Evi yıxılan AZƏRBAYCAN TƏHSİLİ... - BELƏ HARA GEDİRİK?
Tarix: 7-03-2022, 10:52 | Çap et
8.2. Azərbaycanda təhsilin əsas məqsədi:
Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır və bunlar “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda rəsmiləşdirilmişdir: - Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
Təbii ki, qanunda qeyd edilən məqsədlərə çatmaq üçün təhsildə keyfiyyət mütləqdir. Keyfiyyətin təminatçısı isə təhsil ocaqları və ümumiyyətlə təhsil sahəsində çalışan hər kəsdir. Keyfiyyətsiz təhsil, sadalanan məqsədlərin tam əksini yetişdirir. Təəssüflər olsun ki, son bir neçə ildə sosial şəbəkələrdən və müstəqil mediadan təhsil barəsində oxuduğumuz, gördüyümüz valideyin, şagird, müəllim narazılıqları, təhsil ocaqlarında rüşvət, özbaşınalıq və sair, artıq demək olar ki, çox valideynləri az qala övladlarını təhsildən uzaqlaşdırma həddinə çatdırıb. İndi bəzi valideynlər əsrlər öncə olduğu kimi məktəblərdən qorxmağa, ehtiyat etməyə başlayıb. Bu hal hər dövrün şairi rəhmətlik Mirzə Ələkbər Sabirin şeirini xatırladır.
"Satmaram öz əqlimi siz kimi laməzhəbə, Razıyam оğlum gеdə qəbrə, – nə ki məktəbə! Məktəb adın çəkməyin, – məl’əbədir, məl’əbə!.. Əlhəzər, оndan həzər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Bəsdir о bildikləri, kaş оnu da bilməsə! Canıma оlsun fəda bir də üzü gülməsə! Ta ki, о zеhnindəki fikrləri silməsə, Sanma оla bəxtəvər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!"
Bu gün müasir Azərbaycan təhsilinə nəzər saldıqda, dahi şairin məhz bu satirik şeiri yada düşürsə, vay gələcəyimizin halına...
Azərbaycan təhsili inkişaf etmək yerinə, hər gün sürətlə geri gedir. Buna səbəb isə sözügedən sahədə rəhbər vəzifələrə malik olduğu elmə görə deyil, şəxsi maraqlar naminə təyinatların olmasıdır. Belə düşünməyə isə dəfələrlə vurğuladığımız, direktorluq müsabiqələrində yüksək nəticələr toplamış müəllimlərin hələ də məqsədlərinə çata bilməməsi, eyni zamanda müsabiqələrdə iştirak etmədən, direktor vəzifəsinə yiyələnən direktor əvəzi şəxslərin bu gün yüzlərlə şagirdin təhsil aldığı təhsil müəssisələrinə rəhbərlik etmələridir.
Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayar, əvvəllər bütün imtahanlar test deyil, "bilet çəkmə" üsulu ilə aparılır, seçimə görə iki cür - yazılı, yaxud şifahi formada imtahan verilirdi. Özü də yalnız orta məktəbdə öyrəndikləri ilə. Lakin, təhsil müasirləşdikcə, yeni üsullar - valideynlərin "repetitr" adlandırdıqları, müəllimlər meydana çıxdı.
Qeyd: Ana dilimizə "dağ çəkən" ifadələrdən daha biri olan bu söz, valideynlərin "repetitr" dediyi, əslində isə "repeating" sözüdür. İngilis dilindən tərcümədə, "təkrar edən" deməkdir. Yəni, orta məktəbdə öyrəndiklərini təkrar edən.
Sözügedən "repetitr"lar meydana çıxdıqdan sonra, orta məktəblərdə təhsilin səviyyəsi daha da aşağı düşdü. Şagirdlər dərsdən sonra, orta məktəbdə onlara dərs verən eyni müəllimlərin yanına hazırlığa gedirlər. Maraqlıdır, əgər həmin müəllimlər normal təhsil verə bilirlərsə, əlavə hazırlıq nəyə lazım? Yox əgər orta məktəblərdə normal təhsil öyrədilmirsə, həmin müəllimlərdən əlavə dərs almaq nə işə yarayır?
Demək ki, təhsil övladlarımızı məqsədli şəkildə, maddi maraqlar naminə cahilliyə sürükləyir. Zatən, "məktəbdə normal dərs keçilmir" - deyən valideyinin, övladını həmin məktəbin müəlliminin yanına hazırlığa göndərməsinin özü də cahillik əlamətlərindən biridir. Təəccübləndirici tərəfi isə odur ki, bütün bunlara məktəb direktorları özü şərait yaradır və eyni zamanda Təhsil Nazirliyi də lap əvvəldən məsələdən xəbərdardır. Lakin, bunun üçün - məktəblərdə təhsilə "qəsd"in qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, bəzi beynini işə salaraq deyil, əlini cibinə salaraq, diplom əldə edən müəllimlərin məktəblərdə hələ də çalışmasına deyil, məhz nazirliyin özünün tətbiq etdiyi qaydalara uyğun olaraq, müsabiqələrdə yüksək nəticələr toplayanlara süni əngəllər yaradılır və gözlətməkdə davam etdirilir.
Çox da uzaq olmayan keçmişimizdə Binəqədi rayon Sulutəpə qəsəbəsində, 217 saylı tam orta məktəbin keçmiş 72 yaşlı direktoru (Alı Qocayevin həyat yoldaşı) Bənövşə Cəfərovanın yaşına, kim olduğuna və direktor kimi son çıxışına nəzər saldıqda, direktor olmaq üçün tələb olunan "vacibatlar"ın nələrdən ibarət olduğu aydın görünür. Doğrudur, Bənövşə xanımın məktəb tədbirində ucadan səsləndirdiyi paposlu çıxışı, ictimai qınağa səbəb oldu. Yəni, el dili ilə desək, "əl-ətəyini yığıb-yığışdıra bilmədilər". Nəticədə isə xanımın direktorluq fəaliyyətinə son verildi.
Yeri gəlmişkən, Bənövşə xanım da Gəncə müəllimlər institutunu bitirib. Bir İcra Hakimiyyətində önəmli vəzifə daşıyan şəxslərdən biri Gəncə müəllimlər institutu haqqında belə bir ifadə işlətmişdir ki, "Gəncə müəllimlər institutunda, kim pul verirsə, elə ordaca dizlərinin üstündə bir diplom yazıb verirlər". Məhz buna görə, Gəncə müəllimlər institutunun fəaliyyətinə 2013-cü ildə son verildi. Lakin, təəssüflər olsun ki, sözügedən ali təhsil müəssisəsinin diplom satdığı çox şəxslər var ki, hələ də təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərirlər. Bir də nə yazıq ki, eyni qayda ilə diplom əldə etmək, başqa təhsil müəssisələrində hələ də mümkündür. Bu cür saxta yolla müəllim adını qazanan müəllimlərin bir neçəsini də pandemiya dövründə, "online" (distant) dərslər zamanı görmüş olduq. Maraqlıdır ki, yayılmış videogörüntülərini izləyib, güldüyümüz həmin müəllimlər, hələ də gələcəyimiz üçün zərərli olan fəaliyyətlərini davam etdirirlər.
"İndi bütün iş dolanıb lağlağa, Dərs oxudur hər başı fəsli çağa, Etdiyi tədrisi ilan, qurbağa, Dərs deyil, hərzəvü hədyandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Mən dəyişib şiveyi-əcdadımı, Böylə oda salmaram övladımı! Eyləmərəm dinsiz öz əhfadımı! At çölə getsin, nə dəbistandı bu?! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! Elm adına bir quru böhtandı bu! Mirzə Ələkbər Sabir"
Görəsən, o adi "vurma-bölmə"də çətinlik çəkən riyaziyyat müəllimi, ingilis dilini kitabdan olduğu kimi oxuyub, Azərbaycan ləhçəsində şagirdlərə sırıyan qocaman ingilis dili müəllimi (və s...) müəyyən zamanlarda müəllimlər üçün keçirilən imtahanlarda yüksək demirik, normal nəticələr toplayıbmı?! Sizi bilmirik, bizim üçün şübhəlidir. Daha doğrusu, ümumiyyətlə inandırıcı deyil.
Mövzuya qayıdacağıq.
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
|