![Tramp dünyanı nüvə müharibəsindən xilas etdiyini bildirib Tramp dünyanı nüvə müharibəsindən xilas etdiyini bildirib](/uploads/posts/2018-11/thumbs/1541131389_1aa164d8-5634-46f0-9b3a-92c23a351bac.jpg)
ABŞ prezidenti Donald Tramp güman edir ki, onun Koreya yarımadasındakı vəziyyətin nizamlanması ilə bağlı səyləri olmasaydı, dünya indi nüvə müharibəsi vəziyyətində idi.
“Report” TASS-a istinadən xəbər verir ki, o bu bəyanatla cümə axşamı Missuri ştatından tərəfdarları qarşısında çıxış edib.
"Doğru adam gəlməsəydi, bu dəqiqə biz nüvə müharibəsi vəziyyətində olacaqdıq. Odur ki, indi hər şey yaxşıdır", - deyə o özü və Sinqapurda Şimali Koreya lideri Kim Çen In haqqında danışarkən bildirib.
Tramp həmçinin KXDR lideri ilə münasibətlərinin "çox yaxşı" olduğunu deyib.