![Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçir Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçir](/uploads/posts/2018-10/thumbs/1540788453_07832b82-1576-4ef4-8500-898fd56eb297.jpg)
Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.
Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.
Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi" Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb.
Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub.