ZİYA MƏMMƏDOV AĞIR İMTAHAN VERƏCƏK
Tarix: 20-02-2012, 12:02 | Çap et
NN ŞEFININ BİR YANLIŞI ÖZÜNÜ VƏ HAKIM KOMANDANI TƏHLÜKƏDƏ QOYACAQ
DİA.AZ: - Hakimiyyət içində daxili çəkişmələrin bitmədiyi hər kəsə aydındır. Doğrudur, bu kimi faktlar hər zaman təkzib olunub.
Bir neçə il əvvəl isə prezident İlham Əliyevin özü də komandaının daxilindəki çəkişmələrə sərt şəkildə reaksiya vermişdi. Xatırladaq ki, həmin ərəfədə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə hazırki təhsil naziri Misir Mərdanovun münasibətləri gərilmişdi. Maraqlı idi ki, birbaşa olaraq Prezident Administrasiyası tərəfindən təlimatlandırılan ATV kanalı da bu çəkişmənin əsas meydanına çevrilmişdi. Əli Nağıyev və Misir Mərdanov istədikləri zaman bir-birilərinin ünvanlarına hücumları məhz bu telekanalda edirdilər.
Lakin sonradan prezidentin bu münasibətlərə sərt çıxması və eyni zamanda «kim siyasətlə məşğul olmaq istəyirsə, istefa verib getsin» deməsi o demək idi ki, İlham Əliyev öz komandası daxilində bu kimi neqativ hallara yol verməyəcək. Sonradan Əli Nağıyevin vəzifəsindən alınması da prezidentin sözügedən niyyətinin təzahürü imi qəbul olundu.
Amma buna rəğmən yenə də hakimiyyət daxilində hətta çoxillik hesab olunan konfliktlər mövcuddur. Məsələn, bu günlərdə məlum oldu ki, sən demə, nəqliyyat naziri Ziya Məmmədova qarşı təşkil olunan sürücü aksiyalarının atəşlənməsində fövqalədə hallar naziri Kəmaləddin Heydərovun da iştirakı olub. Həmin məlumatlarda bildirilirdi ki, Kəmaləddin Heydərova yaxın şəxslər hətta bəzi sürücülərə aksiyaların təşkili üçün maliyyə vəsaiti də ayırıbmış.
Bu günlərdə isə redaksiyamıza sözügedən olaylarla bağlı çox ilginc faktlar daxil olub. Mötəbər qaynağın iddiasına görə, əslində Kəmaləddin Heydərovun həmin ərəfədə NN şefinin istefaya göndərilməsilə bağlı çox ciddi planları olub. Mənbəmizin söylədikləri: «Kəmaləddin Heydərov məsələnin şiddətlənməsində maraqlı idi. Məlumdur ki, FHN şefi hazırda «Azəravtoyolservis» ASC-yə rəhbərlik edən Cavid Qurbanovun nəqliyyat naziri postuna gətirilməsində maraqlıdır. Plana görə isə, bu kimi aksiyaların və ictimai basqının hesabına küncə sıxışdırılan Ziya Məmmədovun durumu gərginləşməli və prezident tərəfindən ona istefa yolu təklif edilməli idi. Lakin plan baş tutmur. Ziya Məmmədovun ayıqlığı FHN şefinin arzularını ürəyində qoyur».
Məlumat üçün bildirək ki, nəqliyyat nazirliyinin sözçüsü köhnə sovet maşınlarının taksi kimi xidmət göstərməsi üçün son tarixin 1 may olduğunu bu günlərdə açıqladı. Halbuki həmin tipli avtomobillərin ölkə paytaxtında taksi xidməti göstərməsinə məhdudiyyətlər bu ilin yanvar ayının 1-dən qüvvəyə minməli idi. Bir yandan taksi sürücülərinin mobil şəkildə etiraz aksiyaları təşkil etmələri, digər yandan da rəqiblərinin Ziya Məmmədova qarşı yaranan atmosferə dəstək vermələri NN-nin müvəqqəti də olsa, geri çəkilməsinə səbəb oldu.
“Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) danışan mənbə isə bildirir ki, əslində geriyə doğru atılan bu addım həm də Ziya Məmmədovun qurtuluşu oldu: «Nazir may ayının 1-nə qədər bütün tədarükünü görə bilməsi üçün vaxt əldə etdi. Vəziyyət bir qədər onun xeyrinə dəyişmək üzərədir. Artıq emosiya gərginliyi də arxada qalıb. Və 1 may tarixinə qədər Ziya Məmmədov rəqiblərini də tam olaraq zərərsizləşdirə, prosesdən kənarda saxlaya biləcək. Çünki əslində Ziya Məmmədov hökumətin planını icra edir. Doğrudur, yeni gətirilən «London taksiləri»ndə onun mənfəəti yetərincədir, amma bu proses həm də hakim düşərgənin marağında olduğundan Ziya Məmmədovun rəqiblərini asanlıqla yerində oturda bilməsi daha çox inandırıcıdır».
Bütün bunları redaksiyamıza bildirən qaynaq əlavə olaraq onu da qeyd etdi ki, Kəmaləddin Heydərov da geriyə çəkilmək niyyətində deyil: «Kəmaləddin Heydərov yaxşı bilir ki, Ziya Məmmədov məlum prosesin icrasının «ağrısız» həyata keçirilməsi yönündə öhdəlik göğtürüb. Təsəvvür edin, «Avroviziya» yarışmasının getdiyi anda taksi sürücüləri də davamlı olaraq NN-nin qarşısında aksiya keçirirlər. Bir yandan da ayrı-ayrılıqda dini və siyasi müxalifət də aksiyalar keçirir. Hər halda, dünyanın heç bir ölkəsinin hüquq-mühafizə orqanları belə bir təlatümlü günləri uğurla yola verə bilməz. Çünki «Avroviziya» yarışmasının özünün də təhlükəsizliyinin təminatı söz konusudur».
Məhz bütün bunları nəzərə alan Kəmaləddin Heydərovun may ayında Ziya Məmmədova ciddi zərbə vuracağı söylənilir. Mənbəmiz bildirir ki, əgər NN şefi yenə də qərarından daşınsa və yaxud da problemi fərqli formada ertələyə bilsə, o zaman vəziyyətdən çıxa bilər: «Məsələn, müvəqqəti olaraq may ayında sovet taksilərinin yalnız paytaxtın mərkəzi hissəsində hərəkəti qadağan edilə bilər. Ən uğurlusu budur və əks halda Ziya Məmmədov təkcə özünün yox, bütünlükdə olaraq hakimiyyətin taleyini təhlükə altına atmış olacaq».
Mövzu diqqətimizədir. Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|