“Səni sevdiyimi sən bil, bəsimdir” .....                     “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır .....                     Maliyyə Nazirliyini təmizləyəcək şirkət .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                 

Göyçaylı ana iki azyaşlı uşağı ilə aclığa başladı - Rayon məhkəməsinin hakimindən özbaşınalıq
Tarix: 17-12-2015, 09:40 | Çap et
Göyçaylı ana iki azyaşlı uşağı ilə aclığa başladı
DİA.AZ: - Redaksiyamıza təkrar müraciət edən Göyçay rayonu Potu kəndində yaşayan Allahverdiyeva Ülviyyə Əli qızı başına gələn müsibətlərdən söz açır. DİA.AZ narazı vətəndaşın müraciətini olduğu kimi təqdim edir:

"Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra bizim ailəni küçələrdə yaşamağa məcbur etmiş Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və keçmiş həyat yoldaşımın qardaşı Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyən Anar Allahverdiyevin hədələrinə məruz qalmışıq.Bu özbaşınalığa etiraz olaraq iki azyaşlı uşağımla birlikdə ölüm aclığı aksiyasına başlayırıq.Əgər biz bu səbəbdən öləriksə bunun məsuliyyəti korrupsiyaya qurşanmış Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin, Şəki Apelllyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin və özünü reket kimi aparan Anar Allahverdiyevin üzərinə düşəcək.Birinci müraciətimdən sonra hakim Fərhad Əfəndiyev mənə smarış göndərib həbsə atdıracağı ilə hədələdi.Keçmiş həyat yoldaşımın qardaşı Anar Allahverdiyev isə gecə saat 04-00 radələrində həmin vaxt gəzməyə getdiyi Amerikadan +13106260077 nömrəli telefonla zəng edib bizi ölümlə hədələdi ki, mətbuata mənim fotoşəklimi vermisiniz sizi öldürtdürüb qanınızı batırdaram.Mən hakim Fərhad Əfəndiyevlə , keçmiş həyat yoldaşımın qardaşı Anar Allahverdiyevdən bütün qnunsuz hərəkətləri gözləyirəm. Artıq onlar küllü miqdarda rüşvət hesabına qanunları tapdayıb bizi qanunsuz olaraq evsiz qoyublarsa bundan cəzasız qalıb bütün növ cinayətlər edə bilərlər".

Daha sonra narazı vətəndaş diaaz.space-a yazır: "Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin qanunsuz fəaliyyətindən rayon sakinləri əziyyət çəkirlər.Məhkəmə binasını kolxoz bazarına döndərib, korrupsiya şəbəkəsi yaratmışdır. Ştatdan kənar bir nəfər işçi təyin edib ki, məhkəmədə işi olanlara qiymət oxusun.Rüşvəti də həmin adamın əli ilə alır.Həmin adam məhkəmə binasına daxil olan işi olan vətandaşlara çəkinmədən yaxınlaşıb onları qiymət danışmağa çağırır. Hakim Fərhad Əfəndiyevin rüşvət hesabına Azərbaycan Respublikası adından çıxardığı qərarlar dövlətimizin adına bir ləkədir.Hakim Fərhad Əfəndiyevin biznes fəaliyyəti ilə də məşğul olduğu barədə konkret faktlar var.Onun bu çirkin korrupsiya əməlləri ciddi araşdırılmalı və barəsində qanunu tədbir görülməlidir. Ümüdüm Allaha, Prezidentə və Mehriban xanım Əliyevayadır. Artıq Şəki Apellyasiya Məhkəməsinin 22.10.2015-ci il tarixli qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşırıq. Qarşı tərəf deyir ki, hara şikayət etsəniz mənası yoxdur Ali Məhkəmə də bizim xeyrimizə qərar çıxaracaq, onlarlada dil tapıb danışacayıq.Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin həttda kassasiya şikayətimizin təmin edilməməsi üçün bütün qanunsuz vasitələrdən istifadə edəcəyi barədə bizə məlumatda verildi. Ancaq bütün bunlara baxmayaraq ümüdümüzü üzməmişik.İnanırıq ki, Prezident cənab İlham Əliyev, Mehriban xanım Əliyeva , Ədliyyə Naziri cənab Fikrət Məmmədov və Ali Məhkəmənin sədri cənab Ramiz Rzyev şəxsən ədalətin bərpa edilməsində bizim ailəyə yaxından köməklik edəcəklər.Saxtakar hakimlər Fərhad Əfəndiyevin, Mahir Əsədlinin və reketliklə məşğul olan Anar Allahverdiyevin qanunları satın almlarına imkan verməyəcəklər.Onların cinayət əməlləri obyektiv araşdırılıb barələrində qanunu tədbirlər görüləcək. Xatırladım ki, Allahverdiyev Müşfiq

Ağayusif oğlu ilə 29 noyabr 2005-ci il tarixdə el adəti ilə toy edib ailə həyatı qurmuşduq.Həmin vaxtdan da Müşfiqin yaşadığı atasına məxsus Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evdə yaşamaqla həmin ünvanda daimi qeydiyyata düşmüşəm.Hər iki övladımız həmin evdə doğulub və orada qeydiyatdadırlar.Müşfiq ailəyə baxmadığı və başqa qadınla yaşadığı üçün aramızda narazılıq yarandığına görə Müşfiq boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi.Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyev heç bir müddət təyin etmədən ilk məhkəmə iclasında nigahımızın xitam edilməsinə dair 22 may 2015-ci il tarixdə qətnamə çıxartdı.Bundan sonra mən iki azyaşlı uşaqlarımla hazırdada qeydiyatda olduğum Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evə köçürülməyimiz üçün təqdim etdiyim iddiamın da təmin edilməməsinə dair 31 iyul 2015-ci il tarixdə qətnamə çıxartdı.Hakim Fərhad Əfəndiyev aldığı rüşvətin çoxluğuna görə əldən ayaqdan gedib iddiamın baxılmasını müxtəlif bəhanələrlə uzadıb qarşı tərəfə şərait yaratdı ki, həmin evi keçmiş qaynatamın adına sənədləşdirsinlər ki, orada bizə yaşayış verilməsin.Bu konkret faktdır ki, reyster çıxarışının tarixi bunu tam subut edir.Saxtakarlıqda peşəkar olan hakim Fərhad Əfəndiyev hətda pula görə vətənini də satar.Belə saxtakarın hakim vəzifəsində qalması çox təhlükəlidir".

Bunlarla yanaşı narazı Göyçay sakini diaaz.space-a müraciətində əlavə edir: "Göyçay rayon Məhkəməsinin 31.07.2015-ci il tarixli qətnaməsindən verdiyimiz apellyasiya şikayətinin təmin eilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli 22 oktyabr 2015-ci il tarixdə qətnamə çıxartdı.Hər iki saxtakar hakimlər öz qanunsuz qətnamələrini 2009-cu il tarixdə qəbul edilmiş qanunla əsaslandırıblar.Ancaq nəzərə almayıblar ki, bu qanun 2009-cu il tarixdə qəbul edilmiş qanundan sonra ailə həyatı qurmuş şəxslərə aid edilməlidir.Biz isə bu qanundan əvvəl 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşuq.Bildirirəm ki, birgə nigah dövründə həyat yoldaşım Müşfiq 100.000 manatdan çox dəyəri olan avtomobil almış boşanmaq ərəfəsində həmin avtomobili öz adından çıxararaq atasının adına sənədləşdirmişdir ki, bunu təsdiq edən sənədlər var.Bunuda ona görə etmişdir ki, bahalı avtomobilin dəyərinin yarısı bizə düşməsin.İndi hazırda atamın evində çox acınacaqlı darısqal şəraitdə iki azyaşlı uşağımla əziyyət çəkərək yaşayırıq.Qeyd edim ki, keçmiş həyat yoldaşım Müşfiqin qardaşı Anar Allahverdiyev Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazsında vəzifədə işləyir.Korrupsiyaya qurşanmış Anar Allahverdiyevin aylıq əmək haqqısı 300 manat olduğu halda onun 500.000 manat qiyməti olan "Bentley" markalı avtomobili alması, İsmayıllı rayonunun Talış kəndində çox dəyərli möhtəşəm villa inşa etdirməsi , Bakı şəhərində möhtəşəm villa alması , qardaşına 100.000 manatdan çox dəyəri olan avtomobil alması ciddi araşdırılmalıdır.300 manat əmək haqqı ilə milyonlarla dəyəri olan əmlakları əldə etmək qeyri mümkündür. Həmin əmlakları Anar Allahverdiyev başqalarının adına sənədləşdirmişdir.

Göyçaylı ana iki azyaşlı uşağı ilə aclığa başladı

Mən təkrar olaraq mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya , Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə müraciət edib xahiş edirəm rüşvət alıb azyaşlı uşaqlarımı evsiz qoymuş , çöllərə salmış Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin barəsində qnunu tədbirlər görəsiniz.Belə korrupsiyaya qurşanmış rüşvətxor , saxtakar, haqsız hakimlərin Aərbaycan Respublikası adından qərar çıxarması ölkəmizin adına ləkədir.Xahiş edirəm bizə kömək edin haqq-ədalət yerini alsın. Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyən əməkdaşı Anar Allahverdiyevin korrupsiya əməlləri ciddi araşdırılsın, başqa şəxslərin adına sənədləşdirdiyi milyonlarla dəyəri olan əmlakların hansı yolla aldığı yoxlanılıb barəsində qanunu tədbirlər görülsün.Əgər aclıq aksiyası nəticəsində bizə bir şey olarsa bunun məsuliyyəti korrupsiyaya qurşanmış hakimlər Fərhad Əfəndiyevin, Mahir Əsədlinin və özünü reket kimi aparan Anar Allahverdiyevin üzərinə düşəcək".

Bütün bu iddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru