Heydər Əliyevin vətəndaşa hədiyyə etdiyi torpağa BELƏ ƏL QOYDULAR... - ÖZBAŞINALIQ!
Tarix: 22-11-2023, 10:24 | Çap et
Müstəqilliyimizin ilk illərində yeni yaranmaqda olan Ordumuzun təzhizatında önəmli rol oynadığını iddia edən Vəliyev Alış Vəli oğluna bu xidmətlərindən ötrü mərhum Heydər Əliyev tərəfindən 600 kv.metr torpaq sahəsi bağışlanır. Amma özünü “vətənsiz şəxs” sayan Alış kişi bu torpaq sahəsinə sahiblənə bilmir. Səbəb? Çox sadədir: Heydər Əliyevin bağışladığı bu əraziyə Dövlət Əmlak Komitəsi göz dikir və onu bir başqasına satır.
Vəliyev Alışın bundan sonra öz haqqı uğrunda mübarizəsi başlayır. Mülki iddia ilə məhkəməyə müraciət edən şikayətçinin iddiaları hətta Ali Məhkəmə tərəfindən də haqlı hesab olunur. Di gəl ki, Ali Məhkəmənin çıxardığı qərar yenə Dövlət Əmlak Komitəsi tərəfindən ləğv olunur(?). Alış kişinin dediklərinə görə, Dövlət Əmlak Komitəsinin bu qərarından sonra onda bu fikirlər formalaşır: “Əmlak Komitəsi bu Dövlətə tabe deyil və nə Prezdent Aparatının, nə Baş nazirin, nə Ədliyyə Nazirliyinin, nə də Ali Məhkəmənin bu orqana gücü çatır”.
Özünün təbirilə desək, “vətənsiz vətəndaş”ın Ovqat.com-a göndərdiyi şikayət məktubunu olduğu kimi təqdim edirik:
“Hüququ olmayan vətəndaşın vətəni də olmur!
Hörmətli Heydər bəy!
Sizə ünvanladığım bu şikayətimi öz saytınızda dərc etsəniz belə, buna heç kimin heç bir əhəmiyyət verməyəcəyinə əminəm. Çünki şikayət etdiyim Əmlak Komitəsinin bu dövlətə tabe olmadığını, məhkəmə hakimiyyətini inkar etdiyini və bütün bunlara görə bu orqana heç kimin gücü çatmadığını bilirəm.
Lakin bilirəm ki bu orqan mənim kimi minlərlə insanın mülklərini əlindən almağı bir yana, onları ələ salıb gülməyi özü üçün bir əyləncəyə çevirib. Ona görə də Ali Məhkəmə qərarını ləğv edib. Özü qərar verə biləcək qədər güclü olan bu orqan bilsin ki, bizləri susmağa, Avropa Məhkəmələrinə üz tutmağa qoymayan tək bir amil var: Azərbaycan dövlətçiliyi və onun beynəlxalq imici!
Xülasə....
1994-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin Xalqa müraciəti oldu. O müraciətində hər kəsi ölkənin güclənməsi üçün bacardığı fəaliyyəti göstərməyə çagırdı. 1994-cü ildən 1999-cu ilə qədər həyatımı təhlükəyə ataraq Silahlı Qüvvələrin mökəmlənməsi üçün fəaliyyət göstərdim.
Fəaliyyətim Dövlət rəhbərliyi tərəfindən mükafatlandırıldı. Nizami rayon İcra Hakimiyyətinin sərəncamı ilə mənə Nizami rayonunda ev tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrıldı.
Həmin torpaq sahəsinə aid mülkiyyət hüququmu təsdiq edən Şəhadətnamə imzamın saxtalaşdırılması yolu ilə başqa ərazidə tikilmiş villaya Çıxarış vermək məqsədi ilə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən satıldı (ev sahibinin məhkəməyə verdiyi izahla 3 otaqlı mənzilin qiymətinə).
Məhkəmə bu halları araşdıraraq subuta yetirdi və mənə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququmu bərpa etdi.
Ali Məhkəmə Qərarı ilə qanuni qüvvəyə minmiş Nizami rayon Məhkəməsinin Qətnaməsi üzərində 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayev manipulyasiyalar etməyə başladı.
Mənə guya, Çıxarış təqdim edilib, lakin həmin Çıxarışın hansı torpaq sahəsinə aid oldugunu müəyyən edən sənəd-torpaq sahəsinin plan ölçüsü mənə verilməyib.
İcra məmurunun həmin sənədi təqdim etmək tələbindən imtina edildi.
1 saylı Bakı Ərazi İdarəsi Məhkəmənin Qətnaməsinin məzmununu, guya, tam anlamadığına görə Qətnaməyə mənim müraciətimlə izah verildi, Məhkəmə Qərardadı 1 saylı Bakı Ərazi İdarəsinə göndərildi.
Bir müddət sonra mənim torpağımın hasarını qonşum söküb dagıtdı.
Polisə verdiyi izahda bildirdi ki, o torpaq sahəsini1 saylı Bakı Ərazi İdarəsinin məmuru Məmmədov Asif Mais oglu ona söz vermiş və hərrac yolu ilə onun adına rəsmiləşdiriləcək. Həmin hasarı sökməyi də ona Asif göstəriş vermiş və bildirmişdir ki, həmin torpaq sahəsi onundur.
Bundan sonra məlum oldu ki, mənə verilmiş Çıxarış mülkiyyət hüququmun istifadə edildiyi, saxta yolla Çıxarış verdikləri elə həmin fərdi evin altındakı torpaq sahəsinə aiddir. Yəni Ali Məhkəmə qərarının icrası da həmin idarə tərəfindən saxtalaşdırıldı.
Bundan sonra 1 saylı Bakı Ərazi İdarəsi , onu himayə edən Əmlak Komitəsi açıq şəkildə Məhkəmə Qərarını ləğv etdiyini etiraf edərək, mənə verilmiş Çıxarışın Məhkəmə Qərarında hüququm bərpa edilmiş torpaq sahəsinə deyil, imzam saxtalaşdırılaraq Şəhadətnaməmi satdıqları fərdi evin altındakı torpağa aid oldugunu rəsmi məktubla təsdiqlədi.
Hal-hazırda 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin indi də torpağımı öz adına rəsmiləşdirəcəyini sövdələşdiyi şəxs haqqında Nizami rayon Polis İdarəsində cinayət işi üzrə iş aparılır.
Məhkəmə Qərarını icra etmədiyinə görə Nizami rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin Qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz İlman oglu Babayev İnzibati Xətalar Məcəlləsinin 528.1 –dövlət idarəçiliyinin əlehinə fəaliyyətə görə maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olundu.
Lakin Əmlak Komitəsinin sədr müavinləri Prezidentə etdiyim şikayətlərimə verdikləri cavab məktublarında Məhkəmə Qərarının icra edildiyini bildirirlər (Dövlət idarəçiliyi əlehinə fəaliyyət göstərməsi Məhkəmə Qərarı ilə subuta yetirilmiş Ramiz Babayevin həmin vəzifədə nəyə görə saxlandığını yəqin ki onu həmin vəzifədə saxlayanlar bilir).
Bununla da Ədliyyə Nazirliyi öz işini bitmiş hesab etdi.
Mənə məxsus torpaq sahəsinin qapısında Ali Məhkəmə Qərarı çıxana qədər mənim qıfılım asılmışdı. Ali Məhkəmə Qərarı Əmlak Komitəsi tərəfindən ləğv edildikdən sonra, həmin qapıda mənim torpağımı öz qərarları ilə sövdələşdikləri qonşunun kıfılı asılıb.
Bir misal var: “hər qoyundan bir dəri”. Lakin mənim dərim iki dəfə soyulub. Bir dəfə hüququm, ikinci dəfə isə mülküm əlimdən alınıb, satılıb.
Azərbaycan dövlətinin vəzifələri ilə dövlətin özünə və xalqa qarşı (özümə vətəndaş deməyə dilim gəlmir) silahlanmış məmurlar bu dövləti çökdürməyin yolunu gözəl bilirlər: xalqın dövlətinə olan inamını qırmaq, Qanunun Aliliyinin və hüquq anlayışının olmadığını xalqa subut etmək. Mən dövlətim üçün etdiklərimə peşman deyiləm. Amma heç vaxt ağlıma gətirə bilməzdim ki, Dövlətin qurucusu tərəfindən mənə verilmiş mülkü həmin dövlətin məmurları əlimdən bir dəfə deyil, iki dəfə alıb sata bilərlər və Dövlətin onlara gücü çatmaz.
Bu neçə ildə Əmlak Komitəsində gördüyüm odur ki, bu orqan bu Dövlətə tabe deyil və nə Prezdent Aparatının, nə Baş nazirin nə Ədliyyə Nazirliyinin, nə Ali Məhkəmənin bu orqana gücü çatmır.
İcra olunmayan Məhkəmə qərarının dəyəri həmin qərarın yazıldığı kağız parçası qədərdir. Mən bir şeyə əmin oldum ki, hüququ olmayan vətəndaşın vətəni də olmur. Xəyalında qurdugun vətən üçün bir ömür xərclədikdən sonra özünü vətənsiz hiss etmək sözlə ifadə olunan hal deyildir.
Allah bu xalqın yar və yardımçısı olsun !
Şikayət etdiyim orqanlar:
Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarov; Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Kərəm Həsənov (qəbulunda olmuşam); Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Şahmar Mövsümov (qəbul olunmuşam); Azərbaycan Respublikası Prezidenti köməkçisi cənab Fuad Ələskərov (qəbulunda olmuşam); Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab İnam Kərimov; Azərbaycan respublikası Ombudsmanı; Azərbaycan Respublikası Baş naziri cənab Əli Əsədov; Ədliyyə Nazirliyi icra baş idarəsinin rəisi cənab İlqar Cəfərov (qəbulunda olmuşam); AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İLHAM ƏLİYEV cənabları; AZƏRBAYCAN RESPUBLİKASI BİRİNCİ VİTSE PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA.
Bütün şikayətlərim elə şikayət etdiyim Əmlak Komitəsinə yönləndirilib və həmin orqan məktubdan da göründüyü kimi məni sadəcə ələ salmaqla məşgul olub!
İmza: Hüququ olmayan vətəndaş - Vətənsiz Vəliyev Alış Vəli oğlu
Müəllif: Heydəq Oğuz - Mənbə: Ovqat.com Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
|