"DOST Agentliyindən deyirlər ki, get, işini işlə, amma..." - GİLEY
Tarix: 3-04-2023, 10:19 | Çap et
Mingəçevir sakini Elçin Qarayev iş yerində təzyiqə məruz qaldığını, son aylarda maaşının kəsildiyini, hətta işsiz qalmaq təhlükəsiylə üzləşdiyini deyir. Kirayə qaldığını, himayəsində xəstə və yaşlı valideynlərinin olduğunu deyən Elçin Qarayevin sözlərinə görə, mart ayında maaşı o qədər kəsilib ki, ona cəmi 95 manat pul verilib:
“95 manatla mən kirayə pulu verim, kommunal xərcləri ödəyim, nəqliyyat xərclərimi qarşılayım?! Bəs mən nə yeyim, nə içim? Hələ başqa xərclərimdən, ailə üzvlərimdən danışmıram. Bu qədər insafsızlıq olmaz axı. Aydın məsələdir ki, bütün bunlar məni bezdirib uzaqlaşdırmaq üçündür. Kadrlar şöbəsinin müdiri, briqadir deyir ki, get, hara istəyirsən, şikayət elə. Bunlar kimə güvənir ki, vətəndaşla belə danışır?”.
“Haqqımda şər-böhtanlar yazmağa başladılar”
41 yaşlı Elçin Qarayev xeyli vaxtdır ki, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi vasitəsilə Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə işə düzəlib, orada bağban kimi işləyir. Aylıq maaşı 326 manat olub.
Son aylarda onunla idarənin kardlar şöbəsinin rəisi və briqadir arasında problemlər yaranıb. Elçin Qarayev iddia edir ki, bu problem onun başqa bir məsələ ilə əlaqədar prokurorluğa məktubundan qaynaqlanır:
“İşləmək üçün mənə üç sahə ayrılıb. Sahədə açıq tok xətləri gördüm. Bu, təhlükəlidir. Bu haqda əvvəl briqada rəhbərinə məlumat verdim. Tədbir görülmədi. Sonra idarə rəhbərliyinə məlumat verdim. Yenə tədbir görülmədi. Ona görə də təhlükəsizliyi nəzərə alıb, prokurorluğa məlumat verdim. Bundan sonra briqadir Vahid Kərimov, kadrların müdiri mənimlə düşmən oldu. Mənim haqqımda ardıcıl şər-böhtan xarakterli ərizələr yazmağa başladılar. Təsəvvür edin, briqadir idarə rəisinə məktub yazır ki, onu işdən çıxarın, yaxşı işçi deyil”.
“Qalmışam iki yol ayrıcında…”
Elçin Qarayev əlavə edib ki, rəsmi qaydada işdən çıxarılmayıb, amma digər tərəfdən də işə buraxılmır: “DOST Agentliyindən deyirlər ki, get, işini işlə. Amma Mingəçevirdə də deyirlər ki, Bakıdan arayış gətir ki, işdən çıxarılmamısan. Qalmışam iki yol ayrıcında…”.
Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən isə Meydan TV-yə bildirilib ki, Elçin Qarayevin işə yanaşmasında, davamiyyətində ciddi problemlər var. Onun maaşının kəsilməsi də bir çox hallarda işdə olmaması, üzərinə düşən vəzifələri yerinə yetirməməsiylə bağlı olub. İdarədən vurğulanıb ki, onun işi buraxması üçün göstərdiyi səbəblər də əsaslı olmayıb, öhdəliklərinə məsuliyyətsiz yanaşıb.
Elçin Qarayev bu ittihamlarla razılaşmır, işdən çıxarılması üçün şərləndiyini deyir.
Meydan TV
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
|