KƏRƏM HƏSƏNOVUN YENİ PLANI
Tarix: 15-02-2012, 13:44 | Çap et
KOMİTƏ SƏDRİ DAHA BİR NAZİRİ “TARİXİN ARXİVİNƏ” YOLLAMAQ NİYYƏTİNDƏDİR
DİA.AZ: - Bir zamanlar xəyanətdə ittiham olunan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Fərhad Əliyevin dövründə mövcud olan İqtisadi İnkişaf Nazirliyinin statusunu bərpa etməyə çalışır. Komitə sədri özünün super nazir olmaq iddiasını ortaya qoyub. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Xatırladaq ki, Kərəm Həsənov hakim elitaya məhz Fərhad Əliyevin təqdimatı ilə daxil olub və uzun müddət onun adamı kimi tanınıb. Sonradan, 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı isə Kərəm Həsənov nəinki Fərhad Əliyevlə bağlarını qırdı, hətta ona qarşı qurulan planın da fəal iştirakçılarından biri kimi diqqətə gəldi.
İndi isə Kərəm Həsənovun yeni plan üzərində işləməsi və bu dəfə də indiki iqtisad inkişaf naziri Şahin Mustafayevə qarşı planlar qurması barədə məlumatlar yayılıb. Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyi 2001-ci ildə bir necə dövlət qurumunun birləşməsindən yaranıb. 2001-ci ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilib. Bu qurumların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılıb. İqtisadi inkişaf naziri postuna da o vaxt hakimiyyətin böyük etimad göstərdiyi Fərhad Əliyev təyin edilmişdi. Müşahidəçilərin dəyərləndirməsinə görə, F.Əliyevin başçılıq etdiyi nazirlik faktiki olaraq “hökumət içində hökumət” statusunu daşıyırdı.
F.Əliyevin super nazirliyinin ömrü cəmi 4 il oldu - 2005-ci ilin sentyabrında nazirlik parçalandı. Nazirliyin dövlət əmlakının özəlləşdirilməsi və idarəedilməsi funksiyası yeni yaradılan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə verildi (sonradan qurumun adı dəyişdirilərək Əmlak Məsələləri Dövlət Komitəsi adlandı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti də komitənin tabeliyinə verildi) və K.Həsənov komitənin sədri təyin edildi.
İndi K.Həsənov hesab edir ki, artıq özünü sədaqətli kadr kimi təsdiq etdiyindən hazırda rəhbərlik etdiyi qurum İqtisadi İnkişaf Nazirliyi ilə birləşdirilməli və təbii ki, nazir də özü olmalıdır. Bununla bağlı hakimiyyətin üst qatından dəstək almağa çalışır. K.Həsənovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov üzərindəki qələbəsi də onda özünəinam yaradıb.
Yada salaq ki, Arif Qaraşov 20 ilə yaxın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəhbərlik edib. Ən müxtəlif hakimiyyət dönəmlərində öz postunu qorumağı bacarmış A.Qaraşov “odda yanmaz, suda batmaz” adam təsiri bağışlayırdı. Özü də A.Qaraşov o qədər iddialı idi ki, özəlləşdirməni də öz əlinə keçirmək istəyirdi. Başqa sözlə desək, A.Qaraşov K.Həsənovu bitirmək istəyirdi, ancaq nəticə tam əksinə oldu - K.Həsənov A.Qaraşovu bitirdi və səlahiyyətlərini də ələ keçirdi. Bu səbəbdən də K.Həsənov indi belə hesab edir ki, “odda yanmaz, suda batmaz” A.Qaraşova qailib gələ bilibsə, dişsiz iqtisadi inkişaf naziri Şahin Mustafayevi niyə yenə bilməsin?
Qaynaq bildirir ki, bu məsələdə hakimiyyətdaxili savaş da əhəmiyyətli rol oynayır. K.Həsənov ölkənin ikinci ailəsinə yaxınlığı ilə seçilir. İqtisadi inkişaf naziri Şahin Mustafayev isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı sayılır. K.Həsənov bu amildən faydalanaraq İqtisadi İnkişaf Nazirliyini də ələ keçirmək, bir sözlə, super nazir olmaq iddiasındadır.
Ş.Mustafayev Vergilər Nazirliyində İqtisadi təhlil və vergi uçotu idarəsinin rəisi, Dövlət Neft Şirkətində maliyyə idarəsinin rəisi və vitse-prezident vəzifələrində işləyib. 2007-ci ildə vergilər nazirinin birinci müavini, 2008-ci ilin sonunda - prezident seçkisindən dərhal sonra isə iqtisadi inkişaf naziri təyin edilib.
K.Həsənov hakimiyyətin üst qatını inandırmağa çalışır ki, özəlləşdirmə də daxil olmaqla, iqtisadi inkişaf naziri kimi daha yaxşı işləyə və daha çox “fayda” verə bilər. Bu həm də artıq iddialarını leqallaşdıran K.Heydərovun zərərsizləşdirilməsi istiqamətində ciddi bir addım olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|