Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar – Fəhlələri belə ayağa qaldırırlar
Tarix: 14-12-2023, 10:28 | Çap et
Vasif Talıbovun oğlu Rza Talıbovun şəriki Emin Uçar Naxçıvan Təhsil Nazirliyinə 180 min manatlıq hesab-faktura göndərib. Emin Uçar Naxçıvan şəhərində 2018-ci ildən tikintisinə başlanılan və tamamlanmayan turizim istirahət mərkəzinə görə Naxçıvan Tikinti və Arxitektura Komitəsindən 444 min manat, özəl qızlar yataqxanasına görə eyni Komitədən 150 min manatlıq tələblərlə də çıxış edir.
Baş verənləri yerindəcə araşdırmaq üçün Musavat.com-un əməkdaşı Naxçıvana ezam olunub. Əməkdaşımız öyrənib ki, ümumiyyətlə, Emin Uçar Naxçıvanda bir çox idarə və təşkilatlara qarşı çoxsaylı tələbin müəllifidir. Onun Naxçıvandakı dövlət orqanlarına qarşı irəli sürdüyü tələblərin ümumi dəyəri 2 milyon manatı aşır.
Üstəlik, verilən məlumatlara görə, Emin Uçar 2018-ci ildən bu yana dövlət budcəsi hesabına tikilən, lakin tamamlanmayan obyektlərdə çalışdırdığı usta və fəhlələrin də pulunu ödəməkdən yayınır.
Əməkhaqqını istəyən fəhlələrə isə deyilir ki, yeni Naxçıvan hakimiyyəti Emin Uçarın holdinqinin gördüyü işlərə görə büdcədən vəsait ödəmir deyə, o da öz növbəsində əməkhaqqını ödəmir.
Əslində isə ən müxtəlif tikintilərdə çalışan usta və fəhlələrin pulu ödənməməklə Naxçıvanda ciddi narazılıqlara yol açılır. Beləcə fəhlələr Naxçıvanın yeni hakimiyyətinə qarşı yönləndirilir. Bu addımların kimlərin maraqları çərçivəsində atıldığını isə birmənalı söyləmək çətindir.
Əməkdaşımız Naxçıvan şəhərində yerləşən 14 saylı məktəbdə olub. Öyrənib ki, məktəb 2007-ci ildə istifadəyə verilib. Bu məktəbin tikintisi o zaman Naxçıvan Ali Məclisinin sədri olan Vasif Talıbovun yaxın adamı, həmin vaxtlar baş nazirin 1-ci müavini, Naxçıvan Tikinti və Arxitektura Komitəsinin sədri postunu tutan Asəf Məmmədovun “yüngül əli” ilə Rza Talıbovun 60 faiz paya sahib olduğu “Gəmiqaya” Holdinqə ötürülüb. Məktəbin tikintisi holdinqin 40 faizinə sahib olan Emin Uçarın rəhbərliyi altında gerçəkləşib. Məktəb tendersiz-filansız “Gəmiqaya”ya həvalə olunub. Təhsil ocağı bu şəkildə tikilib və 2007-ci ildə Vasif Talıbovun adamı, o zaman vəzifəli şəxs olan Asəf Məmmədov tərəfindən qəbul edilərək istifadəyə verilib. İllər keçib, məktəb qəzalı vəziyyətə düşüb. Əraziyə yenə də Asəf Məmmədov göndərilib. Belə aydın olur ki, o, bu gün də Vasif Talıbovun orbitindən kənarda deyil. Onun şəriki olmuş Emin Uçarın “Arkoz”unda tikintilərə nəzarət edir.
Elə Naxçıvan şəhərinin ən böyük məktəbində baş verən cinayətə bərabər uyğunsuzluqların aradan qaldırılmasında da Asəf Məmmədov birbaşa iştirak edib.
Məktəbdə baş verə biləcək faciənin qarşısı isə şagirdlərdən birinin valideyninin sayıqlığı nəticəsində alınıb.
Məktəb təhvil götürüləndən 15 il sonra şagirdlərdən biri evdə atasına məktəbin 2 və 3-cü mərtəbələrindəki foye hissələrinin əsməsi-yellənməsi haqda danışıb. Övladının məktəbin əsməsi-yellənməsi haqda sözlərindən dəhşətə gələn valideyn səhər məktəbə gedib, məsələni yerindəcə araşdırıb. Görüb ki, məktəbin foyesində çox ciddi şəkildə əsmə-yellənmə, titrəyiş var. Şagirdlər foyedə toplaşıb bir qədər cəld hərəkətlər etdikdə əsmə-yellənmə, titrəyiş az qala zəlzələ təəssuratı, vahiməsi yaradır.
Bundan sonra valideyn məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Naxçıvan Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Naxçıvan FHN-dən valideynə qısa müddət sonra narahatlığının əsaslı olması barədə məlumat verilib. Bildirilib ki, həqiqətən də Naxçıvan şəhərinin ən böyük - 1404 şagirdlik məktəbində durum fəlakətli dərəcədə təhlükəlidir, foyedəki konstruksiya qüsurları binada çox ciddi şəkildə əsmə-yellənməyə yol açır, təmir-bərpa, konstruksiyanın bərkitmə işlərinə ehtiyac var.
Problem barədə Naxçıvan rəhbərliyinə, məktəbin tikintisini aparan “Gəmiqaya”ya - həmin zaman artıq adını “Arkoz” kimi rebrendinq edən Holdinq rəhbərliyinə çatdırılıb. Tikinti zamanı yol verilən və ümumilikdə məktəbin istismarını məhdudlaşdırılmasına gətirib çıxaran uyğunsuzluqların aradan qaldırılması istənilib. Əks halda cinayətə bərabər hərəkətlər və hərəkətsizliklərlə bağlı prokurorluq orqanlarına müraciət ünvanlacağı bəyan olunub.
“Arkoz” sahibi Emin Uçar qısa müddətdə 14 saylı məktəbin konstruksiya-bərkitmə işlərini gerçəkləşdirmək üçün addımlar atıb. Məktəbin zirzəmisindən başlamaqla 1-2-3-cü mərtəbələrində dəmir konstruksiyalarla bərkitmə işləri aparılıb və məktəbin foyesindəki əsmə-yellənmə aradan qaldırılıb.
Həngamə də bundan sonra başlayıb.
Emin Uçar məktəbdə hələ 2007-ci ildə görməli olduğu işlərə görə Naxçıvan Təhsil Nazirliyinə 15 il sonra, 2023-cü ildə 180 min manatlıq hesab-faktura göndərib. Tələb edib ki, həmin vəsait onun “Arkoz”unun hesabına keçirilməlidir.
Eyni zamanda Emin Uçarın Holdinqi məktəbdə bərkitmə işlərinə cəlb etdiyi usta və fəhlələrin əmək haqqını da ödəməyib. Usta və fəhlələrə bildirilib ki, Təhsil Nazirliyi Holdinqə görülən işlərə görə vəsaiti ödəməyincə, onlar da öz növbələrində onlara gördükləri işlərə görə əmək haqqını ödəməyəcək.
Beləcə bir qrup usta və fəhlənin Naxçıvanın hakimiyyət orqanlarına qarşı narazılığına əsas yaranıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
|