Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi... - “İllərdir “Uzunoba” restoranını yoxlamırlar?”
Tarix: 22-03-2022, 11:48 | Çap et
YAP-ın Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli maraqlı status paylaşıb. Ovqat.com-un məlumatına görə, Elman müəllim facebook statusunda ailəsi ilə birlikdə Uzunoba su anbarının qoynunda fəaliyət göstərən eyni adlı restorana getdiyini və obyektin antisanitar vəziyyətindən ürəyi bulanıb yemək yemədən oranı tərk etmək məcburiyyətində qaldığını ürək yanğısı ilə bildirmişdi.
Soruşa bilərsiniz: Burda nə var? YAP sədrinin bu statusunu niyə bu qədər dəyərə mindiririk? Statusu dəyərli edən bir neçə səbəbi var: Əvvəla, Elman Cəfərli elə-belə adam deyil. O, Naxçıvan şəhər YAP-nın sədri olmaqla yanaşı, həm də Muxtar Respublika Ali Məclisinin “daimi deputatı”dır. Naxçıvan “xanı” ona Muxtar Respublika əhalisi adından 4 dəfə mandat verib, türklər demişkən, millət vəkili “yapıb”. Sözsüz ki, bir “deputat”ın sözünün çəkisi adi insanların dedi-qodularından daha dəyərlidir. Elman Cəfərli həm də alimdir. 2000-ci ildən Naxçıvan Dövlət Universitetində işləyir. Bu 22 il ərzində alnının təriylə suvardığı elm bağçası ona dosentlik statusu qazandırıb. İndiyədək 4 kitab, 60-dan çox elmi məqalə qələmə alıb. Tarix elmləri üzrə fəlsəfə doktorudur. Hazırda NDU-nun “hüquq fənləri” kofedrasının dosentidir. Başqa sözlə desək, yazmaq sahəsində xüsusi təcrübəyə malik olan Elman müəllim qələmindən çıxan hər kəlmənin ağırlığını bilən, 100 fikirləşib, 1 deməyi bacaran adamdır və bir söz xiridarı kimi o, xırda quşlara daş atmaz. Yəqin razılaşarsınız ki, peyğəmbərimizin “alim öldü – aləm öldü” deyərək öydüyü bu cür insanların sözləri yabana atılmamalıdır, biz sadə insanlar tərəfindən paylaşılmalıdır ki, hər kəs qızıldan qiymətli fikirlərdən yararlansın.
Ən əsası isə Elman Cəfərlinin ilişdiyi obyekt də sıradan bir yeməkxana, hansısa məktəbin bufeti deyil. Söhbət Naxçıvan “xanı” Vasif Talıbovun şəxsi mülkiyyətindən gedir. Təbii ki, alim və Ali Məclisin “daimi deputatı” olan Elman Cəfərli ilk baxışdan bu statusu ilə “Uzunoba” restoranının gerçək sahibinə ilişmək niyyəti güdməyib. Onun tənqid oxu restoranı işlədən kollektivə yönəlib. Bununla belə, “Uzunoba” restoranın işlətməçiləri məhz arxalarında dağ kimi dayanıb yarpaq kimi əsən Vasif Talıbov həzrətlərinə güvəndiklərindən obyektin antisanitar vəziyyəti ilə maraqlanmır, 6 nəfərlik ailəyə 4 stul ayarlayır, müştəriləri ilə etik normalara sığmayacaq şəkildə rəftar edir, heç kimdən, hətta Naxçıvan MR Ali Məclisinin “daimi deputat”ından belə çəkinmir. Təsəvvür edin; hörmətli deputat “Uzunoba” restoranının işlətməçilərindən o qədər çəkinir ki, hətta yemədiyi xörəklərin pulunu ödəyib oranı tərk edir. Müəllif öz statusundakı “Adicə qab-qacağı yudurtmağı belə özünə rəva bilməyən Uzunoba restoranı, güman edirəm ki, müvafiq dövlət qurumları tərəfindən çoxdandır yoxlanılmır” sözləri ilə bu obyektin “fövqəlbəşər” qüvvələr tərəfindən himayə edildiyinə eyham vurur. Bu baxımdan sözügedən Facebook statusunu Naxçıvan ziyalılarının “xan” üsul-idarəsinin özbaşınalıqlarına qarşı üsyanı kimi də dəyərləndirə bilərik.
Sözü daha çox uzatmadan barəsində danışdığımız bu cəsarətli statusu olduğu kimi nəzərinizə çatdırırıq: “Dostluğumda olan hamı bilir ki, mən heç vaxt bu tip status paylaşmamışam. Amma bu gün qarşılaşdığım mənzərə tam fiasko idi deyə, məsələyə münasibət bildirmədən keçməyəcəm. Bu gün həm bayramdır, həm də ailəmiz üçün özəl bir gündür deyə, qərara aldıq ki, şəhərdən kənarda bir yerdə ailəvi yemək yeyək. Hava soyuq olduğundan, düşündüm ki, çox da uzağa deyil, Uzunoba gölünün kənarındakı yeməkxanaya getsək yaxşı olar. Bir neçə saat əvvəl sifariş verdik və getdik. Getdiyimizdə ilk andan biabırçı bir mənzərə ilə qarşılaşdıq. Sifariş etdiyimdə 6 nəfərlik dediyim otağı 4 nəfər üçün hazırlamışdılar. Ailəvi gəldiyimizi və bir neçə saat əvvəl sifariş verdiyimi nəzərə almadan çöldəki temperaturun eyni olan bir otağa dəvət olunduq. Stolun üzərindəki servis qab-qacağı bərbad vəziyyətdə, çəngəllər qapqara, içləri yemək qırıntısı dolu.
Otağın soyuqluğundan şikayət etsəm də, yalnız oranı tərk etdikdə, ortalıqda gəzənlər anladılar ki, ciddi şəkildə narazıyıq və getmək istəyirik, başladılar elektrik plitəsi və başqa bir otaq təklif etməyə. Halbuki 10 dəqiqə əvvəl başqa bir otaq istədikdə, bütün otaqların dolu olduğunu söyləmişdilər. Qarsonların donuq və etikasız davranışını xüsusi qeyd etməyə ehtiyac yoxdur, çünki o çirkin ortamda başqa cür olmazdı yəqin ki. Bir sözlə, Uzunoba restoranından iyrənib çıxdım. Yenə öz etik səviyyəmi qoruyub, sifariş etdiyim yeməkdən imtina etmədim, pulunu ödəyib, paketlədib götürdüm. Amma mənə aydın oldu ki, harınlıq insanları başqalarına münasibətdə hansı simasızlığa qədər sürükləyir. Adicə qab-qacağı yudurtmağı belə özünə rəva bilməyən Uzunoba restoranı, güman edirəm ki, müvafiq dövlət qurumları tərəfindən çoxdandır yoxlanılmır. Ona görə də, onun sahiblərinə pul qazandırmaq və müqabilində istirahət etmək istəyən vətəndaş bu gün mənim qarşılaşdığım iyrənc və ürək bulandıran mənzərə ilə qarşılaşmış olur. Sonunda isə qazandığı korlanmış əhval və məhv olmuş plan olur. Onlarda isə adi bir utanc hissi də olmur, çünki irad bildirdikdə adi bir üzr istəmək mədəniyyəti də yoxdur”. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
|