Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                 

ABŞ “Taliban”ı tələyə salıb birdəfəlik məhv etməyə çalışır - TƏHLİL
Tarix: 21-08-2021, 08:41 | Çap et
ABŞ   “Taliban”ı tələyə salıb birdəfəlik məhv etməyə çalışır
İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ilə Hafta.az üçün bu dəfəki söhbətimizdə son günlər Əfqanıstanda baş verən proseslər, “Taliban”ın gözlənilmədən hakimiyyətə qayıda bilməsinin səbəbləri, ABŞ-ın bu hərəkatla bağlı gizli planları, Çin və Rusiyanın “Taliban”la hansı məqsədlərlə əməkdaşlıq etməsi, bütün bunların regiondakı qlobal layihələrə mümkün təsiri və s. barədə danışdıq.

-Teymur bəy, Əfqanıstanda nə baş verir? Necə oldu ki, 300 minlik hökumət ordusu cəmi 9 gün ərzində vur-tut 70 minlik Taliban qarşısında çökdü?

-Əfqanıstan uğrunda 100 ildən çox öncə Çar Rusiyasi və İngiltərə, yəni Böyük Britaniya Krallığı müharibə aparıb. Sonda İngiltərə qalıb gəlib. Amma əvəzində Britaniya Çar Rusiyanın istəyini qəbul edib. Çar Rusiyasının ingilislərdən istəyi bu olub ki, Mərkəzi Asiyaya daxil olmayın, oradakı siyasi proseslərə qarışmayın. Çunki Əfqanıstan strateji məkanda yerləşir. Çar Rusiyasi həm də İngiltərə bu ölkə vasitəsilə İranı, Hindistanı, Çini mühasirəyə almağa çalışırdılar. Digər tərəfdən, Əfqaniıstan Orta Asiyaya çixiş qapısıdır. 100 il sonra Sovetlər Əfqanistana daxil oldu. Daxil olmasının əsas səbəbi yenə strateji cəhətdən önəmli olan yollara nəzarət etmək idi. O zaman ABŞ-ın da bu ölkəyə daxil olmaq planları var idi. İçəridə kifayət qədər işlər də görmüşdu. Ancaq oraya Sovetlər girdi və sonda ABŞ-n qurduğu tələyə düşərək məğlub oldu. Sonra, yəni 2001-ci ildə ABŞ Britaniya ilə birlikdə Əfqanıstana soxuldu. Və yenə eyni strateji məqsədlə. Onların planı Əfqanıstandan istifadə edərək Çin, Rusiya Orta Asiya, İran və Hindistana nəzarəti əldə etmək idi.

ABŞ və koalisiya 20 ildə yüz milyardlarla pullar xərclədi, amma nəticədə Əfqanıstanda onların istəyinə uyğun normal dövlət qurulmadı. Amerika ekspertləri özləri deyirdi ki, Əfqanıstan ordusu taliblər qarşısında 6 ay dözə bilər. Ancaq heç bir ay da dözə bilmədi və nəticə olaraq “Taliban” Kabili yenidən aldı. Baydenin dediyi kimi, əfqan xalqı öz dövlətini qoruya bilmədi. Bunun əsas səbəblərindən biri bu oldu ki, Əfqanıstan ordusunda ruh düşkünlüyü yaşandı. İkincisi, başıpozuqluq və ordu rəhbərliyində insanların bacarıqsizliğı səbəblərdən biri oldu. Ən önəmlisi, prezident Əşrəf Qəni pərdə arxasında İran, Rusiya və Çinlə birgə ABŞ-a qarşı oyunlar oynadı. Rusiya və İranın “Əfqanıstan müstəqil olsun, ABŞ çıxsın buradan” vədləri Qənini tələyə saldı və nəticədə Əfqanıstan qaranlıq günlərindən çıxa bilmədi. Ölkədə uzaqdan görünən işıq da söndü. ABŞ öz dövlət maraqları üçün bir zamanlar özünün yaradıb dəstək verdiyi “Taliban”la Əfqanıstan hökümətini baş-başa qoydu. Onu da deyim ki, əslində “Taliban”ı İngiltərənin maliyyə dəstəyi ilə Pakistan kəşfiyyatı yaradib...

-Sizcə, 2001-ci ilin müəmmalı 11 sentyabr terror olaylarından sonra Əfqanıstana “beynəlxalq terrorçuluğa qarşı mübarizə”, “Ben Ladenə ölüm, “demokratiya”, azadlıq” və s. hay-küyü işə soxulan və BMT-nin və bir sıra ölkələrin, o cümlədən Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Taliban” hakimiyyətini devirən işğalçı ABŞ 20 il ərzində bilərəkdən ölkədəki vəziyyəti bu həddə gətirib çıxardı, yoxsa hər şey kortəbii proseslərin nəticəsi oldu?

-Öncə onu deyim ki, Əfqanıstanda demokratiya qurmaq utopiyadir. Əfqanıstanda demokratiya hec vaxt olmayacaq. Olması üçün işıq ucu da yoxdur. Bunun əsas səbəbi odur ki, Əfqanıstanda heç vaxt millətləşmə, dövlətləşmə prosesi getməyib. İkincisi, Əfqanıstan İslam ölkəsidir. Və əslində Qərb dunyası müsəlman ölkələrində əsl demokratiya olmasını da istəmir. ABŞ Əfqanıstanda ilk illərdə dövlət qurmaq istəyirdi. Ancaq sonrakı proseslər onu göstərdi ki, əfqan xalqı bunu istəmir. Və bunun da öz səbəbləri var. Ona görə ABŞ Əfqanıstanda dövlət, vətəndaş cəmiyyəti işlərinə pul verdi, ancaq nəticəsiz olacağını özü yaxşı bilirdi və elə də oldu. Əfqanıstan həm də ona görə Qərbmeyilli dövlət bilmədi ki, buna qarşı olanlar ölkədə yaxşı işlədilər. İran, Rusiya və Çin Hindistana, ABŞ-a qarşı muvaqimət göstərdilər. Adlarını çəkdiyim ölkələr hazirda “Taliban”la pərdəarxası oyunlar oynayırlar. Ancaq Ağ Ev də Əfqanıstandan çəkilməsi ilə gizli məqsədlər güdür:

1. “Taliban”ı tələyə salıb birdəfəlik məhv etmək;

2. “Taliban”dan Orta Asiyada öz dövlət maraqları üçün istifadə etmək;

3. “Taliban”ı bəhanə edərək Rusiya, Çin və İrandan öz istədiklərini almaq;

4. Pakistan-Çin-Rusiya üçbucağını Əfqanıstanda tələyə salmaq.

-BMT-nin və bir sıra ölkələrin, o cümlədən Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Taliban”ın quracağı hökuməti aparıcı dünya dövlətləri necə, hansı əsaslarla tanıyacaq?

-Əvvəala, onu deyim ki, Rusiyanın “Taliban”ı terror təşkilatı kimi tanımasına səbəb bu hərəkatın 1990-cı illərdə hakimiyyətdə olarkən Çeçenistanı müstəqil dövlət kimi tanıması olub. “Taliban” hətta çeçenlərə 4 milyon dollara yaxın yardım etmişdı. İndi isə siyasi proseslər dəyişib. Rusiya hələki bir zamanlar ona qarşı vuruşan “Taliban”la birlikdə ABŞ-a qarşı hərəkət etməyə çalışır. Qaldi “dunya dövlətləri Talibani taniyacaqmı” məsələsinə, Almaniya, Fransa, Türkiyə, hətta ABŞ “Taliban”la masaya oturmaga hələki razılıq veriblər. Çünki indilik başqa çarə qalmayıb. Gələcəkdə “Taliban”ın beynəlxaq arenada daha geniş miqyasda tanınması isə onun quracağı hökumətin gerçək daxili və xarici siyasətində asılıdır...

-“Taliban” rəhbərliyi bəzi vədlər verir. Onlara inanmaq olarmı?

-“Taliban” hələki bundan öncə hakimiyyətdə olduğu dövrdə etdiyi səhvləri etmir. Praqmatik, səbirli, təmkinli gedişlər etməyə çalışır. “Taliban” ona qarşı vuruşanların əfv olunduğunu bildirib. Qadınların huquqlarını tanıyacağını bəyan edib. Mətbuat azadlığının ola biləcəyini bildirib. Ancaq hesab edirəm ki, hələ “Taliban”a tam inanmaq olmaz...

-Əfqanıstandakı proseslər region üçün nələr vəd edir? Məsələn, həmin ölkə ərazisindən keçən və Azərbaycanın, o cümlədən açılması planlaşdırılan Zəngəzur dəhlizinin də daxil olacağı Çin və Britaniyanın da arxasında durduğu “Bir kəmər – bir yol” layihəsi haqda nə demək olar?

-“Bir kəmər- bir yol” layihəsi Çinin projesidir. ABŞ da bu projeni istəmir, ona qarşı gəlir. Burada iddialar var və Amerika sözügedən layihəyə qarşı “Taliban”dan istifadə etmək istəyir. Ancaq Çin uzaqgörənlik edib “Taliban”la danişıqlar aparıb və razılığa gəlib. Əsas razılıq da ondan ibarətdir ki, “Taliban” uyğur türklərinə dəstək verməyi dayandıracaq. Əvəzində Çin Əfqanıstana yardım etməyə davam edəcək və ölkənin inkişafı üçün sərmayələr yatıracaq. Onu da demək lazımdır ki, Çinin “Taliban”ın özəyini təşkil etmiş hərəkatlarla əməkdaşlığı Sovetlər Əfqanıstana daxil olandan başlayıb. Ona görə də hazırda Kabildə Rusiya və Pakistanın səfirlikləri ilə birlikdə Çinin səfirliyi də fəalliyyət göstərir və “Taliban” tərəfindən qorunur...

Zəngəzur dəhlizinin açılmasına gəldikdə, bunu Çin də öz maraqları, yəni “Bir kəmər- bir yol” layihəsinin rahat həyata keçməsi üçün istəyir. Ancaq Zəngəzur dəhlizinin açılması Çindən yox, Rusiyadan asılıdır. O da var ki, son onilliklərin beynəlxalq siyasəti gözlənilməzliklərlə doludur. Yəni hər an hər şey dəyişə bilər...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru