MÜHARİBƏYƏ HAZIRLAŞAN KİMDİR: AZƏRBAYCANMI?
Tarix: 15-02-2012, 15:23 | Çap et
ERMƏNİSTANIN MÜHARİBƏ TƏDARÜKÜ İLƏ BAĞLI ŞOK FAKTLAR
Ermənistanda və Azərbaycanda KİV-in monitorinqi və son ayların tendensiyaları həyəcanlı mənzərə yaradan ciddi proseslərdən xəbər verir.
Belə ki, Ermənistan tərəfi (rəsmi səviyyədə, ekspert və mətbuatın dili ilə) tez-tez bəyan edir ki, Azərbaycan sadəcə müharibəyə hazırlaşmır, bu ilin yazında hərbi əməliyyatlara başlayacaq. Hətta müharibənin başlanma vaxtı da göstərilir – aprel-may.
Bu fonda erməni tərəfi müntəzəm olaraq atəşkəsin pozulması barədə xəbərlər yayır, üstəlik bunu qarşı tərəfdən çox edir.
2011-ci ilin sonunun bir xüsusiyyəti də o oldu ki, atəşkəsin pozulması barədə xəbərlər əvvəllər olduğu kimi Dağlıq Qarabağdan yox, Ermənistandan gəlməyə başladı.
Adının çəkilməsini istəməyən Qərb analitiklərindən biri Turan-a bildirib ki, erməni hərbi ekspertləri ötən ilin payızında şəxsi söhbətlərdə 2012-ci ilin yazında müharibənin başlama ehtimalından danışıblar. Bu zaman onlar Ermənistanın müharibənin tez başlamasında maraqlı olduğunu gizlətməyiblər. Onların mühakimələrinin məntiqi belə olub: 5 il sonra Azərbaycan daha güclü olacaq, ona görə müharibə nə qədər tez olsa, o qədər yaxşıdır.
Son aylar Ermənistanda olan başqa mənbələr məlumat veriblər ki, Ermənistandan Qarabağa hərbi təlimlərə ehtiyatda olan hərbçiləri göndərirlər, amma sonradan hərbi biletlərini onlara qaytarmırlar. Ermənilərin o cümlədən Suriyadan Qarabağa güclü köçü barədə məlumatlar da yayılır.
Son aylar müdafiə naziri və müavinləri də daxil, yüksək rütbəli erməni zabitləri müntəzəm olaraq Qarabağa gedir, müşavirə və təlimlər keçirlər. Ermənistan KİV-i onların nə adını, nə vəzifəsini, nə də məqsədini gizləyir. Ermənistan hərbçiləri açıq bəyanat verirlər ki, Bakının müharibəyə başlamaq niyyətini hiss etsələr, hərbi əməliyyatlara birinci özləri başlayacaqlar. Bir sıra Ermənistan mənbələri isə bildirir ki, Qarabağda Azərbaycan tərəfdən erməni mövqelərinin atəşə tutulmasına cavab olaraq elan edilməmiş müharibəyə başlayacaq hərbi birləşmələr var.
Qeyd edək ki, 2012-ci ilin mayında Ermənistanda parlament seçkiləri olacaq və seçkiöncəsi vəziyyət gərginliyin artmasına səbəb olur. Belə ki, eks-prezident Robert Köçəryan baş nazir və ya prezident kimi böyük siyasətə qayıtmaq planlarından xəbər verən aşkar addımlar atır. Bir sıra məlumatlara görə, məhz bu fonda onunla indiki prezident arasında fikir ayrılığı var. Belə ki, Sərkisyan onun qayıtmasına qarşıdır və hesab edir ki, bu, siyasi vəziyyəti partlayış həddinə gətirər. Köçəryan isə bunu Sərkisyanın «satqınlığı» sayır və məqsədə çatmaq üçün yollar arayır. Belə addımlardan biri hər iki liderin (Köçəryan və Sərkisyan) Qarik Sarukyanı – Ermənsitanın ən varlı adamı və “Çiçəklənən Ermənistan” partiyasının liderini öz tərəfinə çəkmək cəhdləridir.
Mayda parlamentdə çoxluğa nail olan şəxs 2013-cü ilin fevralında prezident kürsüsünə iddia edə bilər.
Köçəryanla Sərkisyanın münasibətlərinin kəskinləşməsinin səbəblərindən biri də odur ki, Ermənistanın indiki prezidenti tənzimlənmənin baza prinsiplərini qəbul etməyə hazır idi. Danışıqlara yaxın olan diplomatlar qeyd edir ki, Sərkisyan referendum və Qarabağın statusu məsələsinin uzun müddət təxirə salınmasını mümkün sayırdı. Məhz bu, Ermənistanda bütün səviyyə və təbəqələrdə Sərkisyanın ünvanına tənqid və hədələrə səbəb oldu. Ehtimal etmək olar ki, bunu Köçəryan təşkil edib. O, Qarabağ münaqişəsinin tənzimlənməsində çox sərt mövqe tutur.
Maraqlıdır ki, baza prinsiplərini Qarabağ separatçılarının lideri Bako Saakyan da dəstəkləməyə hazır idi. Amma o, aşkar şəkildə Sərkisyanın tərəfini tutmağa risk etmədi. Amma şəxsi söhbətlərdən birində Qərb diplomatlarından birinə deyib ki, baza prinsipləri onu qane edir.
Bu fonda Serj Sərkisyan ətrafını möhkəmləndirmək üçün inzibati aparatı Köçəryanın adamlarından təmizləməyə başlayıb. O hətta sabiq xarici işlər naziri Vardan Oskanyana təklif edib ki, onun komandasına və ya hökumətə daxil olsun. Bu təklif təsadüfi deyil, çünki Köçəryan Oskanyana kompromis fiqur kimi baxır. Onu öz əlaltısı kimi hakimiyyətə gətirə bilər.
Bir neçə dəfə Ermənistan KİV-də Köçəryanın Moskvaya səfəri, Kreml təmsilçiləri görüşüb, böyük siyasətə qayıtmaqda dəstək istəməsi barədə məlumatlar gedib.
Bu məlumatları şərh edən bir sıra Qərb diplomatları qeyd edirlər ki, Azərbaycandakı vəziyyət də narahatlıq doğurur. İlham Əliyevin ətrafında onu müharibəyə təhrik edən çoxlu adamlar var. Bu diplomatik mənbələr ehtimal edir ki, Əliyevin Ermənistan və Azərbaycanın hərbi gücünün balansı barədə obyektiv məlumatı yoxdur, o, Moskvanın rolunu düzgün qiymətləndirmir.
O da narahatlıq doğurur ki, erməni mənbələri Ermənistan silahlı qüvvələrində ciddi problemlər – “dedovşina” və Müdafiə Nazirliyinin yüksək eşelonunda mühafizəkarlarla (Yuri Xaçaturov və Mikael Arutyunyan) başda nazir Seyran Ohanyan olmaqla gənc generallar arasında qarşıdurmadan yazırlar. Bu informasiyalar Azərbaycanı erməni tərəfinin zəifliyinə əmin etmək üçün qəsdən edilə bilər. 2008-ci ilin avqustunda Gürcüstan prezidenti belə bir tələyə düşdü. Onu çox məharətlə elə bir vəziyyətə saldılar ki, hərbi əməliyyatlara başlamalı oldu.
Bununla əlaqədar Qərb diplomatlarından biri bildirib ki, Bakı hadisələrin bu cür inkişafına hazır deyil və əminlik ifadə edib ki, İlham Əliyev belə bir tələyə düşməz.
Turan Analitik xidməti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Bu gün, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Bu gün, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Bu gün, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Bu gün, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Bu gün, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
|