Prezident İlham Əliyev bununla bağlı öz qəti mövqeyini nümayiş etdirib. Bu sahənin inkişafı üçün dövlət tərəfindən hərtərəfli qayğı və diqqət göstərilməkdədir. Bu qayğını hərbi qulluqçularımız daim öz üzərində hiss ediblər. Müharibənin barıt qoxusu hələ çəkilməyib, şəhidlərimiz, qazilərimiz var. Müharibə böyük maliyyə tələb edən bir əməliyyatdır. Belə bir dövrdə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin bu cür yeyintilərə yol verməsi korrupsiya satatusunu belə aşır”.

“Burada “yeyilən” hər qəpik və hər bir manat əsgərin boğazından kəsilir. O əsgərin, o hərbi qulluqçuların ki, onlar Azərbaycanın tarixi qələbəsi üçün öz canlarını fəda etdilər”, - deyə müsahibimiz söyləyib.

Qeyd edib ki, bütün dünya Azərbaycanın 44 günlük Vətən müharibəsində sərgilədiyi strateji və taktiki əməliyyatların üstünlüklərindən danışır: “ABŞ, Rusiya kimi dünya gücləri Azərbaycan Ordusunun döyüş əməliyyatlarını öyrənməklə məşğuldur. Belə bir şəraitdə bu vicdansızların soyğunçuluq, quldurluq, oğurluqla məşğul olması ordumuzun nüfuzuna ciddi zərbə vurur”.

“Bir Azərbaycan vətəndaşı, ehtiyatda olan zabit kimi baş verənlərdən xəcalət çəkirəm. Bu hadisələri dövlətimizin, dövlət başçımızın, xalqımızın imicinə vurulan zərbə olaraq qiymətləndirirəm. Tərtər hadisələri və bu kimi cinayətlərə adekvat reaksiya verilməlidir. Böyük ehtimalla, bu, zəncirvari bir proses olaraq davam edəcək. Nazirlikdə kadr dəyişiklikləri ehtimalı çox yüksəkdir. Yəqin ki, həbslər də davam edəcək. Bütün hallarda nazirlikdə kardinal dəyişikliklər aparılmalıdır və şübhəsizdir ki, bu baş verəcək”, - deyə Rüstəmli fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru