![Venesuela iqtisadiyyatı son beş ildə 2 dəfə kiçilib Venesuela iqtisadiyyatı son beş ildə 2 dəfə kiçilib](/uploads/posts/2019-05/thumbs/1559111915_3c95875f-046a-4943-ba09-8950dacfe377.jpg)
Venesuelada 2014-2018-ci illərdə istehsal olunan ümumi daxili məhsulun dəyəri 47,7% və yaxud, təxminən, 2 dəfə azalıb.
“Report” xəbər verir ki, bu barədə Venesuela Mərkəzi Bankının açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, təkcə 2018-ci ildə ölkənin neft satışından gəlirləri 2017-ci illə müqayisədə 5,6% azalıb və 29,8 mlrd. dollar təşkil edib.
Ötən il Venesualeda inflyasiyanın səviyyəsi isə 130 060% təşkil edib.
Qeyd edək ki, ABŞ bu ölkəyə qarşı sanksiyalar tətbiq olunub.