!["Deutsche Bank" Venesuelanın 20 ton qızılını müsadirə edib "Deutsche Bank" Venesuelanın 20 ton qızılını müsadirə edib](/uploads/posts/2019-06/thumbs/1559713446_b0ea1051-1202-45c3-810e-b23ec6acada6.jpg)
"Deutsche Bank" Venesuelaya məxsus 20 ton qızılı müsadirə edib.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, buna Karakasın 2016-cı ildə aldığı kreditin ödənişi üzrə maliyyə sazişinin şərtlərini yerinə yetirməməsi səbəb olub.
Bildirilir ki, Venesuela 2016-cı ildə "Deutsche Bank"dan 750 mln. dollar məbləğində kredit alıb. Karakas girov qismində 20 ton qızıl qoyub.
Saziş müddəti 2021-ci ildə başa çatmalı olsa da, Venesuelanın sazişin şərtlərinə əməl etməməsi, bankı müqaviləyə vaxtından əvvəl xitam verməyə məcbur edib və qızıl müsadirə olunub.