![Venesuela müxalifəti ABŞ-dakı səfirlik binasını ələ keçirib Venesuela müxalifəti ABŞ-dakı səfirlik binasını ələ keçirib](/uploads/posts/2019-05/thumbs/1558761072_64c5a6ae-1219-4750-88ec-7304860a6324.jpg)
Venesuela Milli Assambleyasının müxalifətçi lideri Xuan Quaidonun nümayəndəsi Karlos Vekkyo bildirib ki, tərəfdarları ölkənin Vaşinqtondakı səfirliyinin binasına nəzarəti ələ keçiriblər.
"Report" xəbər verir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb.
"Bizim səfirliyimiz azaddır. Diktaturanın sonu yaxınlaşır", - deyə o bildirib.
Karlos Vekkyo qeyd edib ki, hazırda uzun müddət səfirlik binasını öz nəzarətləri altında saxlayan Venesuela prezidenti Nikolas Maduro tərəfdarı - Amerika fəallarının binaya vurduğu ziyan qiymətləndirilir.
Onun sözlərinə görə, dəymiş ziyanın həcmi böyükdür, müxalifətə diplomatik nümayəndəlik binasının tam bərpası üçün uzun zaman tələb olunacaq.