![ABŞ Türkiyəni S-400 almağı təxirə salmağa çağırıb ABŞ Türkiyəni S-400 almağı təxirə salmağa çağırıb](/uploads/posts/2019-05/thumbs/1557808027_d243a71e-ec04-46ca-ac8c-2424e1b90d0c.jpg)
ABŞ Türkiyəyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını təxirə salmağı təklif edib.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, hazırda Ankara Vaşinqtonun yeni təklifini nəzərdən keçirir.
Bildirilir ki, ABŞ Türkiyəni S-400 almağı 2020-ci ilə qədər təxirə salmağa çağırıb.
Bununla yanaşı, ABŞ-da hesab edirlər ki, bu qərar gərginliyin azaldılmasına kömək edəcək.