Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                     "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." .....                     92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı .....                     Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                     Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı .....                     İnternetdən alış-veriş edərkən diqqətli olun! .....                     Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub .....                     "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" .....                     Mövcud olmayan sensasiya .....                     Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib .....                     Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ .....                     Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? .....                     Sərkisyana sui-qəsdlə bağlı iki versiya: .....                     AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu .....                     Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır .....                     Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir .....                     1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... .....                     Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək .....                     Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK .....                     Burda doğru danışana TƏZYİQ EDİRLƏR... .....                     "Atam hələ xəstəxanadadır" .....                     Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu .....                     "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." .....                     Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq .....                     Bakıdan Pezeşkiana siqnal göndərildi .....                     Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək .....                     Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik .....                     “Təhsil deyil, biznesdir” .....                     Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                 

�?Putinin blefini faş etməyin vaxtıdır’ - Keçmiş NATO başçısı
Tarix: 4-01-2022, 07:59 | Çap et
 ?Putinin blefini faş etməyin vaxtıdır’
DİA.AZ: - "Mən NATO-nun baş katibi olan vaxtlarda Putinlə ilk görüşümüzdə o mənə dedi ki, NATO-nu dağıtmaq istəyir”. DİA.AZ xəbər verir ki, bunu NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussen Politico saytında dərc olunmuş məqaləsində yazır.

Rasmussenin fikrincə əgər NATO müttəfiqləri Rusiyanın son təklifləri barədə danışıqlara getsələr, onda Moskvanın Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyi məsələsində ixtiyar sahibi olmaq niyyətinə birbaşa kömək etmiş olacaqlar:

“Rusiyanın yeni təkliflərinə görə NATO Mərkəzi və Şərqi Avropada qoşun yerləşdirmək üçün Moskvadan icazə almalı, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada hər hansı “hərbi fəaliyyətdən” çəkinməli, Rusiya yaxınlığında hər hansı manevrləri dayandırmalı olacaq”.

Keçmiş NATO başçısı bunu da xatırladır ki, Rusiyanın təklif etdiyi razılaşma Ukraynanın NATO üzvü olmayacağına dair yazılı iltizam tələb edir və bu razılaşmaya görə NATO-ya Baltık və Qara dəniz bölgələrinə hərbi gəmi və ya təyyarələr göndərilmək qadağan edilir:

“Bu sülh istəyən adamdan gələn ciddi təklif sayıla bilməz. Rusiya buna əvvəllər də cəhd edib. 2009-cu ilin noyabrında NATO Avropa Təhlükəsizliyinə dair Müqavilənin Rusiya tərəfindən təklif olunmuş layihəsini rədd edib, çünki NATO-Rusiya münasibətləri artıq Qarşılıqlı Münasibətlərə dair 1997-ci ilin Təsis Aktı, ATƏT-in Avropa Təhlükəsizliyinə dair 1999-ci il Xartiyası və 2002-ci ilin Roma Bəyannaməsi kimi sənədlərlə əsaslı şəkildə tənzimlənirdi. Sonuncu sənəddə Rusiyanı NATO-Rusiya Şurası çərçivəsində dialoqa həvəsləndirmək üçün ona əhəmiyyətli güzəştlər edilmişdi”.

Rasmussen yazır ki, Putin əvvəlcə böhran alovlandırıb sonra onu söndürməyin ustasıdır.

Keçmiş NATO başçısının fikrincə Putin Ukraynaya müdaxilə ilə hədələməklə ABŞ və Qərbi Şərqi Avropa və Baltikyanı ölkələrin başı üstündən birbaşa Kremllə danışıqlara cəlb etmək və sülhün müqabilində keçmiş sovet respublikaları üzərində nəzarətin ona verilməsinə nail olmağa çalışır:

“Putin pis kartlarla yaxşı oynamağı bacarır, amma onun taktikası yalnız bizim boyun əyəcəyimiz halda işləyə bilər. Məncə NATO-nun Putinin blefinə cavab verməsinin vaxtıdır”.

Rasmussen yazır ki, ABŞ və ya NATO gələcək genişlənməyə dair real və ya de facto heç bir öhdəlik götürməməldiirlər.

Keçmiş diplomat hesab edir ki, ATƏT-in 1999-cu il Xartiyası var və bu, hər bir iştirakçı dövlətə, hərbi alyanslar da daxil öz təhlükəsizliyini seçmək və təyin etmək hüququ verir:

“Bu həm də o deməkdir ki, biz Putinin bu ölkələrdə kiçikmiqyaslı münaqişələr yaratmaqla Ukrayna və Gürcüstanın Avroatlantika istəyi üzərində əldə etmiş olduğu de facto vetosuna son qoymalıyıq”.

Rasmussen yazır ki, “biz 2008-ci ildə Gürcüstan və Ukraynaya NATO-nun masasında yer vəd etmişik və indi bu vədlərin həyata keçirilməsi üçün hərəkət planı qurmalıyıq”.

Rasmussen təklif edir ki, qəbul prosesi zamanı Gürcüstan və Ukraynanın itirdikləri ərazilər nəzərə alınmaya bilər:

“Lazım gələrsə biz şərt qoymalıyıq ki, NATO Nizamnaməsinin 5-ci maddəsi yalnız Kiyev və Tbilisinin nəzarətində olan ərazilərə şamil ediləcək, amma NATO elə bir açıq qapılar siyasəti aparmaqda davam edə bilməz ki, Putinə orada qapıçılıq səlahiyyəti verilsin”.

Rasmussen məqaləsinə belə davam edir:

“Putin Ukraynaya müdaxilə edəcəkmi? Bunu yalnız o bilir. Amma əgər o bunu etsə, biz Ukraynaya əhəmiyyyətli hərbi yardın göndərməli və Rusiyaya qarşı, Şimal Axını 2 təbii qaz kəmərini ləğv etmək də daxil onun iqtisadiyyatını iflic edəcək sanksiyalar elan etməliyik”.

Rasmussenin fikrincə, Avropanın əksəriyyətindən fərqli olaraq döyüşlərdə bərkə-boşa düşmüş Ukrayna xalqı öz azadlığı uğrunda mübarizə aparmağa hazırdır.

O qeyd edir ki, təcavüzkarlar adətən öz qonşuluqları ilə kifayətlənmirlər.

Məqalədə deyilir ki, NATO sülh alyansıdır və Rusiya ilə də yalnız dinc əməkdaşlıq istəyir, amma Putinin davranışı bu əməkdaşlığı çətinləşdirib:

“Rusiya hətta 2014-cü ildə qaydalara əsaslanan beynəlxalq nizamı dağıdanda da biz dialoq axtarmışıq. Dialoq çox mühümdür, amma biz öz şərtlərimiz əsasında dialoq aparır, hədə və eksalasiya ilə danışıqları tanımırıq”.

Rasmussen yazır ki, NATO tapança lüləsinin altında danışıq apara bilməz:

“Əgər biz geri çəkilsək, bunun çox aydın və gur siqnalını həm bizə güvənən demokratiyalar, həm də bizim azadlığımıza xor baxan və ondan qorxan avtorkratlar eşidəcəklər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38
Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru