Səfər Əbiyevin pullarını yatırdığı ünvanlardan biri TAPILDI - Keçmiş nazir bahalı istirahət zonasını hansı pulla tikib?
Tarix: 25-08-2015, 10:57 | Çap et
Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlı maraqlı məlumat əldə etmişik. Həmin məlumatda deyilir ki, Qubanın məşhur istirahət zonası olan Qəçrəş ərazisində yerləşən “MəstDərgah” istirahət mərkəzi məhz Əbiyevə məxsusdur.
Xatırladaq ki, Səfər Əbiyev müdafiə naziri postuna 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub. Təxminən 18 il bu postu tutan Əbiyev 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. KİV onun “vurulmasını” ciddi korrupsiya əməlləri ilə izah edir. Əbiyevin yerüstü “cənnət”i Səfər Əbiyevin “MəstDərgah” istirahət zonası 2013-cü ildə tikilib. 14 kotecdən ibarət olan bu istirahət mərkəzi Quba-Xınalıq yolunun 28-ci km.-də, Qrızdəhnə kəndində yerləşir. “MəstDərgah” ərazisi və ətrafı meşəlik, dağlar, şəlalə və çayla əhatə olunur. Kifayət qədər geniş sahəyə və təbii gözəlliklərə malik olan “MəstDərgah”a Əbiyevin xeyli pul xərclədiyi və süni gözəlliklər yaratdığı bildirilir. Ümumiyyətlə, adıçəkilən istirahət zonasının inşasının sabiq müdafiə nazirinə təxminən 10 milyon manata başa gəldiyi vurğulanır. Onu da deyək ki, hələ nazir postundan kənarlaşdırılmamışdan əvvəl Səfər Əbiyevin varidatı ilə bağlı sensasion məlumatlar açıqlanmışdı. Həmin məlumatlarda Əbiyevin Qubada villasının, təxminən 100 hektara yaxın torpaq sahəsinin və restoranının varlığından da bəhzs edilirdi. İstisna deyil ki, bu zaman həm də “Məstdərgah” istirahət zonası da nəzərdə tutulubmuş. Baxmayaraq ki, ora Səfər Əbiyevin “vurulmasından” bir qədər əvvəl ərsəyə gətirilmişdir. “Məstdərgah”ın fantastik qiymətləri Redaksiyamıza daxil olan məlumatda “MəstDərgah”da qiymətlərin kifayət qədər yüksək olmasından da bəhs olunurp. Bildirilir ki, burada bir dəfə gecələmək üçün 300 manata çatan qiymətlər mövcuddur. İstirahət zonasında müştərilərə təklif olunan yeməklərin qiymətlərinin də həddən artıq baha olduğu, elə bu səbəbdən ora gələn qonaqlarda həm təəccüb, həm də narazılıq doğurduğu da verilən məlumatlar arasındadır. Xatırladaq ki, ölkə başçısı İlham Əliyev bu ilin iyulunda Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sahəsi ilə əlaqədar kifayət qədər ciddi iradlar səsləndirib: “İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Hazırda Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq "beş" ulduzlu olmayan otellərin qiymətləri bahadır. Bölgələrdə, rayon yerlərində elə qiymətlər qoyurlar ki, heç adam oraya getmək istəmir. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və "üç" ulduzlu, "iki" ulduzlu otellərin tikintisi”. Prezidentin bu iradlarından sonra ölkədə bəzi otellərin, istirahət mərkəzlərinin qiymətində endirim edildiyi bildirilsə də, bu “MəstDərgah”dan yan keçib. Orada qiymətlər fantastik həddə qalır. Bu isə adıçəkilən istirahət zonasında prezidentin məlum iradlarından nəticə çıxarılmadığını və “MəstDərgah”ın Azərbaycanın yerli turizminin inkişafına töhvə verməyə “ərindiyini” göstərir. Əbiyev bahalı istirahət zonasını hansı pulla tikib? Yuxarıda da qeyd etdiyimiz kimi, adıçəkilən istirahət zonası keçmiş müdafiə nazirinə təxminən 10 milyon manata başa gəlib. Bəs Əbiyev də bu qədər fantastik məbləğdə vəsait hardandır? Bir daha xatırladaq ki, ölkə KİV-i belə hesab edir ki, Səfər Əbiyevin “vurulmasında” müstəsna rolu onun dövründə Müdafiə Nazirliyinin ən korrupsiyalaşmış qurumlardan birinə çevrilməsi oynayıb. Bunu Əbiyevin vəzifədən kənarlaşdırılmasından sonra nazirlikdə aparılan yoxlamalar nəticəsində ortaya fantastik yeyinti faktlarının çıxması, hətta nəticədə bəzi vəzifəli şəxslərin həbs edilməsi də təsdiqləyir. İctimai rəy birmənalı olaraq belə bir qənaətdədir ki, Müdafiə Nazirliyindəki korrupsiya əməlləri birbaşa sabiq nazirin informasiyası daxilində həyata keçirilib. Əks halda Əbiyevin “MəstDərgaph” da daxil olmaqla özünə geniş biznes şəbəkəsi qurması, böyük sərvət toplaması necə mümkün ola bilərdi?!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
• “Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51 |
|
|
|
• `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
• İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34 |
|
|
|
• SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32 |
|
|
|
• Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23 |
|
|
|
• Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21 |
|
|
|
• Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10 |
|
|
|
• Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00 |
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
|