![Rusiyanın Əsədə verdiyi S-300-ləri İran idarə edəcək Rusiyanın Əsədə verdiyi S-300-ləri İran idarə edəcək](/uploads/posts/2018-10/thumbs/1539323235_0001.jpg)
Rusiyanın Suriyaya verdiyi S-300 zenit raket komplekslərini İrandan olan mütəxəssislər idarə edəcəklər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrailin “DEBKA fayl” portalı yayıb. Məlumata görə, Moskva bilərəkdən Əsəd rejiminə 2016-cı ildə İrana verdiyi S-300-lərin bənzərini verib.
Hazırda İran hərbçilərinin Suriyaya yerləşdirilməsi prosesinin aktivləşdirildiyi bildirilib. Hesab edilir ki, bununla Moskva öz hərbçilərinin təhlükəsizliyini təmin edəcək.